Əkrəm İmamoğlu və yaxın ətrafı həbs olundu - SİYAHI
19-03-2025 [12:21]
İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və "cinayət təşkilatının lideri olmaq", "hədə-qorxu ilə tələb etmə", "rüşvət alma", "Fırıldaqçılıq", "qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi" və "tender saxtakarlığı" ittihamları ilə saxlanılan 100 şübhəlinin adları məlum olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, saxlanılanlar arasında İmamoğlu ilə bərabər, Şişli və Beylikdüzü bələdiyyə sədrləri də var.
İstanbul Respublika Baş Prokurorluğundan bildirilib ki, CHP-dəki “pul sayma” görüntüləri ilə bağlı istintaq çərçivəsində ifadə verən şahidlərin “İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) İmamoğlu və bir çox iş adamlarına əsassız pul qazandırıblar.
İstintaq materiallarında İmamoğlu "cinayət təşkilatının lideri" olduğu iddia olunub: "O, Beylikdüzü Bələdiyyə sədri sədri olduğu müddətdən bu yana yanında olan və ona sadiq olan şəxsləri İstanbul Böyükşəhər Bələdiyyəsinə bağlı birlik və tabeliyindəki qurumların rəhbərlərinə təyin edərək mütəşəkkil dəstə formalaşdırıb. Bununla da bir çox bələdiyyə qurumlarında qanunsuz tenderlər vasitəsilə yenə qanunsuz formada böyük pulllar əldə edilib...".
Daha sonra şübhəlilərin İstanbulda yaşayan vətəndaşların şəxsi məlumatlarını qeyri-qanuni yollarla əldə etdikləri və bu məqsədlər üçün Medya AŞ, Kültür AŞ, KİPTAŞ, İSFALT şirkətlərini araya salaraq milyonlıq tender layihələrini qazanmalarından bəhs olunub: "Bu çərçivədə, cinayət təşkilatının lideri olduğu müəyyən edilən şübhəli Əkrəm İmamoğlu və şübhəlilər - Murat Ongün, Tuncay Yılmaz, Fatih Keleş, Ertan Ertan və sairlərdən ibarət ümumlikdə 100 şübhəli saxlanılıb".
Türkiyə mətbuatı istintaq çərçivəsində haqlarında həbs qərarı çıxarılanların siyahısını açıqlayıb:
"Əkrəm İmamoğlu, Murat Ongun, Murat Çalık, Tuncay Yılmaz, Fatih Keleş, Emrah Bağdatlı, Murat Kapki, Hüseyin Köksal, Ali Nuhoğlu, Əli Gül, Zafer Gül, Serdal Taşkın, Servet Yıldırım, Mehmet Erdoğan, Güldem Erdoğan, Ceyda Kıryak, Kadir Öztürk, Merthan Yılmaz, Tolga Özgen, Hakan Atınç Dayangil, Murat Kanbur, Emre Ser Kan Bayraktar, Fatos Ayık, Hüseyin Əkrəm Fidan, Sergen Kurt, Yusuf Yüce, Ercan Saatçi, Mehmet Muhiti Ceylan, Hakan Karanis, Elif Güven, Nihat Uçan, Birsen Şahin, Canan Ümüklü, Çağlar, Cemal Can Ufuk Karakaya, Bugra Gökce, Kagan Surmegoz, Bayram Taskin, Ebru Yılmaz, Murat Abbas, Halit Burak Atalan, Ipek Elif Atalan, İknur Tasdelen, Samih Alan, Emrah Oksuz, Onur Bugra sub Asiya, Eyüp Subasi, Əhməd Köksal, Əhməd Köksal, Serhat Kapki, Əli İlbək, Murat İlbak, Mustafa İlbak, Mete Sarisaltun, İran Karakas, Əhməd Taa Bilgin, Əhməd Timur Delibas, Alihan Aydın, Al Ali Aydın, Al Peren Aydın, Əhməd Palazoğlu, Kaan Ketenci, Ahmet Hamdi Çiçək, Hacı Əhməd Gül, Serkan Öztürk, Necati Özkan, Kabil Taşçı, Vedat Şahin, Serdar Haydanlı, Yaşar Ceri, Emin Ferhat Ertek, Harun Cengiz Beğenmez, Hasan Öçsoy, Ahmet Flower, Adem Tuncay, Rauf Cem Istranca, Ömer Gürsoy, Uğurhan Atma, Özge Bağdatlı, Fatos Pınar Türker."
Məlumata görə, İmamoğlu başda olmaqla onlardan 84-ü haqda həbs qərarı çıxarılıb...
Bəzi iddialara görə, İmamoğluna da azı 4 günlük həbs qərarı çıxarılmaqla, onun CHP-ninprezidentliyə namizədliklə bağlı seçkisi də əngəllənəcək.
Firudin Səfərli
MİA.AZ
Mauro İkardi: "Zövq alın, çünki məndən ötrü darıxacaqsınız"
Prezident Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi - FOTO
Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
Ərdoğanın Türkmənistana səfəri başlayıb
Deputat Əli Abbasovun mandatı ləğv olundu
Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib
Azərbaycanda gündəlik neft hasilatı azalıb
Xəzər dənizində köməksiz qalan Azərbaycan vətəndaşları xilas edilib
Türkiyədə tanınmış jurnalist saxlanıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İranda hava çirkliliyi: hər il azı 50 min insan ölür
"Deyirdi ki, qızıl neft deyil, şabalıddır" - General Raul Zeynalov məhkəmədə ifadə verdi
GENERALDAN OĞLUNUN HƏBSİ HAQDA AÇIQLAMA: “Hələ görüş vermirlər”
Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova zəng edib - Nələr müzakirə olunub?
GENERALLA SABİQ İCRA BAŞÇISININ ÖVLADLARI HƏBS OLUNUB - Detallar
Myanma ordusu xəstəxananı vurub - 33 nəfər ölüb, 76 yaralı var
Qrup seksi və narkotiklə tutulan Baş redaktorun keçmiş arvadına "mesaj yağdı" - FOTO
Paşinyan Almaniyada sualları cavablandırıb - "Qarabağa ermənilərin dönüşü mümkün deyil, çünki..."
Müğənninin ölüm işi: saxlanılanların sayı 5-ə çatdı
QARABAĞIN DAHA ÜÇ KƏNDİNƏ KÖÇ OLUB
Ermənistan vətəndaşları Bakıda hakim qarşısında - Məhkəmə iclası
Əli Əsədov Heydər Əliyevin məzarını ziyarət edib
Dekabrın 31-də “Porsche Cayenne” qalibi olacaq!
Sabah hava yağmursuz olacaq
Azərbaycan XİN Burkina Fasonu Milli Günü münasibətilə təbrik edib
Sumqayıtda avtobus palçıqlı yolda batıb - VİDEEO
Amerika vətəndaşlığı almaq asanlaşır - 1 milyon dollarlıq “Qızıl Kart” viza proqramına start verildi
Türkiyənin 22 şəhərində 92 İŞİD üzvü tutulub
Azərbaycan nefti cüzi ucuzlaşdı
Xəzər dənizində zəlzələ olub
Azərbaycan Prezidenti Uillyam Samoei Rutoya məktub ünvanlayıb - MƏTN
Məşhur hüquqşünas Namizəd Səfərov həbs edildi - Məhkəmə qərar verdi
Tramp FED-i yenə tənqid etdi: "Bu, yetərli deyil"
Çempionlar Liqası: 6-cı tur bitdi - Sürpriz nəticələr
İstanbulda məzar yerinin qiyməti qalxdı - 200 faiz
ABŞ 901 milyard dollarlıq müdafiə büdcəsini təsdiqlədi - 312 "hə", 112 "yox" səsi ilə (DETALLAR)
Qurban Qurbanov: "Nəriman Axundzadənin oyunundan razı qalmadım"