TRAMPLA ZELENSKİ AĞ EVDƏ DİLLƏŞDİ, GÖRÜŞ YARIMÇIQ KƏSİLDİ - Açıqlamalar (YENİLƏNİB)
01-03-2025 [00:18]
Volodimir Zelenski ilə Donald Tramp arasında mübahisəli görüşdən sonra Ukrayna prezidenti Ağ Evi tərk edib.
Mia.az xarici mətbuata istiandla xəbər verir ki, görüşdən sonra Prezident Tramp "TruthSocial" sosial şəbəkəsində paylaşım edib. O, Zelenskinin sülhə hələ hazır olmadığını bildirib.
O deyib ki, Zelenski ABŞ-yə Ağ Evdə hörmətsizlik edib və sülhə hazır olanda geri dönə bilər.
Ağ Evdən isə bildirilib ki, tərəflər arasında imzalanması planlanan saziş ləğv edilib.
Zelenski isə Trampla görüşü yarımçıq dayandırmasının səbəbini belə izah edib: "Ukraynanın ədalətli və daimi sülhə ehtiyacı var və biz məhz bunun üçün çalışırıq”.
***
Ağ Evdə fevralın 28-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüşdə mübahisə yaşanıb.
Mia.az-ın məlumatına görə, AzadlıqRadiosunun Ukrayna xidməti mübahisənin Zelenski ilə vitse-prezident Ceyms D.Vens və prezident Tramp arasında yaşandığını bildirib.
"Biz danışa bilərik, amma bu, belə işləmir. Putin 25 dəfə atəşkəsi pozdu. O səbəbdən bizim üçün təhlükəsizlik zəmanəti hər şeydən öncədir. Bu sənəd hələ son deyil" - deyə Zelenski Ağ Evdə deyib.
Daha sonra Ukrayna lideri deyib ki, "ABŞ-ı Avropadan okean ayırsa da, siz müharibənin nəticələrini hiss edəcəksiniz". Tramp cavabında deyib ki, "siz bunu deyə bilmərsiniz, bizə nəyi hiss edəcəyimizi deməyin".
"Biz çalışırıq sizin probleminizi həll edək. Bizə öz nöqteyi-nəzərinizi sırımaq lazım deyil. Siz uyğunsuz şəraitdəsiniz, əlinizdə əlverişli kartlar yoxdur" - deyə ABŞ prezidenti Zelenskiyə cavabında deyib.
Zelenski isə cavabında bildirib ki, o, burada kart oynamır.
"Curent Times" isə Trampın Zelenskinin hazırda III Dünya Müharibəsinə "yatırım" etdiyini və bunun ölkəyə hörmətsizlik olduğunu deyib.
Vitse-prezident Vens isə əlavə edib ki, "siz bizə nə edəcəyimizi əmr edə bilmərsiniz".
Daha sonra Vens onlar 2024-cü ilin sentyabrında Pensilvaniyanı ziyarət edərək onlara müxalif qüvvənin kampaniyasında iştirakını xatırladıb. O, prezident Trampın Ukraynanı xilas etməyə çalışdığını bildirib.
Tərəflərin media qarşısında görüşü artıq başa çatıb.
Zelenskinin ABŞ-yə səfəri bu gün başlayıb. Görüş çərçivəsində nadir metallarla bağlı razılaşmanın imzalanacağı gözlənilir. Bu tərəflər arasında bir müddət öncə başlamış gərginlikdən sonra ilk görüşdür.
Samir Musayev
MİA.AZ
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR