Amit Quluzadə 3 oyunluq cəzalandırılıb

img

10-03-2025 [12:22]


Futbol üzrə Azərbaycan I Liqasında çıxış edən "Qaradağ Lökbatan" komandasının baş məşqçisi Amit Quluzadə 3 oyunluq cəzalandırılıb.

Mia.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar çıxarılıb.

Buna mütəxəssisin XVII turda MOİK-lə görüşdən sonra hakimlərin qərarına etiraz etdikdən sonra qırmızı vərəqə alması və ədalət təmsilçilərinin otağına daxil olması səbəb olub. “Qaradağ Lökbatan” klubu 300 manat cərimə edilib.

"İmişli"nin legioneri Gilyerme Silva isə 4 oyunluq cəza ilə üzləşib. O, "Mingəçevir"lə görüşdə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə almışdı. Bölgə təmsilçisi onun bu hərəkətinə görə 300 manat ödəyəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA