"TRAMP SONSUZADƏK PREZİDENT OLMAYACAQ" - Zelenski ABŞ-dan 350 deyil, 100 milyard yardım aldıqlarını dedi və elə mesajlar verdi ki...
24-02-2025 [10:26]
"NATO-ya üzv olacağımız təqdirdə, sülh üçün prezident postundan dərhal istefa verməyə hazıram".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri yerli və xarici jurnalistlər üçün təşkil olunan və çoxsaylı kanallar tərəfindən canlı yayımlanan mətbuat konfransında Ukrayna lideri Zelenski deyib.
Zelenski Rusiya ilə ABŞ arasındakı görüşə və sülh danışıqlarına toxunaraq, bildirib ki, ABŞ, Rusiya və Avropa ölkələri Ukrayna ilə birlikdə bu müzakirələrdə olmalıdır: "Sabah (bu gün - Mia.az) Kiyevdə sammit keçiriləcək. 13 tərəfdaş ölkənin liderləri Kiyevə gələcək. Biz bu görüşdə detalları daha ətraflı danışacağıq".
Ukrayna lideri daha sonra ABŞ prezidenti Donald Trampın təhdid və borcla bağlı iddialarını da qəbul etmədiyini növbəti dəfə təkrarlayıb: "Ukrayna ABŞ-a onun iddia etdiyi məbləğdə borclu deyil. Ukrayna ABŞ-dan 350 milyard deyil, 100 milyard dollar yardım alıb. Mən ABŞ-ın keçmiş prezidenti Co Baydenin yardımın borc deyil, qrant olması fikri ilə razıyam. Bilirsiniz, qrant borc deyil. Biz tərəfdaşlarımıza sonsuz hörmət edirik, lakin 500 milyard dollarlıq borcu qəbul etmirik. Qaldı ABŞ tərəfinin israrla 500 milyardlıq saziş imzalanması tələbinə, həm ABŞ, həm Ukrayna, həm də hər iki xalq üçün sərfəli bir müqavilə imzalanmalıdır. Bu şərtlər altında anlaşma mütləqdir. Biz sözdə deyil, məhz həmin sazişdə Ukraynaın təhlükəsizlik zəmanətlərini görmək istəyirik. ABŞ bunu bizə sözlə deyil, yazılı verməlidr və bunlar açıq şəkildə müqaviləyə daxil edilməlidir. Tramp əbədi qalmayacaq və bu səbəbdən bizə zəmanət və uzun illər sülh lazımdır. Bu zəmanət üçünsə bizə təkzə Avropa İttifaqı üzvlüyü yetərli deyil, bizə NATO üzvü olmaq gərəkdir. Düzdür, Aİ üzvlüyü də təhlükəsizlik zəmanəti olacaq. Fransa prezidenti Emmanuel Makron ABŞ-a gedir. Orada təhlükəsizlik zəmanətlərindən də danışacaq. Görək, nəticə necə olacaq".
Prezident Zelenski Trampın “diktator” ittihamını da rədd edib: "Trampın iddia etdiyi 4 faizlə məni etimad göstərən gerçək 65 faizi arasında ciddi fərq var: Sorğular bunu sübut edir. Qaldı seçkiyə, hərbi vəziyyət başa çatdıqdan sonra seçkilər keçiriləcək. Mənim üçün ən önəmlisi ukraynalıların mənim haqqımda nə düşündükləridir. Əgər daimi sülh üçün ölkəmNATO-ya üzv olarsa, dıərhal istefa verməyə də hazıram".
ABŞ-la münasibətləıri qorumaq və daha da inkişaf etdirməyin əsas hədəfləri olduğunu bildirən Zelenskinin sözlərinə görə, ABŞ-dan yalnız pul baxımından deyil, həm də siyasət və sanksiyalar baxımından dəstəyi artırmağı gözləyir: "Məncə, ABŞ bu il müharibənin qaynar fazasını bitirmək üçün əlindən gələni edəcək. Əsas məqsəd Putini müharibənin qaynar fazasına son qoymağa məcbur etməkdir".
Zelenski Ukraynanın müasir silah istehsalına başladığını da deyib: "2024-cü ildə 2,2 milyon FPV pilotsuz təyyarə və 100 min uzaq mənzilli pilotsuz uçuş aparatı istehsal etmişik. Bu, istehsal 2025-ci ildə artacaq. Bundan başqa, 2024-cü ildə Ukraynada 154 növ top istehsal olunub. Bu, tariximizdə rekorddur...".
Zülfiyyə Mustafayeva
MİA.AZ
Sabiq deputat: "Saleh Məmmədov Əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR