Zelenskini şantaj edən Tramp... - PUTİNİ NƏ GÖZLƏYİR?
07-03-2025 [23:57]
Fransa imperatoru Napoleon Bonapartın (1804-1814) adına çıxılan qanadlı bir ifadə var. Deyilir ki, "Müharibəni davam etdirmək üçün üç şey lazımdır: pul, pul və daha çox pul”. Əslində isə bu fikir Gian Giacomo Trivulzioya (1440-1518) məxsusdur. O, İtaliya aristokratlarından biridir. Fransa karlı “tədbirli Lüdovik” kimi tanınan XI Lüdoviklə (1461-1483) yaxın olub. İtaliyada gedən bir çox müharibələrdə sərkərdə kimi şöhrət qazanıb.
Birmənalı olan isə odur ki, müharibəni davam etdirmək üçün təkcə Napoleon və Trivulziya yox, Vladimir Putinə də, elə Volodimir Zelenskiyə də pul lazımdır. Özü də söhbət dibi dəryada olan puldan gedir.
Rusiya-Ukrayna müharibəsi dalana dirənib. Hər iki tərəf əldən düşüb, tükənib. Pul-para da qalmayıb. Xüsusən ABŞ Ukraynaya hərbi və siyasi dəstəyini dayandıracağını bəyan etdikdən sonra rəsmi Kiyev çıxılmaz vəziyyətə düşüb. Aydındır ki, Ukrayna indiyə qədər ABŞ+Avropa İttifaqı+Böyük Britaniya... kimi ölkələrin pulu hesabına Rusiyanın qarşısında duruş gətirə bilmişdi. Vladimir Putinin 3 günə almaq istədiyi Ukrayna məhz Qərbdən gələn pul axınının hesabına 3 ildir ki, vuruşur.
Onu da deyək ki, Qərb tərəfindən total sanksiyalara məruz qalan Rusiyanın da maliyyə sıxıntıları aşkar şəkildə ortadadır.
O da faktdır ki, çəbhə xəttində heç bir tərəf ciddi uğur əldə edə bilmir. Faktiki olaraq hər iki tərəf yerində sayır. Belə bir dönəmdə Donald Tramp sülhə çağırış edir. Volodimir Zelenskiyə təhqiramiz şəkildə təzyiq göstərir. Bu olaydan Vladimir Putin məmnun görünür. Avropa İttifaqı Ukraynaya hərbi və siyasi dəstəyi dayandıran D.Tramp administrasiyasının yaratdığı boşluğu doldurmaq üçün hərəkətə keçib.
ABŞ Volodimir Zelenskidən nə istəyir? Yeni administrasiya Ukrayna prezidentini ciddi güzəştlərə vadar etməkdə qərarlı görünür. Ağ Evdəki biabırçılığın və şantajın əsl səbəbi bu amilə söykənir. Mahiyyətdə ABŞ, Ukrayna, Rusiya və Avropa İttifaqı sülh istəyir. Söhbət sülhün hansı şərtlərlə əldə olunmasından gedir. Ərazisinin 20 faizini itirən Ukrayna başa düşür ki, Amerika ondan daha çox güzəşt qoparmağa çalışır. Niyə? Çünki bu müharibədə zəif tərəf məhz Ukraynadır. Ukrayna öz məğlubiyyəti ilə razılaşır. Ancaq bu məğlubiyyət kapitulyasiya xarakteri daşımamalıdır. Yəni dirəndiyi dalandan daha abırlı şəkildə çıxmağa can atır. Bu da basadüşüləndir.
Avropa İttifaqı isə Rusiyanın Ukrayna müharibəsindən ciddi uduşla çıxmasını qəti istəmir. Çünki bu, gələcəkdə digər Avropa ölkələrinin də Rusiya tərəfindən hədəf alınmasına gətirib çıxara bilər. Necə deyərlər, iştaha diş altındadır...
Donald Tramp Amerikanın maddi maraqlarını önə çəkərək Ukraynanın təbii sərvətlərinə əl qoymaq istəyir. Ukraynanın işğal altındakı torpaqlarını da Rusiya geri qaytarmayacaq. Bu ölkənin Aİ-yə və NATO-ya qəbul olunması da gündəmdən çıxır.
D.Trampın Ukraynadan nə istədiyi konkretdir, birmənalıdır. Bəs, Amerika prezidenti bütün bunların müqabilində Rusiyadan hansı güzəştlər qoparacaq? Bu sualın cavabı bəlli deyil. Hə, müəyyən ehtimallar, fərziyyələr var. Amma dəqiq bir şey yoxdur. Dəqiq olan odur ki, ABŞ Rusiyaya yönəlmiş sanksiyaları daha da gücləndirmək istəyir. Niyə? Çünki Rusiya ABŞ-ın ondan qoparmaq istədiyi güzəştlərə “yox” demək məcburiyyətində də qala bilər. Yəni Volodimir Zelenskini şantaj edən D.Trampın bu dəfə V.Putinin üzərinə yeriməsi də mümkündür. Çünki amerikalılar yaxşı bilir ki, Rusiya nə qədər başını dik tutmağa çalışsa da əslində çoxdan diz çöküb. Yəni Rusiya da Amerikaya ciddi güzəştlərə getməyə məcburdur.
Ukrayna məsələsində Çin faktoru da var. Təsadüfi deyil ki, indiyə qədər Rusiyaya dəstək verən Çin artıq Ukraynanın ərazi bütövlüyünü tanıdığını bildirir. Rəsmi Pekin son 3 ildə demədiyini indi deyir. Niyə? Çünki Çin yaxşı başa düşür ki, ABŞ Çinlə apardığı ticarət müharibəsindən qalib çıxmaq üçün Rusiyanı öz yanına çəkməyə çalışır. Ona görə də Çin Ukrayna məsələsində Aİ ilə ortaq mövqedən çıxış etməyə üstünlük verir.
Bu məsələdə Türkiyə də Aİ və Çinlə demək olar ki, eyni mövqedə dayanıb. Hərbi sənayesində inqilabi sıçrayışla irəli gedən Türkiyə indi Aİ üçün vazkeçilməz tərəfdaşa çevrilib. Başqa sözlə desək, Türkiyə Aİ üçün “olmazsa, olmaz” statusuna yüksəlib.
Tarixin ironiyasına baxın: ABŞ və Aİ Türkiyəni parçalamaq üçün min oyundan çıxdı. PKK sorunu yaratdı. Bu problem Türkiyəni 100 milyard dollarlarla ziyana saldı. Ancaq bu işin müsbət tərəfi də oldu. Belə ki, PKK terroru ilə 40 ilə yaxın vuruşan Türkiyə hərbi baxımdan daha da gücləndi. O qədər gücləndi ki, bir həmləyə həm İranı, həm də Rusiyanı Suriyadan vurub kənara atdı.
O da məlumdur ki, Brüsseldə keçirilən sammit zamanı Aİ liderləri Avropanın 800 milyard avro dəyərində hərbiləşdirilməsi planı barədə razılığa gəliblər. Müqayisə üçün deyim ki, 2024-cü ildə ABŞ-ın hərbi büdcəsi 824 milyard, Rusiyanınki isə 140 milyard dollar olub...
Aİ-nin maliyyə imkanları son dərəcə böyükdür. Avropa istəsə. Hərbiləşməyə 1 və ya 2 trilyon avro da ayıra bilər. Məsələn, əhalisi cəmi 5.5 milyon olan Norveçin yalnız bir fondunda-neft fondunda 1.7 trilyon dollar var. Avropada varlı ölkələr çoxdur. Avropanın pulu da, texnologiyası da Rusiyadan qat-qat üstündür. Bir faktı deyim: Rusiya dünyanı nüvə silahı ilə təhdid edir. ABŞ-ın da, Rusiyanın da nüvə silahının müəllifi almanlardır. II Dünya Müharibəsində məğlub olan Almaniyanın əsir götürülmüş fizikləri hər iki ölkəyə nüvə silahını töhfə verdilər. Təbii ki, Almaniya silkələnsə, öz iqtisadiyyatını yenidən hərbi reyslərin üzərinə keçirsə, bu, Rusiyaya çox baha başa gələ bilər. Böyük Britaniya və Fransanın da nüvə silahına malik olması bəlli faktdır.
Problem onadır ki, son 80 ildə Avropada müharibə olmayıb. Avropa hərbi müdafiəsini də könüllü şəkildə Amerikaya həvalə edib. Ona görə də indi ciddi problemlərlə üzləşib. Ancaq D.Trampın deməyinə baxmayın. Rusiya Avropanın üzərinə gəlsə. ABŞ həmən hərəkətə keçəcək.
Sözümün canı o ki, Avropanın pulu da var, texnologiyası da var, Ukrayna da, Türkiyə də, Çin də bu məsələdə Avropanın yanındadır. Başqaları da var. Məsələn, Kanada, Cənubi Koreya, Yaponiya, Tayvan, Avstraliya... Bu ölkələr də son dərəcə varlı və gəlişmiş ölkələrdir.
Belə böyük bir gücə arxalanan Ukrayna aydındır ki, kapitulyasiyaya getməyəcək. Biabırçı sülhə imza atmayacaq. Bütün vasitələrlə bu ağır vəziyyətdən mümkün qədər az itki ilə çıxmağa çalışacaq.
Avropanın Fransa karlı “tədbirli Lüdovik” kimi ağıllı başları olub. Ona görə də əminliklə demək olar ki, var-dövləti başından aşan Avropa dilənçi günündə olan Rusiyanın qarşısında əyilməyəcək.
Bugünə qədər Aİ iqtisadi və siyasi baxımdan güclü idisə, yaxın gələcəkdə Aİ həm də hərbi baxımdan dominant olacaq.
Elbəyi Həsənli. Sürix
mia.az
İranın 18 şəhərində iş dayandırıldı - Səbəb
Konfrans Liqası: 3-cü təsnifat mərhələsinin cavab oyunları bu gündən etibarən başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ülvi Quliyevlə Rafael Bünyatovun arasında gərginlik var? - Karate Federasiyasında müəmma...
Balıkəsirdə yenə zəlzələ olub
Rövşən Nəcəf: ""Qarabağ" komandasını ürəkdən təbrik edirəm"
Çempionlar Liqası: “Fənərbağça” pley-off mərhələsinə yüksəlib
Laçında müğənni öldürülüb
ÇL: "Qarabağ" "Şkendiya"nı darmadağın etdi
Pezeşkian Ermənistana gedir - Bu tarixdə
Vardanyanın məhkəməsi: Zərərçəkmiş şəxslərin və onların hüquqi varislərinin ifadələri dinlənilib
Finlandiyadakı təlimlərdə ABŞ-dən 500-ə yaxın hərbçi iştirak edəcək
Ceyhun Bayramov Ermənistan XİN başçısı ilə telefonda danışdı
Süleyman Babayev həbs edilib
Ərdoğanla Zelenski telefonda müzakirə aparıblar
Gürcüstan prezidenti Ankarayə gəlib
"Yaxşı olardı ki, səfir erməni dilini bilsin" - Sabiq nazir Ermənistana səfir göndəriləcəyi haqda suala “necə məsləhətdir”", - deyə cavab verdi
Mikayıl Cabbarovun bacanağı yüksək posta iddialıdır - Zakir İbrahimovla bağlı maraqlı iddia yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
ABŞ-da iki təyyarə toqquşub - Ölənlər var
Qəzzada daha 5 nəfər aclıqdan ölüb
907-ci düzəlişin haqsızlığı barədə - Saleh Məmmədov yazır
İndoneziyada zəlzələ baş verib - 6,5 bal gücündə
Dindarlar İlham Əliyevə müraciət ünvanlayıb - MƏTN
MİQ üzrə vakansiya seçimi: nəticələr açıqlanıb
Vilayət Eyvazovun vətəndaş qəbulunun tarixi dəyişib
Onlar bu xəstəxanalara direktor təyin edildi - FOTO
Cəmaləddin Quliyev: "70-dən çox ölkənin həmkarlar ittifaqları ilə əməkdaşlıq edirik"
Nelson Semedo: "Əlimizdən gələni edəcəyik"
Qəzzada daha 30 fələstinli həlak olub
Aparıcı Aytən Səfərovaya cinayət işi açılıb - O, nədə ittiham olunur? (AÇIQLAMA, YENİLƏNİB)
ABŞ-da ticarət mərkəzində silahlı insident: 2 nəfər öldürülüb
Azercell müştəri xidmətlərini rəqəmsallaşdırmağa davam edir
Joze Morinyo: "Əsas məqsədimiz pley-offa vəsiqə qazanmaqdır"
Dövlət Agentliyinə 1.5 milyon manat ayrılıb - Sərəncam
Prezident İlham Əliyev yeni fərman imzalayıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının inkişaf strategiyası təsdiqlənib
Robin Van Persi: "Mərhələni keçmək şansımızı 50% görürəm"
"Fənərbağça Basketbol" klubu Khem Birçin müqaviləsini uzadıb
Albaniya prezidenti İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
Prezident İlham Əliyev Elektron Hökumət İnformasiya Sistemi barədə fərman verdi - DETALLAR
Sabah hava necə olacaq? - Proqnoz
Xəzər dənizində zəlzələ olub
"Əlavə tədbirlər görülməlidir" - Əmirbəyov yeni anlaşmadan danışdı