Ərbakanın oğlu Dövlət Baxçalının zənginə cavab vermədi, gərginlik yarandı - Açıqlamalar
28-02-2025 [16:17]
Təxminən 20 gün əvvəl ürəyindən əməliyyat olunan MHP sədri Dövlət Baxçalı sabiq baş nazir Necmettin Erbakanın ölümünün 14-cü ildönümü ilə əlaqədar Yeni Rifah Partiyasının sədri olan oğlu Fatih Ərbakana zəng etsə də, telefonu cavabsız qalıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bundan qəzəblənən MHP dərhal açıqlama verərək, Fatih Ərbakanla görüş niyyətlərini geri götürdüklərini bəyan edib.
Bu barədə açıqlama verən Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini İsmail Özdemir faktı təsdiqləyib.
O bildirib ki, zəng cavabsız buraxıldığı üçün Fatih Ərbakanla danışmaq olmayıb və bu səbəbdən yenidən danışmaq istəyi geri götürülüb.
O, açıqlamasının sonunda Necmeddin Erbakana Allahdan rəhmət diləyib: "Necmettin Erbakanı rəhmətlə xatırlayırıq”.
Necmettin Erbakanın oğlu Fatih Erbakan isə ötən seçkidə bir yerdə - Cumhur İttifaqında təmsil olunduqları MHP-nin bu davranışını anlaya bilmədiyini deyib: "Əvvəla, cənab Baxçalının ürək əməliyyatından dərhal sonra ona zəng vurduq ki, "keçmiş olsun" demək istəsək də, təxminən 15 gün bizə cavab verilmədi. Lkain biz br an olsun bundan alınmadıq. Ancaq dünən mərhum Ərbakan hocamızın vəfat ildönümü münasibəti ilə bizə etdiyi zəng Mərkəzi İcraiyyə Komitəsinin iclası ilə üst-üstə düşdüyündən danışa bilmədik deyə belə yersiz söhbətlər ortaya çıxarılıb. 1-2 saat sonra, daha dəqiqi, iclasdan çıxandan sonra mənə zəng haqqında məlumat verildi. Geri zəng etmək qərarına gəldik, amma nə oldusa, iki saat ərzində oldu. Anlamaq zordur, bəəym kiməsə sizə zəng edəndə, gözləmə rejimində olmalısınız?. Onların bu münasibəti bizi həqiqətən təəccübləndirdi və üzdü..."
Firudin Səfərli
MİA.AZ
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Dövlət rəsmiləri Fəxri Xiyabanda - FOTOLAR
Agentlik yeni kanal çəkilişinə 75 milyon manat xərcləyəcək
"Qalatasaray"ın "Antalyaspor"a qarşı start heyəti müəyyənləşir
Leyla Əliyeva Heydər Əliyevlə fotosunu paylaşdı - FOTO
Azərbaycan nefti 64 dollara düşdü
Onlar müavin təyin olundu
Deputat Rafael Hüseynov VHP-dən istefa verir
"Konyaspor" həbs olunan oyunçusunun müqaviləsinə xitam verdi
Mauro İkardi: "Zövq alın, çünki məndən ötrü darıxacaqsınız"
Prezident Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi - FOTO
Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
Ərdoğanın Türkmənistana səfəri başlayıb
Deputat Əli Abbasovun mandatı ləğv olundu
Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib
Azərbaycanda gündəlik neft hasilatı azalıb
Xəzər dənizində köməksiz qalan Azərbaycan vətəndaşları xilas edilib
Türkiyədə tanınmış jurnalist saxlanıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İranda hava çirkliliyi: hər il azı 50 min insan ölür
"Deyirdi ki, qızıl neft deyil, şabalıddır" - General Raul Zeynalov məhkəmədə ifadə verdi
GENERALDAN OĞLUNUN HƏBSİ HAQDA AÇIQLAMA: “Hələ görüş vermirlər”
Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova zəng edib - Nələr müzakirə olunub?
GENERALLA SABİQ İCRA BAŞÇISININ ÖVLADLARI HƏBS OLUNUB - Detallar
Myanma ordusu xəstəxananı vurub - 33 nəfər ölüb, 76 yaralı var
Qrup seksi və narkotiklə tutulan Baş redaktorun keçmiş arvadına "mesaj yağdı" - FOTO
Paşinyan Almaniyada sualları cavablandırıb - "Qarabağa ermənilərin dönüşü mümkün deyil, çünki..."
Müğənninin ölüm işi: saxlanılanların sayı 5-ə çatdı
QARABAĞIN DAHA ÜÇ KƏNDİNƏ KÖÇ OLUB
Ermənistan vətəndaşları Bakıda hakim qarşısında - Məhkəmə iclası
Əli Əsədov Heydər Əliyevin məzarını ziyarət edib
Dekabrın 31-də “Porsche Cayenne” qalibi olacaq!
Sabah hava yağmursuz olacaq
Azərbaycan XİN Burkina Fasonu Milli Günü münasibətilə təbrik edib
Sumqayıtda avtobus palçıqlı yolda batıb - VİDEEO
Amerika vətəndaşlığı almaq asanlaşır - 1 milyon dollarlıq “Qızıl Kart” viza proqramına start verildi
Türkiyənin 22 şəhərində 92 İŞİD üzvü tutulub