Ceyhun Bayramov Avropa İttifaqı rəsmiləri ilə müzakiə aparıb
01-04-2025 [19:03]
Xarici işlər naziri Ceyhun Bayramov Avropa Xarici Fəaliyyət Xidmətinin iqtisadi və qlobal məsələlər üzrə Baş Katibinin müavini Saymon Mordu və Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Mia.az-a bildirilib ki, görüş zamanı Azərbaycan-Avropa İttifaqı (Aİ) əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri, habelə qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər müzakirə olunub.
Azərbaycan və Aİ arasında iqtisadi, ticarət, enerji təhlükəsizliyi, yaşıl enerji, humanitar və s. istiqamətlər üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Xüsusilə, energetika sahəsində ölkəmizin təşəbbüsü ilə icra olunan nəhəng layihələrin Avropanın enerji təchizatı və təhlükəsizliyində mühüm rol oyandığı diqqətə çatdırılıb, ənənəvi enerji mənbələri üzrə əməkdaşlığın alternativ enerji sahəsində də davam etdirilməsinin vacibliyi vurğulanıb.
Nazir Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar barədə ətraflı məlumat verib, hazırda ölkəmiz tərəfindən işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin, habelə humanitar minatəmizləmə fəaliyyətinin aparıldığını diqqətə çatdırıb.
Avropa İttifaqı ilə minatəmizləmə və itkin düşmüş şəxslərin aqibətinin müəyyənləşdirilməsi istiqamətində əməkdaşlıq məsələlərinə toxunulub.
Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi üzrə əldə olunan irəliləyişlərə baxmayaraq, Ermənistan Konstitusiyasında ölkəmiz əleyhinə ərazi iddialarının davam etdirilməsinin, habelə bu ölkənin sürətli silahlanmasının sülh gündəliyinin irəlilədilməsinə təhdid törətdiyi qeyd olunub.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mauro İkardi: "Zövq alın, çünki məndən ötrü darıxacaqsınız"
Prezident Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi - FOTO
Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
Ərdoğanın Türkmənistana səfəri başlayıb
Deputat Əli Abbasovun mandatı ləğv olundu
Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib
Azərbaycanda gündəlik neft hasilatı azalıb
Xəzər dənizində köməksiz qalan Azərbaycan vətəndaşları xilas edilib
Türkiyədə tanınmış jurnalist saxlanıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İranda hava çirkliliyi: hər il azı 50 min insan ölür
"Deyirdi ki, qızıl neft deyil, şabalıddır" - General Raul Zeynalov məhkəmədə ifadə verdi
GENERALDAN OĞLUNUN HƏBSİ HAQDA AÇIQLAMA: “Hələ görüş vermirlər”
Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova zəng edib - Nələr müzakirə olunub?
GENERALLA SABİQ İCRA BAŞÇISININ ÖVLADLARI HƏBS OLUNUB - Detallar
Myanma ordusu xəstəxananı vurub - 33 nəfər ölüb, 76 yaralı var
Qrup seksi və narkotiklə tutulan Baş redaktorun keçmiş arvadına "mesaj yağdı" - FOTO
Paşinyan Almaniyada sualları cavablandırıb - "Qarabağa ermənilərin dönüşü mümkün deyil, çünki..."
Müğənninin ölüm işi: saxlanılanların sayı 5-ə çatdı
QARABAĞIN DAHA ÜÇ KƏNDİNƏ KÖÇ OLUB
Ermənistan vətəndaşları Bakıda hakim qarşısında - Məhkəmə iclası
Əli Əsədov Heydər Əliyevin məzarını ziyarət edib
Dekabrın 31-də “Porsche Cayenne” qalibi olacaq!
Sabah hava yağmursuz olacaq
Azərbaycan XİN Burkina Fasonu Milli Günü münasibətilə təbrik edib
Sumqayıtda avtobus palçıqlı yolda batıb - VİDEEO
Amerika vətəndaşlığı almaq asanlaşır - 1 milyon dollarlıq “Qızıl Kart” viza proqramına start verildi
Türkiyənin 22 şəhərində 92 İŞİD üzvü tutulub
Azərbaycan nefti cüzi ucuzlaşdı
Xəzər dənizində zəlzələ olub
Azərbaycan Prezidenti Uillyam Samoei Rutoya məktub ünvanlayıb - MƏTN
Məşhur hüquqşünas Namizəd Səfərov həbs edildi - Məhkəmə qərar verdi
Tramp FED-i yenə tənqid etdi: "Bu, yetərli deyil"
Çempionlar Liqası: 6-cı tur bitdi - Sürpriz nəticələr
İstanbulda məzar yerinin qiyməti qalxdı - 200 faiz
ABŞ 901 milyard dollarlıq müdafiə büdcəsini təsdiqlədi - 312 "hə", 112 "yox" səsi ilə (DETALLAR)
Qurban Qurbanov: "Nəriman Axundzadənin oyunundan razı qalmadım"