Politoloq Şahin Cəfərli: "ABŞ içərisində 2 ABŞ var"
20-02-2025 [00:53]
"Respublikaçıların ağır toplarından biri, Senatın Silahlı Qüvvələr Komitəsinin sədri Rocer Uiker (Roger Wicker) Trampın mövqeyi ilə razılaşmayıb. "Ukrayna ilə bağlı danışıqlarda Putinə güvənmək olarmı" sualına Uiker belə cavab verib: "Xeyr. Putin hərbi canidir və beynəlxalq hüququn bütün normalarını pozub. O, ittiham olunmalı, məhkəməyə verilib həbsə atılmalı, hətta edam edilməlidir"".
Mia.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli deyib.
Onun sözlərinə görə, R.Uiker respublikaçıların ənənəvi, reyqanist qanadının təmsilçisidir: "Lakin partiya xeyli vaxtdır bu xətdən uzaqlaşaraq ultrasağçı radikalların nəzarətinə keçib. Bu, içərisində rasizm, neofaşizm elementlərini də ehtiva edən, rednek kültürünün mühüm rola sahib olduğu, dünyaya konspiroloji baxış bucağından yanaşan, beynəlxalq əlaqələrdə özünütəcrid tərəfdarı olan cərəyandır. Bunlar artıq respublikaçıların meynstrimidir, tradisionalistlər isə yalnız Konqresdə mövqelərini müəyyən dərəcədə qorumaqla sosial dayaqlarını itirərək marginallaşıb".
Ekspertin fikrincə, respublikaçıların radikallaşmasında demokratların sosializmə, ifrat sol liberalizmə doğru tədrici transformasiyası da rol oynayır: "Fizikanın "təsir əks təsirə bərabərdir" qanunu işə düşüb. Demokratların azlıq (cinsi və digər) hüquqlarına həddən artıq aludə olması və bunu təşviq edən siyasəti, çoxlu sayda miqrantların ölkəyə qəbulu və cəmiyyətə inteqrasiyasına niyyətli olmaları ABŞ toplumundakı ağ mühafizəkarları azalmaqda olan demoqrafik ağırlıqlarını və ənənəvi dəyərləri qoruyub saxlamaq naminə müdafiə mexanizmləri qurub inkişaf etdirməyə sövq edir.
Uzun sözün qısası, ABŞ hazırda vətəndaş müharibəsi dövründəkindən daha kəskin şəkildə qütbləşmiş bir ölkədir. ABŞ içərisində 2 ABŞ var. Yeni bir vətəndaş qarşıdurmasını əngəlləyən əsas faktor hər iki düşərgədən olan insanların demokratik üsullarla öz hüquqlarını təmin edib, federal hakimiyyətin başına öz nümayəndələrini gətirmək imkanlarının davam etdiyinə olan inamlarının hələ itməməsidir.
ABŞ yalnız hər iki partiyada mərkəzçi mötədillərin silkələnərək təkrar özünə gəlməsi nəticəsində normallaşa bilər - əgər belə bir şans və ehtimal qalıbsa...".
Samir Musayev
Mia.az
Sabah yağış yağacaq
İsa Həbibbəylidən Ramiz Mehdiyevə bağlı - AÇIQLAMA
QARABAĞA NÖVBƏTİ KÖÇ OLUB
ABŞ Maduronun ailəsini "qaraladı" - Xanımı və qardaşı uşaqlarına sanksiya tətbiq olundu
"Beşiktaş" transfer danışıqlarına indidən başladı - Sergen Yalçın bu oyunçuya razılıq verdi
NATO-nun Baş Katibi: "Rusiyanın növbəti hədəfi bizik"
“Nar”ın “Çoox Şanslı” lotereyasında 7-ci avtomobil udulub
"Meydan TV"nin əməkdaşları hakim qarşısına çıxarıldılar
Fəzail Ağamalı: "Gedin onu oğlumdan soruşun"
Zaur Əliyev Mehman Qasımovu təqaüdə göndərdi - "Azərişıq" ASC-nin keçmiş vəzifəli şəxsini isə...
Qəzzada savaş davam edir - Daha 4 nəfər həlak olub
DEM-in rəhbərliyi Baxçalı və Babacanla görüşəcək
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Fəxri xiyabanda - VİDEO
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Dövlət rəsmiləri Fəxri Xiyabanda - FOTOLAR
Agentlik yeni kanal çəkilişinə 75 milyon manat xərcləyəcək
"Qalatasaray"ın "Antalyaspor"a qarşı start heyəti müəyyənləşir
Leyla Əliyeva Heydər Əliyevlə fotosunu paylaşdı - FOTO
Azərbaycan nefti 64 dollara düşdü
Onlar müavin təyin olundu
Deputat Rafael Hüseynov VHP-dən istefa verir
"Konyaspor" həbs olunan oyunçusunun müqaviləsinə xitam verdi
Mauro İkardi: "Zövq alın, çünki məndən ötrü darıxacaqsınız"
Prezident Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi - FOTO
Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
Ərdoğanın Türkmənistana səfəri başlayıb
Deputat Əli Abbasovun mandatı ləğv olundu
Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib
Azərbaycanda gündəlik neft hasilatı azalıb
Xəzər dənizində köməksiz qalan Azərbaycan vətəndaşları xilas edilib
Türkiyədə tanınmış jurnalist saxlanıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İranda hava çirkliliyi: hər il azı 50 min insan ölür
"Deyirdi ki, qızıl neft deyil, şabalıddır" - General Raul Zeynalov məhkəmədə ifadə verdi
GENERALDAN OĞLUNUN HƏBSİ HAQDA AÇIQLAMA: “Hələ görüş vermirlər”
Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova zəng edib - Nələr müzakirə olunub?
GENERALLA SABİQ İCRA BAŞÇISININ ÖVLADLARI HƏBS OLUNUB - Detallar
Myanma ordusu xəstəxananı vurub - 33 nəfər ölüb, 76 yaralı var