Sübhan Talıbli: "Aprel döyüşləri 44 günlük Vətən müharibəsinə aparan şanlı yoldur"
02-04-2025 [20:05]
2016-cı ilin aprel döyüşləri müasir Azərbaycanın hərb tarixində xüsusi bir yerə sahibdir. Bu döyüşlər, Ermənistanın təxribatlarına qarşı Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi igidlik və peşəkarlıqla yanaşı, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizənin simvolu oldu.
1-2 aprel gecəsi başlayan və dörd gün davam edən bu müharibə, Azərbaycanın gücünü, əzmini və birliyini bir daha bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın hərb tarixində qızıl hərflərlə yazılan aprel zəfəri həm də bir mesaj oldu: Azərbaycanın şanlı ordusu, düşmənin istənilən təxribatına cavab vermək üçün hər zaman hazırdır.
Aprel döyüşləri, yalnız hərbi zəfər olmaqla qalmayıb, həm də Azərbaycanın Vətən müharibəsində əldə edəcəyi uğurların ilkin başlanğıcı oldu. Bu döyüşlərdə əldə edilən uğurlar, 2020-ci ildəki 44 günlük Vətən müharibəsinə gedən yolu açdı və Azərbaycan xalqının qətiyyətli iradəsini bir daha göstərmişdir.
Mia.az-ın məlumatına görə, "Aprel döyüşləri" barəsində AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun Şamaxı filialının dosenti, Tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı Sherg.az-a açıqlama verib:
"Müasir Azərbaycanın hərb tarixində aprel döyüşləri kimi tarixə düşən 4 günlük müharibə 2016-cı ilin aprel 1-dən 2-nə keçən gecə təcavüzkar Ermənistan Silahlı qüvvələrinin təxribatının şanlı ordumuz tərəfindən qanı, canı və döyüş qabiliyyəti hesabına əldə olunan zəfər günlərimizdən biridir.
2016-cı ilin aprelin 2-də erkən saatlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan ABŞ-da Nüvə Təhlükəsizliyi Sammitindən səfərdən qayıtdıqları zaman təmas xəttinin şimal-şərq, şərq və cənub-şərq sahələrində geniş miqyaslı döyüşlər baş verib. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata görə 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalıb. Ermənilərin atəşləri nəticəsində Azərbaycan Respublikasının dinc sakinlərindən 2-si ölüb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Azərbaycan Respublikasının Silahlı Qüvvələri cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirilib. Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 və 120 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəsi 127 dəfə pozub.
Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərindən Qazax rayonunun Qızılhacılı kəndi atəşə tutulub. Bundan başqa Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndi, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonu ərazisindəki yüksəkliklər Ermənistan hərbçiləri tərəfindən vurulub. Azərbaycanın Müdafiə naziri Zakir Həsənov 2019-cu ildə verdiyi açıqlamada Azərbaycan ordusunun ermənilərin qurduğu Ohanyan səddini 18 dəqiqəyə yardığını bildirib".
Tarixçi aprelin 4-də Ermənistanın itirilmiş mövqelərini geri qaytarıması məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum etdiyini və təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutduğunu xatırladıb:
"2016-cı ildə Azərbaycanın Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində düşmənə məxsus partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə ağır xəsarət alıb. Araşdırmalar zamanı məlum olub ki, partlayıcı qurğu quraşdırılmış uşaq oyuncağı ermənilər tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Həmin ərazidə oynayan Cəfərov Elsəvər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq Cəfərov Həsənin evinə gətiriblər. Evdə oynayan zaman Aygün Şahmalıyeva oyuncağı masanın üstünə vurub və nəticədə partlayış baş verib.
2016-cı ilin iyulun 14-də erməni silahlı bölmələrinin açdığı atəş nəticəsində isə Tovuzun Ermənistanla təmas xətində yerləşən Əlibəyli kəndində 12 yaşlı Nərmin Xanbabayevə, onun 8 yaşlı qardaşı Tuncay və 44 yaşlı Dürdanə Nağıyevaya ağır yaralanıblar. 2016-cı ilin aprelin 4-də Ağdam rayonun Sarıcalı kəndinə ermənilərin ağır artilleriyadan açdığı atəşlər nəticəsində 3 mülki şəxs həlak olub, 5 yerli sakin yaralanıb. Həmçinin, işğalçı qüvvələr təmas xəttində yerləşən məktəblərə, infrastruktur obyektlərinə, mülki əhaliyə ciddi ziyan vurub.
Azərbaycan ordusu aprelin 5-də Xocavənd-Füzuli istiqamətində erməni qüvvələrinin 2 ədəd tankını heyətlə birlikdə və hərbi əmlakla dolu 5-dək təkərli texnikasını sıradan çıxarıb".
Ekspert adətən hücuma keçən tərəfin daha çox itki verdiyini, bizim əsgərlərin həmin vaxt Aran-Qarabağ hissəsində olduğunu, ermənilər isə qarşı dağlarda mövqe tutduğunu qeyd edib:
"Hər kəs bilir ki, düzənlikdən dağa tərəf hücum etdikdə tələfat çox olmalıdır. İkincisi, ermənilər 20 ildən artıqdır ki, orada müdafiə-istehkam qurğuları qurub mövqelərini bərkitmişdilər. Həmin ərazilərdə düşmən 1994-cü ildən bu günə qədər səngərlər qazıb oturmuşdu. İllərdir ki, müdafiə sistemi qurmaları barədə təbliğat aparırdılar. Bizim əsgərlərimiz Lələtəpəni almaqla onların ön xətdə duran bölmələrinin ikinci eşelon bölüyünün müdafiə sistemini darmadağın etdilər. Piyada əsgərlərimiz qısa müddət ərzində o yüksəklikləri ələ keçirdilər. Ali Baş Komandan “Dur!” əmrini verməsəydi, ermənilər üçün fəlakət olacaqdı. Sözsüz ki, həmin günlərdə bir neçə rayon alınacaqdı. Bizim əsgərlərimiz və o əsgərlərin qəhrəman komandirləri bu döyüşlərdə yalnız ön xətdəki ikinci eşelon birləşmələrinin bəzi bölmələrindən istifadə etdilər. Hələ arxada olan gücümüzü, silahımızı işə salmamışdıq.
Aprel döyüşləri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il aprelin 19-da müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 3 üzvü “Azərbaycanın Milli Qəhrəmanı”, 7 üzvü “Azərbaycan Bayrağı ordeni”, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 19 üzvü “Vətən uğrunda medalı”, 43 üzvü “İgidliyə görə medalı”, 45 üzvü “Hərbi xidmətlərə görə” medalı, 2 üzvü "general-mayor" ali hərbi rütbəsi ilə mükafatlandırılıb.
Dördgünlük döyüşlərində təcavüzkar erməni silahlı qüvvələrinin 320-dən artıq düşmən məhv edilib, 500-dən artıq erməni hərbi qulluqçusu yaralanıb, 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarılıb. Azərbaycan Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" yüksəkliyində nəzarəti ələ keçirib. Ermənistanın Madagiz yaşayış məntəqəsində yerləşən qərargahı və əsas hərbi hissələr məhv edərək şanlı Azərbaycan ordusu Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanını əldə edib".
Müsahibimiz sonda aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin 2,000 hektarlıq Azərbaycan ərazisini işğaldan azad etdiyini və bu döyüşlərin 44 günlük Vətən müharibəsinə aparan şanlı yol olduğunu vurğulayıb.
Mikayıl Cabbarov: "Fədakar əməyiniz üçün təşəkkür edir və..."
Gürcüstanda etiraz aksiyasının təşkilatçıları saxlanılıb
Bakıda qardaş iki bacısını bıçaqlayıb
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Xalq artisti Rasim Balayevin nəvəsinin toyundan - VİDEO
Türkiyə derbisində iki qol, bir qırmızı kart... - "Qalatasaray" - "Beşiktaş" oyunu bitdi (Yenilənib)
Tramp HƏMAS-ı növbəti dəfə hədələyib: "Cəld ol, yoxsa..."
"Qarabağ" "Kəpəz"i məğlub etdi
Xəzər dənizində suyun səviyyəsinin düşməsində Rusiya izi... - TƏHLİL
Milli komandaya baş məşqçi təyinatı olub
Millimiz Rusiyaya məğlub olub
"Onlar demədi ki, məmurlardan kiminsə qapısını döyüm" - Sabiq nazir övladlarından danışdı (VİDEO)
"Bu suallara cavab vermək istəmirəm" - Cabir İmanovun atası və dostundan iddialara maraqlı reaksiya
Şair Əlisəmid Kürün vəziyyəti ağırlaşıb
Oqtay Şirəliyevlə vida mərasimi... - Baş nazir və nazirlər mərasimdə + FOTOLAR (Yenilənib)
Ukraynada dron hücumunda azərbaycanlı həlak olub
Nəsimi rayoununda Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirildi - FOTOLAR
Azərbaycanı millisi bürünc medal qazanıb
İrandan dəniz yolu ilə ölkəmizə 510 kiloqram keçirməyə cəhd olunub
"Tağıyev: Sona" filminin təqdimatı oldu - Arzu Əliyeva və dövlət rəsmiləri tədbirdə + FOTOLAR
Azərbaycan nefti bahalaşıb
Prezident İlham Əliyev iki bankın idarə edilməsi barədə fərman imzaladı - DƏYİŞİKLİK
Sabah hava necə olaacq? - Proqnoz
Prezident onların maaşını artırdı - Sərəncam
BU TƏLƏBƏLƏRƏ PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Sərəncam
Polkovnik Fuad Qasımov vəzifədən çıxarılıb
HƏMAS GERİ ÇƏKİLDİ, İSRAİL QƏZZADA SAVAŞI DAYANDIRDI: "İşğal planını saxladıq, bundan sonra..."
Təhsildə Yeni Çağırışlar VI Beynəlxalq Forumu keçirilir
Kür çayında bir nəfər boğulub
Alim Qasımov Kanadada konsert verib
DİN: "Bakıda qəzada üç nəfərin ölməsi, 7 nəfərin xəsarət alması ilə bağlı yayılan məlumatlar yanlışdır"
Prezidentdən Cəbrayılla bağlı paylaşım - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Rüşvət ittihamı ilə tutulan bələdiyyə sədri CHP-dən istefa verdi: "Məni gözdən çıxardılar"
"Neftçi" "Zirə" ilə heç-heçəyə razılaşıb
TRAMP ONLARA VAXT QOYDU: "İndiyə qədər görülməmiş qiyamət qopacaq"
"Bakcell" "İnnovasiyalar və süni intellekt" konfransının əsas tərəfdaşı oldu - FOTOLAR
Sosial şəbəkədə qeyri-etik paylaşımlar edən şəxs həbs olunub
Ərdoğanla Tramp telefonda danışdı - Nələr müzakirə olunub?
General-mayor Baba Salayevə birinci müavin təyin edilib
Dövlət Agentliyində traybalizm: qudaların eyni qurumda başqa vəzifələri də varmış (FOTO)
Sabiq səhiyyə naziri Oqtay Şirəliyev vəfat edib
Qəzzada aclıq: ölənlərin sayı 457-yə yüksəldi