11 ölkə hərbçiləri Yunanıstana toplandı, Türkiyə təlimə "yox" dedi, dost ölkə isə... - Faktlar üzə çıxır (FOTOLAR)
04-04-2025 [09:29]
Yunanıstanın ev sahilii altında Ege dənizində keçirilən və şərti adı “İniochos” hava hücumu təlimində diqqətçəkən fakt üzı çıxıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qardaş Türkiyənin "yox" dediyi təlimə dost adı verilən ölkələrdən biri də qatılıb.
Məlumata görə, Şərqi Aralıq dənizində mümkün təhlükələrə qarşı təlimə Yunanıstan ev sahibliyi, ABŞ isə liderlik edir: "Təlimə HƏMAS-ın ən böyük dəstəkçisi Qətərin İsraillə yanaşı qatılması isə birmənalı qarşılanmayıb. Maraqlı budur ki, bu faktı İsrail mediası da öz cəmiyyətindən gizlətməyə çalışıb, lakin Yunanıstan mətbuatı fotolar yayaraq gizliliyi deşifrə edib".
Xəbərdə deyilir ki, martın 31-dən aprelin 11-dək Yunanıstanın Andravida Hərbi Hava Bazasında keçirilən "İniochos 2025" adlı çoxmillətli təlimə İsrail, Qətər, Yunan Kipr, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn də daxil olmaqla 11 ölkə qatılıb: "İsrailin G550 Nachshon erkən xəbərdarlıq təyyarələri, Qətərin F-15QA qırıcıları, BƏƏ-nin Mirage 2000-9 və Bəhreynin F-16-ları eyni səmada şərti düşmənə qarşı hücumda olublar".
Bəzi iddialara görə, bu təlim Rusiya və Türkiyəyə qarşı hesablanıb. Baxmayaraq ki, təlimi məqsədinin Şərqi Aralıq dənizində sabitliyin təmin edilməsi və Hindistandan Avropaya uzanan ticarət yollarının təhlükəsizliyinin təmin edilməsi olduğu açıqlanıb: "Bəs elə isə Türkiyə bu məqsədlə yaradılan cəbhəyə niyə daxil edilməyib?".
Yeri gəlmişkən, təlimə qatılan Qətərin Türkiyədə media, torpaq, bankçılıq və müdafiə sənayesində 220 şirkətlə 33 milyard dolları keçən investisiyaları var. Bu və ya digər səbəbdən “Türkiyənin dostu” elan edilən Qətərin belə bir təlimdə Türkiyəsiz yer alması təəccüb yaradıb.
Samir Musayev
MİA.AZ


Mauro İkardi: "Zövq alın, çünki məndən ötrü darıxacaqsınız"
Prezident Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi - FOTO
Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
Ərdoğanın Türkmənistana səfəri başlayıb
Deputat Əli Abbasovun mandatı ləğv olundu
Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib
Azərbaycanda gündəlik neft hasilatı azalıb
Xəzər dənizində köməksiz qalan Azərbaycan vətəndaşları xilas edilib
Türkiyədə tanınmış jurnalist saxlanıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İranda hava çirkliliyi: hər il azı 50 min insan ölür
"Deyirdi ki, qızıl neft deyil, şabalıddır" - General Raul Zeynalov məhkəmədə ifadə verdi
GENERALDAN OĞLUNUN HƏBSİ HAQDA AÇIQLAMA: “Hələ görüş vermirlər”
Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova zəng edib - Nələr müzakirə olunub?
GENERALLA SABİQ İCRA BAŞÇISININ ÖVLADLARI HƏBS OLUNUB - Detallar
Myanma ordusu xəstəxananı vurub - 33 nəfər ölüb, 76 yaralı var
Qrup seksi və narkotiklə tutulan Baş redaktorun keçmiş arvadına "mesaj yağdı" - FOTO
Paşinyan Almaniyada sualları cavablandırıb - "Qarabağa ermənilərin dönüşü mümkün deyil, çünki..."
Müğənninin ölüm işi: saxlanılanların sayı 5-ə çatdı
QARABAĞIN DAHA ÜÇ KƏNDİNƏ KÖÇ OLUB
Ermənistan vətəndaşları Bakıda hakim qarşısında - Məhkəmə iclası
Əli Əsədov Heydər Əliyevin məzarını ziyarət edib
Dekabrın 31-də “Porsche Cayenne” qalibi olacaq!
Sabah hava yağmursuz olacaq
Azərbaycan XİN Burkina Fasonu Milli Günü münasibətilə təbrik edib
Sumqayıtda avtobus palçıqlı yolda batıb - VİDEEO
Amerika vətəndaşlığı almaq asanlaşır - 1 milyon dollarlıq “Qızıl Kart” viza proqramına start verildi
Türkiyənin 22 şəhərində 92 İŞİD üzvü tutulub
Azərbaycan nefti cüzi ucuzlaşdı
Xəzər dənizində zəlzələ olub
Azərbaycan Prezidenti Uillyam Samoei Rutoya məktub ünvanlayıb - MƏTN
Məşhur hüquqşünas Namizəd Səfərov həbs edildi - Məhkəmə qərar verdi
Tramp FED-i yenə tənqid etdi: "Bu, yetərli deyil"
Çempionlar Liqası: 6-cı tur bitdi - Sürpriz nəticələr
İstanbulda məzar yerinin qiyməti qalxdı - 200 faiz
ABŞ 901 milyard dollarlıq müdafiə büdcəsini təsdiqlədi - 312 "hə", 112 "yox" səsi ilə (DETALLAR)
Qurban Qurbanov: "Nəriman Axundzadənin oyunundan razı qalmadım"