ABŞ və Fransa liderləri kameralar qarşısında dilləşdi - Tramp Ukraynaya borcu qabartdı, Makron qolundan dümsüklədi: "Elə deyil..."
25-02-2025 [00:24]
"Ukrayna prezidenti Vladimir Zelenski qiymətli metallarla bağlı saziş imzalamaq üçün bu həftə və ya gələn həftə bura - ABŞ-a gələ bilər".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Tramp Ağ Evdə Fransa prezidenti Emmanuel Makronla görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
O, Rusiya-Ukrayna müharibəsini bitirmək üçün səylərini davam etdirdiyini təkrarlayıb: "Prezident Zelenski ilə görüşəcəm. O, faktiki olaraq bu həftə və ya gələn həftə müqaviləni imzalamaq üçün bura gələ bilər. Onunla Oval kabinetdə görüşmək əla olardı. Hazırda razılaşma üzərində iş gedir. Biz yekun razılaşmaya çox yaxınıq. Bu saziş həm ABŞ, həm də Ukrayna iqtisadiyyatına əhəmiyyətli töhfələr verəcək. Rusiya prezidenti Vladimir Putinlə danışıqlar da normal axarala gedir. Rusiya ilə Ukrayna arasındakı müharibəni sona çatdırmağa çalışırıq. Düşünürəm ki, bir neçə həftəlik qısa müddət ərzində böyük bir yol qət etdik".
ABŞ lideri daha sonra Bayden dönəmində Ukraynaya verilən 350 milyard dollarlıq puldan danışıb və deyib ki, bunu geri alacaqlar: "Üzərində işlənən razılaşmaya çox yaxınlaşırıq, müəyyən müddət ərzində biz pulumuzu geri alacağıq. ABŞ Ukraynaya etiyi yardımı heç vaxt heç bir ölkəyə etməyib".
Bu yerdə Tramp və Makron arasında "Ukraynaya yardım" mövzusunda cidid fikir ayrılığı kameralar önündə yaşanıb.
Tramp Makrona xitabən "Gördüyünüz kimi, Avropa Ukraynaya borc pul verir. Beləliklə, onlar pullarını geri alacaqlar", - deyə bildirib.
Makron isə bu zaman onun qolundan dümsükləyərək yalan danışmasını açıq dillə söyləyib.
"Açığı, biz indiyədək Ukraynaya əvəzsiz edilən yardımın 60 faizindən çoxunu ödəədik. ABŞ-ın verdiyi isə kredit zəmanətli qrantları kimi idi, biz isə real, gerçək pul verdik. Avropada dondurulmuş Rusiyanın 230 milyard dollarlıq aktivi var, amma bizə aid olmadığı üçün bu kreditin girovu deyil", - deyə, cavab verib.
Tramp bu cavabla ani şok olsa da, özünü toparlayıb: "Əgər buna inanırsınızsa, problem yoxdurdaha yaxşı. Biz indi puilumuzu geri alırıq".
Tramp daha sonra deyib ki, sülh razılaşması əldə olunarsa, Rusiyaya gedə bilər.
Jurnalistlərdən birinin “Putin üçün diktator deyə bilərsiniz?” sualına isə ABŞ lideri belə cavab verib: “Mən belə ifadələri rahat işlətmirəm”.
Samir Musayev
MİA.AZ
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb