Byorn Kuypers Bakıya səfər edəcək

img

25-02-2025 [14:02]


UEFA Hakimlər Komitəsinin üzvü, UEFA Talant və Mentor Proqramının rəhbəri, eyni zamanda hakim-inspektor Byorn Kuypers Bakıya səfər edəcək.

Mia.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, milli assosiasiyanın dəvəti ilə Azərbaycana gələcək.

Niderlandlı mütəxəssis fevralın 27-də “Baku Marriott Boulevard” hotelində hakimlər üçün seminar keçirəcək. Kuypers saat 11:00-da başlayacaq seminarda liderlik və oyun idarəçiliyi, eyni zamanda kommunikasiya üzrə təcrübələrini bölüşəcək. Həmçinin FIFA dərəcəli hakimlərə döş nişanlarının təqdimatı olacaq. Tədbirin bağlanış mərasimi saat 16:30-da baş tutacaq.

Seminardan sonra, saat 17:00-da Byorn Kuypersin iştirakı ilə brifinq təşkil olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA