Bir milyon dolların 700 mini hara xərclənib? - Milyonçu ilə sabiq deputatın arasındakı "ənam söhbəti" böyüyür
28-03-2025 [23:32]
Azərbaycanlı milyarder Fərhad Əhmədovun sabiq deputat Hacı Qalib Salahzadəyə verdiyi 1 milyon dollar ölkə gündəmini silkələməyə davam edir.
Mia.az Musavat.com-a istinadən xəbər verir ki, Hacı Qalibin özünün etirafına görə, bu məbləği nəğd şəkildə alıb və həmin pulun 300 min dollarını yüzdən çox vətəndaşın Həcc ziyarətinə sərf edib.
“Bir gün öz otağımda oturmuşdum, milyarder Fərhad Əhmədov yanıma gəldi. Söhbət əsnasında mənə bir milyon dollar bağışladı. Pulu nəğd formada verdi. Həmin ili 300 min dollar verib, yüzdən çox vətəndaşı ziyarətə göndərdim. Verilən pulu qəpik-qəpik, qənaətlə xərclədim,” – deyə Hacı Qalib Salahzadə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu yardım tamamilə “Allah yolunda” edilib. Fərhad Əhmədovun Bilgəh qəbiristanlığını da təmir etdirdiyini, oranı “bulvara oxşatdığını” da xüsusi vurğulayıb.
“O da, mən də nə etmişəksə, Allah yolunda etmişik,” – deyə Hacı Qalib bildirib.
Amma suallar açıq qalır…
Əsas müzakirə mövzusu qalan 700 min dolların taleyidir. Hacı Qalib bu barədə heç bir açıqlama verməyib. İctimaiyyətdə və mediada yaranan əsas sual budur:
Bu qədər vəsait hara xərcləndi və niyə hesabat verilmir?
Bu məsələ sosial şəbəkələrdə və ictimai dairələrdə ciddi narazılıqla qarşılanıb.
Tanınmış jurnalist və “Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev məsələyə sarkazmla və sərt tənqidlə yanaşaraq yazıb:
“Fərhad Əhmədovu qarşıma çıxsa, desəm ‘yeni kitabım nəşriyyatdadır, kömək edin’, cavabında oturub ağlayacaq ki, əli aşağıdır, krizisdir. Amma 1 milyon dolları gətirib gör kimə və nə üçün verib?!”
Bahəddin Həziyev qeyd edir ki, bu puldan bir yoxsul tələbənin təhsil haqqı ödənilməyib, bir gənc alimin konfransa getməsinə yardım olunmayıb, bir məktəbliyə tablet bağışlanmayıb, bir sənət adamına dəstək verilməyib.
“Millətin gözünü açmağa yox, kor etməyə həmişə pul tapılır”, – deyə jurnalist vurğulayır.
“Kitab yox, ziyarət” – bu yanaşma nə vaxta qədər?
Məlumata görə, Hacı Qalib indiyədək 35 dəfə Həcc ziyarətində olub, bu səfərlərə ailə üzvləri, qulluqçuları və hətta aşpazlarını da özü ilə aparıb.
Görünür, Fərhad Əhmədovun milyonundan ayırdığı məbləğlə bu dairə bir qədər də genişlənib.
Bütün bu hadisələr fonunda Musavat.com-un sualı cəmiyyətdəki çoxsaylı narahat səsə çevrilir:
• Niyə mədəniyyət, elm, təhsil sahələrinə deyil, dini şouya bu qədər vəsait ayrılır?
• Bir milyondan niyə cəmiyyətə fayda gətirəcək bir layihə belə çıxmır?
• Qeyri-rəsmi şəkildə verilən pullar niyə ictimai hesabatdan kənarda qalır?
Milyarderə və Hacıya açıq çağırış:
Azərbaycan gəncliyi, ziyalısı, yaradıcı insanları da “Allah yolunda” mübarizə aparır – onlar da ziyarətə gedir, amma onların yolu Bilik ziyarətidir, İşıq ziyarətidir, Elm ziyarətidir!
Fərhad Əhmədov bu dəfə də qəbiristanlığı abadlaşdırmaq əvəzinə bir məktəbi, bir kitabxananı, ya da bir gəncin gələcəyini abadlaşdırsaydı, bəlkə də bu 1 milyon dollar həqiqətən də xalqın duasını qazanardı.
Mauro İkardi: "Zövq alın, çünki məndən ötrü darıxacaqsınız"
Prezident Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi - FOTO
Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
Ərdoğanın Türkmənistana səfəri başlayıb
Deputat Əli Abbasovun mandatı ləğv olundu
Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib
Azərbaycanda gündəlik neft hasilatı azalıb
Xəzər dənizində köməksiz qalan Azərbaycan vətəndaşları xilas edilib
Türkiyədə tanınmış jurnalist saxlanıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İranda hava çirkliliyi: hər il azı 50 min insan ölür
"Deyirdi ki, qızıl neft deyil, şabalıddır" - General Raul Zeynalov məhkəmədə ifadə verdi
GENERALDAN OĞLUNUN HƏBSİ HAQDA AÇIQLAMA: “Hələ görüş vermirlər”
Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova zəng edib - Nələr müzakirə olunub?
GENERALLA SABİQ İCRA BAŞÇISININ ÖVLADLARI HƏBS OLUNUB - Detallar
Myanma ordusu xəstəxananı vurub - 33 nəfər ölüb, 76 yaralı var
Qrup seksi və narkotiklə tutulan Baş redaktorun keçmiş arvadına "mesaj yağdı" - FOTO
Paşinyan Almaniyada sualları cavablandırıb - "Qarabağa ermənilərin dönüşü mümkün deyil, çünki..."
Müğənninin ölüm işi: saxlanılanların sayı 5-ə çatdı
QARABAĞIN DAHA ÜÇ KƏNDİNƏ KÖÇ OLUB
Ermənistan vətəndaşları Bakıda hakim qarşısında - Məhkəmə iclası
Əli Əsədov Heydər Əliyevin məzarını ziyarət edib
Dekabrın 31-də “Porsche Cayenne” qalibi olacaq!
Sabah hava yağmursuz olacaq
Azərbaycan XİN Burkina Fasonu Milli Günü münasibətilə təbrik edib
Sumqayıtda avtobus palçıqlı yolda batıb - VİDEEO
Amerika vətəndaşlığı almaq asanlaşır - 1 milyon dollarlıq “Qızıl Kart” viza proqramına start verildi
Türkiyənin 22 şəhərində 92 İŞİD üzvü tutulub
Azərbaycan nefti cüzi ucuzlaşdı
Xəzər dənizində zəlzələ olub
Azərbaycan Prezidenti Uillyam Samoei Rutoya məktub ünvanlayıb - MƏTN
Məşhur hüquqşünas Namizəd Səfərov həbs edildi - Məhkəmə qərar verdi
Tramp FED-i yenə tənqid etdi: "Bu, yetərli deyil"
Çempionlar Liqası: 6-cı tur bitdi - Sürpriz nəticələr
İstanbulda məzar yerinin qiyməti qalxdı - 200 faiz
ABŞ 901 milyard dollarlıq müdafiə büdcəsini təsdiqlədi - 312 "hə", 112 "yox" səsi ilə (DETALLAR)
Qurban Qurbanov: "Nəriman Axundzadənin oyunundan razı qalmadım"