Azərbaycan Hakimlərinin ilk Forumu... - FOTOLAR (Yenilənib)
28-02-2025 [14:12]
Bakıda Azərbaycan Hakimlərinin I Forumu keçirilib.
Mia.az xəbər verir ki, 400-dən çox məhkəmə hakiminin, həmçinin Məhkəmə-Hüquq Şurası üzvlərinin iştirak etdiyi forumun məqsədi hüquq ictimaiyyətini və cəmiyyəti ölkədə gedən məhkəmə hüquq islahatları barədə məlumatlandırmaq olub.
Forumun açılışında çıxış edən Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev bildirib ki, məhkəmə hakimiyyətinin möhkəmlənməsi və inkişaf etdirilməsi, məhkəmələrin maddi-texniki bazasının müasirləşdirilməsi, hakimlərin sosial müdafiəsinin yaxşılaşdırılması daim dövlət başçısının xüsusi diqqət mərkəzində olub:
“Forumda ilk dəfədir ki, fəaliyyətdə olan bütün məhkəmə instansiyalarını təmsil edən hakimlərlə təqaüdə çıxmış hakimlər bir araya gəliblər. Bu gün məmnunluqla demək olar ki, ölkəmizdə məhkəmə-hüquq sistemində ardıcıl olaraq həyata keçirilən islahatlar nəticəsində insan hüquqlarının müdafiəsi, ədalət mühakiməsinin müasir standartlara uyğunlaşdırılması, məhkəmə hakimiyyətinin müstəqilliyinin və səmərəliliyinin artırılması məsələlərində böyük nailiyyətlər əldə olunub”.
Onun sözlərinə görə, cəmiyyət nə qədər inkişaf etsə də, ədalət mühakiməsinin əsas vəzifəsi və məqsədi insan hüquq və azadlıqlarının qorunması və təmin olunmasıdır. R.Rzayev qeyd edib ki, məhkəmələrin üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi və cəmiyyətin gözləntilərinə cavab verməsi üçün yüksək mənəvi keyfiyyətlərə, geniş hüquqi və sosial biliklərə malik olan, müstəqil, ədalətli, məsuliyyətli və vicdanlı hakimlər fəaliyyət göstərməlidirlər: “Çağdaş dövrün tələblərinə cavab verən vərdişlər qazanan gənc hakimlərimizin sayı ildən-ilə artır”.
Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov çıxışında ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatlarından danışıb. Bu islahatların məhkəmə hakimiyyətinin nüfuzunun artmasına öz töhfəsini verdiyini qeyd edib:
“Məhkəmə-Hüquq Şurası ölkədə ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi məqsədilə hakim korpusunun yeni nəsil gənc hüquqşünaslarla komplektləşdirilməsinin əhəmiyyətini nəzərə alaraq, ilk növbədə hakimliyə namizədlərin seçim prosedurunu təkmilləşdirməklə bu prosesin daha çevik xarakter almasına nail olub. Yuxarı instansiya məhkəmələrinin peşəkar kadrlarla komplektləşdirilməsi işi də davam etdirilir. Bu çərçivədə 60-dək təcrübəli hakim yuxarı instansiya məhkəmələrinə irəli çəkilib. Ötən qısa müddət ərzində 140-a yaxın hakimliyə namizəd seçilərək müxtəlif birinci instansiya məhkəmələrinə təyinat alıb ki, bu da hakim korpusunun say tərkibinin ilk dəfə olaraq ən yüksək həddə - 628 nəfərə çatdırılmasına imkan verib”.
Ali Məhkəmənin sədri Azərbaycanda hakimlərin iş şəraitinin yaxşılaşdırılması məsələsinin də diqqət mərkəzində olduğunu vurğulayıb.
Daha sonra forum panel müzakirələrlə davam edib.
Müzakirələrdə məhkəmə-hüquq sahəsində görülən işlərdən, aparılan islahatlardan, müasir çağırışlardan və qarşıda duran məsələlərdən danışılıb. Konkret sahələr üzrə ədalət mühakiməsinin keçirilməsinin icra vəziyyətinə dair müzakirələr də keçirilib.
***
Azərbaycan Hakimlərinin ilk Forumu keçirilir.
Mia.az xəbər verir ki, tədbirdə ölkədə fəaliyyət göstərən çoxsaylı hakimlərin iştirakı ilə məhkəmə-hüquq sahəsində görülən işlər, islahatlar diqqətə çatdırılacaq, konkret mövzular üzrə panel müzakirələr baş tutacaq.
Forumda həmçinin müxtəlif nominasiyalar üzrə “İlin hakimi” mükafatının təqdimatı nəzərdə tutulur(Report).
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR