Etibar Məmmədovun 70 illik yubileyindən - FOTOLAR
01-04-2025 [21:49]
Bu gün Milli Azadlıq Hərəkatının liderlərindən biri, Milli İstiqlal Partiyasının qurucusu Etibar Məmmədovun 70 illik yubileyi keçirilib.
Mia.az xəbər verir ki, bu münasibətlə onun həyat və fəaliyyətinə həsr olunan kitabın təqdimat mərasimi keçirilib.
Xatırladaq ki, Etibar Məmmədov 1955-ci il aprel ayının 2-də Bakı şəhərində anadan olub. 1972-ci ildə ADU-nun Tarix fakültəsini bitirib. Bitirdiyi universitetdə müəllim kimi fəaliyyətə başlayan Etibar Məmmədov 1985-ci ildə “Rus çarizmi və Ali müsəlman silki XIX əsrdə” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi dərəcəsi alıb.
O, 1988-ci ildə başlamış xalq hərəkatına qoşulmuş və tanınmış simalarından birinə çevrilib. E.Məmmədov AXC-nin təsis konfransında ilk İdarə Heyətinin üzvü seçilib.
20 yanvar hadisələrində sonra 25 yanvar 1990-cı ildə Moskvada xarici jurnalistlər üçün mətbuat konfransı keçirərkən DTK tərəfindən həbs olunub, Lefortovo həbsxanasına aparılıb və 9 ay burada saxlanlılıb. 1–2 noyabr 1990-cı ildə Bakıda, Mərdəkanda Məhkəmə prossesi keçirilir. Etibar Məmmədov Məhkəmə zalından azad olunub.
E.Məmmədovun azadlığa buraxılması üçün o dövrdə 1,5 milyon imza toplanılıb.
1991-ci ildə Azərbaycan Respublikası Parlamentində Demblokun həmsədri olub. 1991-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış Dövlət Müdafiə Şurasının üzvü olub. “Azərbaycanın Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktının həmmüəlifidir.
Dövlət müstəqilliyinin tanınması ilə bağlı Türkiyə və Pakistanda olan Azərbaycan nümayəndə heyətinin rəhbəri olub.
26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilib.
1991-ci il tarixində Azərbaycan Xalq Cəbhəsi daxilində fikir ayrılığına görə Etibar Məmmədov və onu dəstəkləyən bir qrup şəxs yeni siyasi partiya – Azərbaycan Milli İstiqlal Partiyasını yaradıb.
1995-ci il parlament seçkilərində Etibar Məmmədov Milli Məclisin deputatı seçilib.
1995-ci ildə Heydər Əliyevin sədri olduğu Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü olub. 1998 və 2003-cü illərdə Azərbaycan Respublikası Prezidentliyinə namizəd olub.
Mia.az-ın kollektivi Etibar bəyi təbrik edir, möhkəm can sağlığı arzulayır.
Mauro İkardi: "Zövq alın, çünki məndən ötrü darıxacaqsınız"
Prezident Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi - FOTO
Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
Ərdoğanın Türkmənistana səfəri başlayıb
Deputat Əli Abbasovun mandatı ləğv olundu
Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib
Azərbaycanda gündəlik neft hasilatı azalıb
Xəzər dənizində köməksiz qalan Azərbaycan vətəndaşları xilas edilib
Türkiyədə tanınmış jurnalist saxlanıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İranda hava çirkliliyi: hər il azı 50 min insan ölür
"Deyirdi ki, qızıl neft deyil, şabalıddır" - General Raul Zeynalov məhkəmədə ifadə verdi
GENERALDAN OĞLUNUN HƏBSİ HAQDA AÇIQLAMA: “Hələ görüş vermirlər”
Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova zəng edib - Nələr müzakirə olunub?
GENERALLA SABİQ İCRA BAŞÇISININ ÖVLADLARI HƏBS OLUNUB - Detallar
Myanma ordusu xəstəxananı vurub - 33 nəfər ölüb, 76 yaralı var
Qrup seksi və narkotiklə tutulan Baş redaktorun keçmiş arvadına "mesaj yağdı" - FOTO
Paşinyan Almaniyada sualları cavablandırıb - "Qarabağa ermənilərin dönüşü mümkün deyil, çünki..."
Müğənninin ölüm işi: saxlanılanların sayı 5-ə çatdı
QARABAĞIN DAHA ÜÇ KƏNDİNƏ KÖÇ OLUB
Ermənistan vətəndaşları Bakıda hakim qarşısında - Məhkəmə iclası
Əli Əsədov Heydər Əliyevin məzarını ziyarət edib
Dekabrın 31-də “Porsche Cayenne” qalibi olacaq!
Sabah hava yağmursuz olacaq
Azərbaycan XİN Burkina Fasonu Milli Günü münasibətilə təbrik edib
Sumqayıtda avtobus palçıqlı yolda batıb - VİDEEO
Amerika vətəndaşlığı almaq asanlaşır - 1 milyon dollarlıq “Qızıl Kart” viza proqramına start verildi
Türkiyənin 22 şəhərində 92 İŞİD üzvü tutulub
Azərbaycan nefti cüzi ucuzlaşdı
Xəzər dənizində zəlzələ olub
Azərbaycan Prezidenti Uillyam Samoei Rutoya məktub ünvanlayıb - MƏTN
Məşhur hüquqşünas Namizəd Səfərov həbs edildi - Məhkəmə qərar verdi
Tramp FED-i yenə tənqid etdi: "Bu, yetərli deyil"
Çempionlar Liqası: 6-cı tur bitdi - Sürpriz nəticələr
İstanbulda məzar yerinin qiyməti qalxdı - 200 faiz
ABŞ 901 milyard dollarlıq müdafiə büdcəsini təsdiqlədi - 312 "hə", 112 "yox" səsi ilə (DETALLAR)
Qurban Qurbanov: "Nəriman Axundzadənin oyunundan razı qalmadım"