Türkiyə Kuboku: "Beşiktaş" "Göztəpə"yə uduzub

img

04-04-2025 [00:12]


Türkiyə Kubokunun 1/4 mərhələsində "Beşiktaş" öz evində "Göztəpə"yə uduzub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyun 1-3 hesabı ilə başa çatıb.

"Beşiktaş" Ernest Muci ilə 30-cu dəqiqədə hesabı açıb. 36-cı dəqiqədə isə Tayyip Talha Sanuç qırmızı vərəqə alaraq meydançanı tərk edib.

 Romulo 38, 79, 81-ci dəqiqələrdə qol vuraraq "Göztəpə"ni yarımfinala daşıyıb.

Xatırladaq ki, yarımfinal mərhələsində "Göztəpə" "Trabzonspor" ilə qarşılaşacaq.

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA