AVROPA ÖLKƏLƏRİ TRAMPI TƏKLƏDİ, ZELENSKİNİN MÜDAFİƏSİNƏ QALXDI: "Ona deyəcəm ki, sən düz yolda deyilsən"
21-02-2025 [13:32]
ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskini “seçkilər keçirməyən diktator” adlandırması Avropa ölkələrindən əks reaksiyaya səbəb olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Avropa ölkələrinin liderləri, hətta Brazilya və Avstraliyaya qədər Trampın fevralın 19-da Ukrayna liderinə ünvanlı “Seçki keçirməyən diktator Zelenski, o, tez hərəkət etməlidir, yoxsa ölkəsini də itirəcək”, - hədəsini qəbuledilməz saymağa başlayıblar.
Məlumata görə, Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Stefan de Keersmaecker Zelenskinin demokratik yollarla seçildiyini deyib: "Rusiya prezidenti Vladimir Putinin hakimiyyəti altında olan Rusiya demokratik ölkə deyil. Zelenski ilə bağlı irad haqlı deyil. O, demokratik qaydada seçilib".
Fransa prezidenti Emmanuel Makron: “İndiki vəziyyətdə heç kim deyə bilməz ki, Ukraynanın Aİ və ya NATO-ya daxil olmaq hüququ yoxdur. Bunu kimsə deyə bilməz. Mən bunu Trampa da deyəəcəm. Ona deyəcəm ki, sən düz yolda deyilsən, sən Putinə qarşı belə boşluq buraxa bilməzsən. Bu, ABŞ-ın da xeyrinə deyil".
Braziliya prezidenti Luiz İnasio Lula da Silva da Trampın hədəsinə səssiz qalmayıb: "Ukraynada sülh prosesi təkcə ABŞ prezidenti ilə Rusiya prezidenti arasında aparılmamalı, Ukrayna da prosesə daxil edilməlidir. Xatırladım ki, Almaniya kansleri, dostum Olaf Şoltsun 2023-cü ildə Braziliyaya səfərində ona dedim ki, nə bir rusu, nə də bir başqasını öldürmək üçün silah satmayacağam. Satmadım da"
Finlandiya prezidenti Alexander Stubb da Trampın sözlərini qəbulolunmaz sayıb: "Ukrayna demokratik dövlət olaraq qanuni haqları uğrunda savaşır. Rusiya Ukrayna ərazisinə soxulub. Zelenski demokratik yolla seçilmiş prezidentdir".
İsveçin baş naziri Ulf Kristersson da ABŞ prezidentinin sözlərini doğru saymayıb: "O, çox səhv bir tərif edib. Müharibəyə Rusiya başladı. Zelenski demokratik yolla seçilmiş liderdir. Ukraynada seçkilərin keçirilməsini istəyən başqa bir ölkə yoxdur".
Almaniya kansleri Şolts ABŞ prezidentinin sözlərini yanlış və təhlükəli adlandırıb.
Almaniyanın xarici işlər naziri Annalena Baerbok da Trampın açıqlamalarını absurd sayıb: "Bu, təkcə Ukraynanın milli suverenliyi uğrunda mübarizə deyil, bu, beynəlxalq hüququn və onun aliliyini qorumaq üçün mübarizədir"
Avstraliyanın baş naziri Entoni Albanese də Trampın hədəsini yolveirlməz hesab edib: "Ölkəmiz Ukraynaya dəstəyini davam etdirəcək. Ta o vaxat qədər ki, müharibə Ukraynanın şərtləri ilə başa çatacaq"
İspaniyanın baş naziri Pedro Sançez isə Zelenskiyə dəstək məqsədiylə Kiyevə gedəcəyini açıqlayıb: “Mən İspaniyanın Ukrayna demokratiyasına və onun prezidentinə dəstəyini bir daha təsdiqləmək üçün bazar ertəsi Kiyevdə olacağam”.
İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani Trampın Zelenskini tənqid etməsini doğru saymayıb: "Təəssüf ki, Tramp və Zelenski arasında münasibətlərdə çatlar var, lakin vəziyyətin sakitləşməsi və sülhün əldə olunması üçün sükunət lazımdır. Bu, bizim xeyrimizədir”.
Böyük Britaniyanın baş naziri Keir Starmer isə Zelenskiyə zəng ediib: “Ukraynanın demokratik yolla seçilmiş prezidenti kimi Sizə dəsətyimiz tamdır"
Çexiya prezidenti Petr Pavel isə Trampın hədəsinə belə reaksiya verib: "Qonşu nüvə dövlətinin hücumuna üç il müqavimət göstərən bir ölkədə seçkinin nə dəyəri ola bilər? Ərazisinin beşdə biri işğalçı tərəfindən işğal olunduğu halda, bütün ölkə gündəlik bombardmana məruz qaldığı halda, seçkilər necə təşkil edilə bilər? Belə bir ölkəni prezidentini diktator adlandırmaq, sadəcə, istehza yaradır"
Zülfiyyə MUSTAFAYEVA
MİAA.Z
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat