"Siyasi partiyaların yenidən qeydiyyatı tələb olunmayıb, sadəcə..." - PA-nın şöbə müdirindən iddialara cavab gəldi
27-02-2025 [14:57]
"“Siyasi partiyalar haqqında” yeni qanunun tətbiqindən sonra radikal müxalif mövqedən çıxış edən partiyaların qeyd etdiyi kimi, siyasi partiyaların yenidən qeydiyyatı tələb olunmayıb, sadəcə, üzvlərinin reyestrinin təsdiqi, nizamnamə və proqramlarının yeni qanuna uyğunlaşdırılması məsələləri ortaya çıxıb.
Mia.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bildirib.
Prezident Administrasiyasının şöbə müdiri deyib ki, yeni qanunun tələblərinə uyğun olaraq Ədliyyə Nazirliyinə müraciət etmiş 26 siyasi partiyanın üzvlərinin reyestrləri qanunvericiliyin tələblərinə uyğun olaraq təsdiq edilib: “Bu prosesdə 31 siyasi partiya dövlət siyasətini dəstəkləyən bəyanatlar verərək özlərini buraxdıqlarını bildiriblər. Tələb olunan sayda üzvlərinin reyestrini Ədliyyə Nazirliyinə təqdim etmədiklərinə görə Azad Demokratlar Partiyası (sədr Sülhəddin Əkbər) və Azadlıq Partiyası (sədr Əhməd Oruc) məhkəmə qaydasında ləğv olunub”.
Prezident Administrasiyasının rəsmisi deyib ki, yeni qanuna əsasən növbəti mərhələdə, 26 siyasi partiya Nizamnamə və Proqramlarını yeniləyərək Ədliyyə Nazirliyinə təqdim edib: “Hər il 15 yanvar tarixinədək partiyalar Ədliyyə Nazirliyinə yoxlanılmış siyahıları təqdim etməlidir. Təqdirəlayiq haldır ki, bu məsələ ilə bağlı ciddi çətinlik yaşanmayıb. Odur ki, reyestrlə bağlı olan bütün qərəzli şərhlər əsassızdır. Hər kəs bilməlidir ki, bu rəqəmlərin arxasında böyük əmək və siyasi iradə dayanıb. Onilliklər ərzində donmuş şəkildə saxlanılmış siyasi partiyalar ilə bağlı qanunvericilik bazasında nəhayət ki, islahatlar baş verdi. Zaman keçdikcə hər kəs onun şahidi oldu ki, Prezidentin təşəbbüsü ilə reallaşan bu islahatlar siyasətdə sağlam və peşəkar münasibətlərin bərqərar olunmasına və ölkənin siyasi sisteminin qorunmasına xidmət edir”.
Prezident Administrasiyasının şöbə müdiri yeni siyasi konfiqurasiya ilə əlaqədar qərəzli yanaşmalara da diqqət çəkib: “Bəzən sosial şəbəkələrdə elə mənzərəyə şahidlik edirik ki, “konfiqurasiya” sözünün mənasını bilməyən və bu sözü hətta doğru tələffüz edə bilməyən “siyasətşünaslar” “yeni siyasi konfiqurasiya”dan danışırlar. Beynəlxalq münasibətlər sistemində müşahidə olunan bütün təlatümlərə, habelə daxildən və xaricdən yaradılan süni maneələrə rəğmən əminliklə deyə bilərik ki, ölkəmizdə yeni siyasi konfiqurasiyanın formalaşması prosesinə şahidlik edirik. Məhz elə bu səbəbdən də siyasi həqiqətləri ölkəmizdə aparılan islahatların mahiyyətində axtarmaq lazımdır. Mərhələli şəkildə reallaşdırılan islahatlar siyasi sistemin immunitetini artırır və dəyişən reallıqlara effektiv adaptasiyanı təmin edir”.
Prezident Administrasiyasının xatırladıb ki, 2020-ci ildən etibarən əlamətdar günlərdə Prezident İlham Əliyevlə siyasi partiyaların mütləq əksəriyyətinin rəhbərləri arasında qarşılıqlı bayramlaşma təcrübəsi yaranıb.
“Siyasi partiyaların fəaliyyəti ölkənin 160-a yaxın mərkəzi və yerli icra hakimiyyəti orqanı və digər dövlət qurumları ilə əlaqələndirilib, ümumilikdə 88 qurultayın keçirilməsi üçün lazımi şərait yaradılıb ki, bunların 30-nun keçirilməsi nəticəsində müvafiq partiyaların legitim fəaliyyəti təmin edilib. Uzun fasilədən sonra 12 yeni siyasi partiyanın dövlət qeydiyyatından keçməsi təmin olunub, “Siyasi partiyalar haqqında” yeni Qanun qəbul edilib” deyə, şöbə müdiri qeyd edib.
Ədalət Vəliyev siyasi partiya rəhbərlərinin işğaldan azad edilən rayonlara 4 səfərinin təşkil edildiyini də xatırladıb.
Artıq bütün siyasi partiyaların dövrü olaraq MSK-ya maliyyə hesabatlarını təqdim etməyə başladığını vurğulayan şöbə müdiri qərargahı olmayan siyasi partiyalar üçün 29 təmirli ofis ayrılıb: “Son beş ildə dövlətin müxtəlif təşəbbüsləri sayəsində öz siyasi alver və manipulyasiya imkanlarını itirmək təhlükəsi ilə üzləşən radikallar yeni siyasi konfiqurasiyadan çəkinirlər. Bunun da əsas səbəbi odur ki, əməkdaşlıq və açıq siyasi dialoq mühiti üzərində qurulan yeni siyasi konfiqurasiya cəmiyyətin ideoloji cəhətdən parçalanmasını mümkünsüz edir. Odur ki, siyasi dialoq mühiti milli birliyi təmin edən əsas və fundamental amillərdən biridir”./APA
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Fəxri xiyabanda - VİDEO
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Dövlət rəsmiləri Fəxri Xiyabanda - FOTOLAR
Agentlik yeni kanal çəkilişinə 75 milyon manat xərcləyəcək
"Qalatasaray"ın "Antalyaspor"a qarşı start heyəti müəyyənləşir
Leyla Əliyeva Heydər Əliyevlə fotosunu paylaşdı - FOTO
Azərbaycan nefti 64 dollara düşdü
Onlar müavin təyin olundu
Deputat Rafael Hüseynov VHP-dən istefa verir
"Konyaspor" həbs olunan oyunçusunun müqaviləsinə xitam verdi
Mauro İkardi: "Zövq alın, çünki məndən ötrü darıxacaqsınız"
Prezident Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi - FOTO
Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
Ərdoğanın Türkmənistana səfəri başlayıb
Deputat Əli Abbasovun mandatı ləğv olundu
Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib
Azərbaycanda gündəlik neft hasilatı azalıb
Xəzər dənizində köməksiz qalan Azərbaycan vətəndaşları xilas edilib
Türkiyədə tanınmış jurnalist saxlanıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İranda hava çirkliliyi: hər il azı 50 min insan ölür
"Deyirdi ki, qızıl neft deyil, şabalıddır" - General Raul Zeynalov məhkəmədə ifadə verdi
GENERALDAN OĞLUNUN HƏBSİ HAQDA AÇIQLAMA: “Hələ görüş vermirlər”
Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova zəng edib - Nələr müzakirə olunub?
GENERALLA SABİQ İCRA BAŞÇISININ ÖVLADLARI HƏBS OLUNUB - Detallar
Myanma ordusu xəstəxananı vurub - 33 nəfər ölüb, 76 yaralı var
Qrup seksi və narkotiklə tutulan Baş redaktorun keçmiş arvadına "mesaj yağdı" - FOTO
Paşinyan Almaniyada sualları cavablandırıb - "Qarabağa ermənilərin dönüşü mümkün deyil, çünki..."
Müğənninin ölüm işi: saxlanılanların sayı 5-ə çatdı
QARABAĞIN DAHA ÜÇ KƏNDİNƏ KÖÇ OLUB
Ermənistan vətəndaşları Bakıda hakim qarşısında - Məhkəmə iclası
Əli Əsədov Heydər Əliyevin məzarını ziyarət edib
Dekabrın 31-də “Porsche Cayenne” qalibi olacaq!
Sabah hava yağmursuz olacaq
Azərbaycan XİN Burkina Fasonu Milli Günü münasibətilə təbrik edib
Sumqayıtda avtobus palçıqlı yolda batıb - VİDEEO