Milli Məclisin sabiq sədri hardadır? - FOTO

img

19-02-2025 [09:15]


Uzun müddətdir ictimaiyyət önünə çıxmayan Milli Məclisin sabiq sədri Oqtay Əsədov bu gün ortaya çıxıb.

Mia.az Modern.az-a istinadla xəbər verir ki, sabiq spiker fevralın 18-də Milli Olimpiya Komitəsinin (MOK) lX Hesabat-seçki konfransında iştirak edib.

Qeyd edək ki, hesabat-seçki Baş Məclisində Azərbaycan Prezidenti İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin prezidenti seçilib.

MOK-un İcraiyyə Komitəsinin və Təftiş Komissiyasının üzvləri də məlum olub.

Səs verənlər arasında Oqtay Əsədov də görünüb.

Qeyd edək ki, Əsədov Azərbaycan Tennis Federasiyasının prezidentidir.

O, 1995-ci ildə yaradılan bu federasiyaya 2004-cü ildən rəhbərlik edir. Sonuncu dəfə 31 avqust 2022-ci ildə keçirilən qurultayda Oqtay Əsədov növbəti 4 il müddətinə Azərbaycan Tennis Federasiyasnın prezidenti seçilib.

Qeyd edək ki, Oqtay Əsədov 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək (təxminən 15 il) Milli Məclisin sədri vəzifəsində çalışıb.

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA