Dəyərləndirilməyən “müəllimliyin insanlıq fəlsəfəsi“
16-03-2025 [23:48]
Hərdən müəllimlər mənə yazırlar: məsləhət almaq, gileylənmək, öz bilik və bacarıqlarını refleksiya etmək üçün və s..
Aşağıda Sizə təqdim etdiyim yazını da müəllimdən aldım. Müəllimlər üçün elan edilmiş „Müəllimliyin insanlıq fəlsəfəsi“ adlı esseni müsabiqəyə təqdim etdiyini, lakin yer tutmadığını bildirdi və esseni dəyərləndirməyimi xahiş etdi. Mətni oxudum və çox təsirləndim. O qədər təsirləndim ki, düzünü deyim ki, aylarladır, bu yazını tez-tez xatırlayıb qəlbimdə o müəllimə ilə danışıram və ona təşəkkür edirəm. Görün nə qədər təsirlənmişəm ki, esseni ilk dəfə oxumağımdan üç ay keçsə də, mən onu unutmamışam və bu gün də esse haqqında söz deməkdən zövq alıram.
Essedə mənə zövq verən nədir: məzmunmu? Məzmun çox təsirli, orijinal və fikirlərin inkişafına görə proqnozlaşdırılmazdır, bu öz yerində. Məni təsirləndirən, riqqətə gətirən müəlllimin qurduğu orijinal və mükəmməl kompozisiyadır.
Essenin kompozisiyasını ona görə orijinal hesab edirəm ki, mətn essenin aid olduğu növün struktur şablonlarına əsasən qurulmayıb, sərbəst, yaradıcı formalaşdırılıb. Mühakimə xarakterli essenin strukturunda tərkib hissələri, adətən, ardıcıllıqla yer alır və mətnin elementlərinin müəyyən ardıcıllığı gözlənilir. Yəni giriş hissədə mövzu təqdim edilir, problem qoyulur, tezis irəli sürülərək arqumentlərlə əsaslandırılır və digər hissələr arqumentlərin əsasında formalaşdırılır. Lakin təhlilə cəlb etdiyimiz essedə sərbəst kompozisiya müşahidə edirik ki, bu da əsl yaradıcılıq məhsuludur.
Kompozisiyanın mükəmmlliyini isə onun strukturunda elementlərin məntiqi ardıcıllığı və say etibarilə essenin tələblərinə uyğunluğu ilə əsaslandırmaq olar. Qısa həcmli essenin tezisinin əsaslandırılması üçün ən azı iki arqument tələb olunur və təqdim etdiyimiz esse mətnində bu arqumentləri aydın müşahidə edirik. Arqumentlərin dəstəklənməsi üçün dəlillərin gətirilməsi də qənaətbəxşdir. Bütün bu elementlər kompozisiyada məntiqi ardıcıllıqla öz yerini tapmaqla yanaşı, orijinal struktur formalaşdırıb.
(K.A.N. – Essenin strukturunun sxemi ilə aşağıda tanış ola bilərsiniz.)

Esseni zənginləşdirən faktorlardan biri də arqumetnləşdirmənin tipi, dil və üslub məsələləridir. Emosional arqumentləşdirmə təxəyyül nümunəsi, bədii nümunə və həyat hekayəsi əsasında aparılmış və bu nümunələrin gəlişigözəl seçilmədiyi onların bir-biri ilə möhkəm əlaqəsindən aydın görünür. Müəllifin dili, əsasən, səlis, aydın və düzgündür. Essenin ilk cümləsi məna baxımından yüklü və qeyri-ahəngdar olsa da, bu, mətnin estetik siqlətinə xələl gətirmir. Bədii və publisistik üslübun imkanlarından səmərəli istifadə edən müəllif oxunaqlı, təsirli və yaddaqalan esse nümunəsi yaratmağa nail olub.
Azərbaycan dili və ədəbiyyat müəllimi Rəşidə Allahverdiyevanın „Müəllimliyin insanlıq fəlsəfəsi“ adlı essesinin məzmun, kompozisiya baxımından orijinallığı, yaradıcılıq xüsusiyyətləri, essenin tələblərinə uyğunluğu nəzərə alınaraq bu mövzuda müsabiqədə ilk yerlərə layiq görülməli idi.
Könül Aydın Nəhmətova,
Filologiya üzrə fəlsəfə doktoru
****
MÜƏLLİMLİYİN INSANLIQ FƏLSƏFƏSİ
Bir yol xəyal edək: yepyeni çəkilmiş.., üzərindəki xətlərin ruhumuzu oxşayan, asfaltının parıltısı gözümüzü qamaşdıran, ucu-bucağı görünməsə də, lap sonunda bizi böyük və çox gözəl bir şəhərin gözlədiyi yol… Hətta yolun kənarında son model bir avtomobil xəyal edə bilərik, amma nə avtomobil sürməyi bacarırıq, nə də bu qədər yolu piyada getməyə gücümüzün yetəcəyinə əminik.
Həyat da belədir… Nələrinsə çox yaxşı olduğunu bilsək belə, bəzən məqsədin uzaqda olması, ona çatmaq üçün gərək olan zəhmətin çoxluğu qorxudur gözümüzü. Əlimizdən tutub bizimlə birgə addımlayan, o “yolu” daha rahat getməyimiz üçün özünü o “son model avtomobili sürməyi” bizimlə birgə öyrənirmiş kimi göstərən bir “bələdçi”yə ehtiyacımız olur. O “bələdçi” yolun başlanğıcında qarşımıza çıxıb bütün varlığı ilə nünunə olmağı bacararsa, biz o mükəmməl görünən yoldakı təhlükələri də görməyi bacararıq, lazımi məqamda dayanmağı da, sürəti artırmağı da. O insanlar xoşbəxtdir ki, elə bir “bələdçi” ilə həyatının lazımi məqamında qarşılaşa bilib. Çünki o şanslı insanlar ətrafdakılardan fərqli olaraq, hər şeyi daha aydın görər, dərk edə bilirlər.
Portuqaliya yazıçısı Sarmaqonun məşhur “Korluq” əsərində belə bir məqam vardır. Korluq epidemiyası səbəbindən bütöv bir şəhər iflic vəziyyətinə düşür. Avtoqəzalar baş verir, insanlar acından ölür. İnsanlar görə bilməyəndə anlayırlar görməyin necə böyük nemət olduğunu. Şəhərin görə bilən yeganə sakini gözləri tutulan həyat yoldaşından ayrılmamaq üçün özünü korluğa vuran qəhrəmanı xaosa doğru gedən bəşəriyyətə bir mesaj verir: Görün, ay insanlar, axı siz kor deyilsiniz!
Əsərin sonunda ilk xəstəliyə yoluxan adamın gözləri açılır. Bütün korlar buna çox sevinirlər. Çünki ilk yoluxan adamın ilk sağalan olması ümid verir, demək, hamının gözləri açılacaq beləcə. Nədənsə bu əsərin qəhrəmanı mənə müəllimlərimi xatırlatmışdı ilk dəfə oxuyanda. Axı müəllimlər cəmiyyəti kor olmaqdan qorumağa çalışan seçilmiş varlıqlardır. Onlar var və bu təhlükənin qarşısını alırlar deyə, cəmiyyət qaranlıqda qalmağın dəhşətini hiss edə bilmir hələ ki. Nə yaxşı ki, hiss etmir…
Mənə qalsa, Müəllimlik ilahi bir işığı daşıyıb yaymağa məhkum olunmaqdır. O, işığı ötürdükcə, sənə zillənən gözlərdə işığının parıltısı əks olunduqca mənən böyüyür, içinə sığmırsan. Bax o zaman daşıdığını o ilahi missiyanın fəlsəfəsini anlayır, anladıqca durulur, aydlnlaşırsan. Şəxsi həyatında yaşadığın sıxıntılar, çarpışdığın problemlər belə o işığın qarşısında aciz qalır. Sinif otağının astanasından keçən kimi başqalaşır, yalnız üzünə zillənən bu gözlərin sahiblərinə aid olursan. Beləcə bir gün tam başqa bir insana çevrilirsən: xarakterin də, davranışların da, həyata münasibətin də dəyişir. Bunun həqiqət olduğunu öz həyatımdan bir epizodla isbat edəcəyəm.
Həmin vaxt elə bir gərgin durumdaydım ki, indi bunu ifadələrə sığdırmağa belə acizəm. Sevimli beşincilərim isə bütün olanlardan xəbərsiz hər gün məni məktəbin qapısında qarşılayır, növbəti dərsin sevincini bölüşməyə tələsirdilər. Həmin gün də onların həyəcanla məni qapıda qarşılaşmalarından çox kövrəlsəm də, bunu gizlətmək üçün gülümsəməyə çalışmışdım. Sinfə daxil olub yeni dərsin mövzusuna keçəndə isə əməlli – başlı sarsılmışdım. “Xoşbəxtlik” idi yeni mövzumuz. Axı mən bu halda ikən bu uşaqlara xoşbəxtlikdən necə danışacaqdım? Özümü çətinliklə toparlayıb dərsi sona çatdırsam da, şagirdlər məndən fərqli, maraqlı bir ev tapşırığı gözləyirdilər. Hardansa ağlıma gələn ilk fikri tapşırığa çevirib: “Dünyanın ən xoşbəxt adamı saydığınız şəxsə məktub yazıb ondan xoşbəxt olmağın sirlərini soruşun”, – dedim.
Ertəsi gün eyni durumda məktəbə çatanda (hər gün ilk dərsim o sinifdə idi) yenə sevinclə məni gözlədiklərini gördüm. Bir-birinə aman vermədən xahiş edirdilər ki, ev tapşırığını özləri oxusunlar. Əlacsız və könülsüz başımla razılıq verdim. Dərs başlayanda, daha doğrusu, o məktublar oxunanda isə mənim nə hala düşdüyümü təsəvvür belə edə bilməzsiniz. Onlar bir-birindən xəbərsiz olaraq məktubu mənə ünvanlamışdılar… Mən dünyanın ən xoşbəxt adamı idim onların nəzərində və bunu çox tutarlı şəkildə əsaslandıra da bilmişdilər. Mən isə onlara bu xoşbəxtliyimin sirrini açmalı idim…
Mən məhz həmin gün müəllim olmanın fəlsəfəsini anladım. Anladım ki, Müəllim olmaq təkcə öyrətmək deyil, həm də ən zəif şagirddən belə nəsə öyrənməyi bacarmaqdır. Onlarla bərabər addımlamaq, onlarla bərabər böyümək, yıxılıb-durmağı bacarmaqdır. Nə vaxtsa sənə ötürülmüş işığın zərrələrini onlarla bölüşməkdir…
Müəllim olmaq ilahi bir yolçuluqdur, deyərdim… Amma bəzən o yolda işıq, bəzən bələdçi, bəzən isə yolun özü olmağı bacaranlar arzulanan məqama çata bilirlər.
… Və bir yol xəyal edək: xoşbəxtlik yolun sonunda deyil, elə özündə də olsun.. Əvvəlində durub baxanda sonu, sonuna çatıb geri boylananda əvvəli apaydın, lap ovcumuzun içi kimi görünə bilsin… və bu yol bizim öz seçimimiz olsun.. Sınaqları ilə, sevincləri ilə birgə sevdiyimiz bir yol – MÜƏLLİM ÖMRÜ….
Rəşidə Allahverdiyeva
Beyləqan rayon Əli Rüstəmov adına
1-ci Şahsevən kəndi 2 nömrəli tam orta məktəb,
Azərbaycan dili və ədəbiyyat müəllimi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
XAMENEİNİN KÜRƏKƏNİ VƏ GƏLİNİ ÖLDÜ, ÖZÜ YAŞAYIRMI? - Netanyahu "İqamətgahını dağıtdıq, o..." deyir
Şamaxı-Ağsu sərhədində zəlzələ olub
RƏSMİ BAKI İRANA HÜCUMLA BAĞLI BƏYANAT VERDİ
İranda məktəb vurulub - 160 şagird ölüb (Yenilənib)
Ramazanın 11-ci gününün duası: imsak və iftar vaxtı
Yeddi Azərbaycan vətəndaşı İrandan təxliyə edilib
ABŞ və İSRAİLİN İRANA HÜCUM DAVAM EDİR - Dini liderin ofisi də vurulub (AÇIQLAMALAR)
"Sanki bizim irəli getməyimizi istəmirlər, ayağımızdan tutub aşağı salırlar" - "Neftçi"nin baş məşqçisi elə sözlər dedi ki... (VİDEO)
İran XİN başçısı: "Güclü silahlı qüvvələrimiz düşmənə haqq etdikləri dərsi verəcək"
AAYDA-dan daha bir xəbər - Baş nazirin birinci müavini və Saleh Məmmədovla qonşu olan rəis haqqında şok iddialar yayıldı
İran ABŞ-ın Qətərdəki RLS-sistemi məhv edib
Rusiya prezidentinin təltif etdiyi həmyerlimiz... - Səyyad Əliyev kimdir? (FOTOLAR)
"Şamaxı" "Neftçi" oyunu: matç 4 qolla bitdi - Bakı komandasının oyunçusu zədələndi (VİDEOLAR, YENİLƏNİR)
"Şamaxı" - "Neftçi" oyununda meydanı duman basdı - VİDEO, FOTO
"Şamaxı"nın azarkeş xanımlarından proqnoz - VİDEO
İRAN 6 ÖLKƏDƏ ABŞ BAZALARINI VURDU: "Heç bir qırmızı cizgimiz yoxdur, hər bir hədəf..."
AZAL Dubay, Doha, Ciddə və Təl-Əvivə uçuşları dayandırıb
Sabah hava necə olacaq? - Proqnoz
Azərbaycan XİN-dən İsrailə səfər edən vətəndaşlara - Xəbərdarlıq
Rəsmi Bakı İrandakı vətəndaşlarımıza xəbərdarlıq etdi - Əlaqə məlumatları paylaşıldı
Gəncədə uşaq bağçasının dam örtüyü uçub
Azərbaycanda yeni "xidmət": "Qurbağalar dalaşanda ayırırıq" - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türk Hava Yolları: "İrana uçuşlar ləğv edilməyib"
MAQATE: "İranın uran ehtiyatının həcmini yoxlaya bilmədik"
Trampdan İranla danışıqlar barədə açıqlama: "Bəzən hərbi gücdən istifadə etməlisən..."
Ramazanın 10-cu gününün duası: imsak və iftar vaxtı
Türk futbolunda qumar - Mert Hakan Yandaş və Ersen Dikmenə qarşı ittiham irəli sürüldü
Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşüb - FOTOLAR
BDU tələbələrini şantaj edən şəxs saxlanıldı - DİN açıqlama yaydı (FOTO, Yenilənib)
BU ÖLKƏLƏRƏ SƏFİR VƏ KONSUL TƏYİN EDLDİ - Sərəncamlar (Yenilənib)
Prezident İlham Əliyev fərman imzaladı
Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Azercell-in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib
Prezident sərəncam imzalayıb - Sosial şəbəkələrlə bağlı
Arif Həşimov: "Rəyasət Heyətinin ləğvi məsələsi mövcud deyil”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
UEFA Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atıldı