Bülent Qorxmaz: "Qarşılaşmada qalib gələ bilərdik"

img

05-03-2025 [19:35]


Trendyol 1-ci Liqanın 28-ci turunda səfərdə "Ankara Keçiörengücü" ilə səfərdə 2-2 bərabərə qalan "Esenler Erokspor"un baş məşqçisi, vaxtilə "Qalatasaray"ın kapitanı olmuş Bülent Qorxmaz oyunan sonra açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, oyuna iki dəfə geri düşmələrinə baxmayaraq, futbolçuların ortaya iradə qoymasından çox şad olduğunu deyib.

Buna görə futbolçularını təbrik edən Bülent Qorxmazın sözlərinə görə, qalib gələ bilərdilər: "Hər zaman basqılı oynamağa üstünlük verdik. Qarşılaşmada qalib gələ bilərdik. Bir neçə əlverişli fürsətimiz oldu, ancaq şans gətirmədi. Əsas odur ki, bu oyun üslubunu davam etdirir, geriyə düşəndə, motivasiyanı itirmirik".

Fərid ASLAN
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA