PUTİN XƏZƏR BORU KƏMƏRİNİN VURULDUĞUNU DEDİ: "Onlar bunu təkbaşına edə bilməzdi..." - "Avropa və Ukrayna niyə həyəcanlanıb ki..."
19-02-2025 [19:55]
"ABŞ-la Ər-Riyadda aparılan ilk müzakirə müsbət xarakterlidir".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Sankt-Peterburqda olan Rusiya prezidenti Vladimir Putin deyib.
O, həmin danışıqların müsbət nəticə verəcəyinə ümidvar olduğunu gizlətməyib: "Rusiya və ABŞ-ın Suriya və Fələstin daxil olmaqla, qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə əlaqələrin bərpası üçün ilk addımı atdı. Əlbəttə, müzakirədə əsas üstünlük Ukrayna məsələsinə verilib. Bununla yanaşı, iqtisadiyyat, dünya enerji bazarında və kosmosda ABŞ-la problemlərimiz var. Bu görüşdə bunların həlli yolu ilə bağlı müsbət siqnallar əldə olunub"
"Rusiya ilə ABŞ arasında etimad yaranmadan Ukrayna böhranı həll edilə bilməz", - deyən Putin ABŞ və Rusiya nümayəndə heyətlərinin görüşünə Ukrayna və Avropa ölkəılərinin qatılmamasının qarşı tərəfdə yaratdığı həyəcanı anladığını deyib: "Avropalılar və Ukrayna təşviş və panika içindədir. Halbuki, o görüş Rusiya ilə ABŞ arasında münasibətləri bərpa etmək üçün idi. Əlbəttə, təxirəsalınmaz problemlərin, o cümlədən Ukrayna probleminin həllində ən vacib məsələ Rusiya ilə ABŞ arasında etimaddır. Bunsuz heç bir bir problemi, o cümlədən Ukrayna böhranını həll etmək mümkün deyil. Bu görüşün məqsədi məhz Rusiya ilə ABŞ arasında etimadı artırmaq idi".
Putin bildirib ki, Rusiya avropalılarla təmas qurmaqdan heç vaxt imtina etməyib: "Rusiya, eyni zamanda, heç vaxt Ukrayna ilə danışıqlar prosesindən imtina etməyib. Avropalılar özləri Rusiya ilə əlaqəni kəsiblər. Ukrayna da həmçinin. Biz heç kimə heç bir şərt qoymadan danışıq masasına qayıtmağa hazırıq. Heç kim Ukraynanı prosesdən kənarlaşdırmır, ona görə həyəcanlanmağa gərək yoxdur. Niyə həyəcanlanırlar ki?!.
Rusiya lideri daha sonra Ukraynanın Xəzər Boru Kəməri Konsorsiumuna məxsus stansiyasına hücumu və dünyadakı enerji resurslarının qiymətlərinin qeyri-sabitliyindəngileylənib: "Trampla neft bazarları ilə bağlı danışmağa da ehtiyac yaranıb. Vaxtilə biz - mən, Tramp və Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə üçtərəfli telefon danışığı keçirərək, qlobal enerji bazarlarını tənzimləmək məsələsində uöğur əldə etdik. Belə bir müzakirəni bu gün də davam etdirmək mütləqdir.
Qaldı qlobal bazara təsir edəck Ukraynanın Qazaxıstan neftini Rusiya ərazisindən daşıyan Xəzər Boru Kəməri Konsorsiumuna aid neft nasos stansiyasına hücumuna, Ukrayna bu hücumu təkbaşına təşkil edə bilməz, çünki kosmik kəşfiyyat məlumatları qərblilər tərəfindən verilir. Bu kəmərlə daşınan neftdən Rusiya az miqdarda gəlir əldə ediri, əsas faydalananlar isə ABŞ və Avropa şirkətləridir".
Putin bir daha iddia edib ki, Ukrayna Avropa ilə birlikdə bu hücumu həyata keçirib: "Əlbəttə, buna inanmaq istəmirəm. Bu, yəqin ki, səhvən olub. Təbii ki, bu hücum qlobal enerji bazarlarına təsir göstərəcək".
F.ƏHMƏD
MİA.AZ
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat