Ukraynanın təhlükəsizliyinə zəmanət verən 5 nüvə ölkəsi və ya 1900 nüvə başlığı necə oldu? - TƏHLİL
03-03-2025 [12:05]
Pakistanın 9-cu baş naziri (1973–1977) və 4-cü prezidenti (1971–1973) Zülfüqar Əli Bhutto hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb və edam olunub. Buna baxmayaraq, o, Pakistanın ən məşhur dövlət xadimləri sırasında yer alır.
1969-cu ildə onun “The Myth of Independence” (Müstəqilliklə bağlı mif) adlı kitabında belə bir hissə var: "Pakistan vuruşacaq, min il vuruşacaq. Hindistan (atom) bombası düzəltsə, Pakistan ot və ya yarpaq yeyəcək, hətta ac qalacaq, amma biz (Pakistan) öz (atom bombasına) sahib olacaq... Bizim (Pakistan) başqa seçimimiz yoxdur!".
Başqa bir çıxışında isə o bu məsələyə belə bir yanaşma sərgiləmişdi: “Atom bombası xristianlarda, yəhudilərdə var idi, indi isə induistlərdə var. Niyə müsəlmanlarda olmasın?”
Bunu niyə xatırlatdım?
1991-ci ildə SSRİ dağılanda Ukraynada 1.900 nüvə başlığı vardı. 1994-cüü ildə Qərbin təkidi ilə Ukrayna, Belarus və Qazaxıstanda olan nüvə silahı Rusiyaya daşındı. Proses 1996-cı ildə yekunlaşdı. O vaxt ABŞ prezidenti olan respublikaçı George H. W. Bush (ata) təkid edirdi ki, nüvə silahı Rusiyaya daşınsın. Niyə? Amerika hesab edirdi ki, 4 ölkədə nüvə silahının olması gələcəkdə problem yarada bilər. Demokrat prezident Bill Klinton da bu xətti davam etdirdi...
Rəhmətlik Zülfüqar Əli Bhutto “Pakistan ot və ya yarpaq yeyəcək, hətta ac qalacaq,amma atom bombasına sahib olacaq” deyəndə nə qədər haqlı idi.
İndi mən soruşuram: Ukraynada 1.900 nüvə başlığı olsaydı, Rusiya ora hücum edərdimi? Əlbəttə ki, yox. Rusiya Ukraynanı işğal etməyi xəyal belə etməzdi...
Eləcə də Qazaxıstan. Bəllidir ki, Rusiya Qazaxıstanın da böyük bir hissəsini işğal etmək arzusundadır. Nüvə silahı olmayan Qazaxıstan Rusiyanın qarşısında duruş gətirə bilərmi? Çətin məsələdir...
Faktiki olaraq Amerikanın yeritdiyi sərsəm siyasət Ukraynanı tərk-silah edib. Bu isə Rusiyanın iştahanı artırdı. Ona görə də Amerika Ukrayna probleminə görə daha çox məsuliyyət daşıyır. Eləcə də digər Qərb ölkələri. Çünki bu məsələdə onlar da ABŞ ilə həmfikir idi...
Ukraynanın o vaxtı rəhbərliyi Leonid Kravchuk (1991-1994) bu proses zamanı uzaqgörənlik nümayiş etdirə bilmədi. 1.900 nüvə balığının müqabilində Rusiyadan müəyyən qədər pul qopartmağa çalışdılar. Rusiya da elə bilin ki, 100 manatlıq şeyi 5 qəpiyə aldı.
Ancaq Leonid Kravchuk sonda səhv etdiyini anladı. Və Rusiyaya verilən nüvə başlıqları müqabilində beynəlxalq qarantiya almaq üçün hərəkətə keçdi. Nəticədə Budapeşt memorandumu - 5 dekabr 1994-cü ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilən ATƏT-in konfransında Belarus, Qazaxıstan və Ukraynanın Nüvə silahının yayılmaması müqaviləsinə qoşulması ilə bağlı təhlükəsizlik təminatlarını təmin etmək üçün sənədlər imzalandı. Üç nüvə dövləti-Rusiya, ABŞ və Böyük Britaniya bu sənədə imza atdı. Digər nüvə gücləri sayılan Çin və Fransa isə bu sənədin nisbətən yumuşaq variantına qol qoydu.
Memorandumda həmçinin Ukrayna, Belarus və Qazaxıstanın ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı ola biləcək təhdidlərə və ya güc tətbiqinə qarşı da təhlükəsizlik təminatları öz əksini tapıb. Bu memorandum nəticəsində Belarus, Qazaxıstan və Ukrayna nüvə silahlarından imtina etməli oldu.
Ancaq bəzi analitiklər deyir ki, Budapeşt memorandumu rəsmi sənəd deyil. Ona görə də elə bir gücü yoxdur.
Ukraynada daha sonra iqtidara gələn Leonid Kuchma (1994-2005) da bu prosesi durdura bilmədi.
Siyasət elə bir şeydir ki, dövlətin başında duran adam ayıq-sayıq olmalıdır. Leonid Kravchukun o vaxt buraxdığı ölümcül səhv indi Ukraynanı yaman günə qoyub. Ölkənin 20 faizi işğal altındadır. 10 milyondan çox insan Ukraynanı tərk edib. Ölkə xarabalığa çevrilib...
Elbəyi Həsənli, Sürix
MİA.AZ
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Dövlət rəsmiləri Fəxri Xiyabanda - FOTOLAR
Agentlik yeni kanal çəkilişinə 75 milyon manat xərcləyəcək
"Qalatasaray"ın "Antalyaspor"a qarşı start heyəti müəyyənləşir
Leyla Əliyeva Heydər Əliyevlə fotosunu paylaşdı - FOTO
Azərbaycan nefti 64 dollara düşdü
Onlar müavin təyin olundu
Deputat Rafael Hüseynov VHP-dən istefa verir
"Konyaspor" həbs olunan oyunçusunun müqaviləsinə xitam verdi
Mauro İkardi: "Zövq alın, çünki məndən ötrü darıxacaqsınız"
Prezident Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi - FOTO
Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
Ərdoğanın Türkmənistana səfəri başlayıb
Deputat Əli Abbasovun mandatı ləğv olundu
Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib
Azərbaycanda gündəlik neft hasilatı azalıb
Xəzər dənizində köməksiz qalan Azərbaycan vətəndaşları xilas edilib
Türkiyədə tanınmış jurnalist saxlanıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İranda hava çirkliliyi: hər il azı 50 min insan ölür
"Deyirdi ki, qızıl neft deyil, şabalıddır" - General Raul Zeynalov məhkəmədə ifadə verdi
GENERALDAN OĞLUNUN HƏBSİ HAQDA AÇIQLAMA: “Hələ görüş vermirlər”
Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova zəng edib - Nələr müzakirə olunub?
GENERALLA SABİQ İCRA BAŞÇISININ ÖVLADLARI HƏBS OLUNUB - Detallar
Myanma ordusu xəstəxananı vurub - 33 nəfər ölüb, 76 yaralı var
Qrup seksi və narkotiklə tutulan Baş redaktorun keçmiş arvadına "mesaj yağdı" - FOTO
Paşinyan Almaniyada sualları cavablandırıb - "Qarabağa ermənilərin dönüşü mümkün deyil, çünki..."
Müğənninin ölüm işi: saxlanılanların sayı 5-ə çatdı
QARABAĞIN DAHA ÜÇ KƏNDİNƏ KÖÇ OLUB
Ermənistan vətəndaşları Bakıda hakim qarşısında - Məhkəmə iclası
Əli Əsədov Heydər Əliyevin məzarını ziyarət edib
Dekabrın 31-də “Porsche Cayenne” qalibi olacaq!
Sabah hava yağmursuz olacaq
Azərbaycan XİN Burkina Fasonu Milli Günü münasibətilə təbrik edib
Sumqayıtda avtobus palçıqlı yolda batıb - VİDEEO
Amerika vətəndaşlığı almaq asanlaşır - 1 milyon dollarlıq “Qızıl Kart” viza proqramına start verildi
Türkiyənin 22 şəhərində 92 İŞİD üzvü tutulub