Bilmirsən hansından yazasan: azarkeş məyusluğundan, qumara oxşayan nəticələrdən, yoxsa...- Samir Abbasov isə deyir ki, futboldur da... + VİDEO
18-02-2025 [19:40]
Misli Premyer Liqasının ən maraqlı oyunu olan “Neftçi” Futbol Klubu (FK) ilə “Qarabağ” FK arasında 23-cü turun qarşılaşması həmişə olduğu kimi qalmaqalla başlayıb elə qalmaqalla da bitdi. Bilmirsən hansından yazasan: azarkeş məyusluğundanmı, qumara oxşayan nəticələrdənmi, özündənrazı baş məşqçilərdənmi, yoxsa, Azərbaycan futbolunun inkişafını sadəlövhcəsinə gözləyənlərdənmi?
Belə oyunla Avropa liqası oyunlarına iddia etmək çox primitiv düşüncədi mənə görə. Söhbət udub-uduzmaqdan getmir. Ümumən futbolun və ona heyran olanların, yəni azarkeşlərin duyğularının meydandankənar oyunlarda istifadəsindən gedir söhbət.
Düzdü, oyunlarımız dinamik olur, azarkeşlər heç darıxmağa qoymur adamı, arada qol vəziyyətləri yaranır, həyəcanlanırsan. Amma bu, ölkədən o tərəfə getmək üçün kifayət deyil. Böyük futbol deyil bu. Bu qədər sponsor var klublarda, yəni, pulunuz var, şərait yaradılıb, bazalar, stadionlar yenilənir. Amma niyə biz hələ də meydanlarda əsl futbolu görə bilmirik?
“Neftçi” ilə “Qarabağ”ın qarşılaşması sıradan oyun olmur hər dəfə. Əvvəla, onların klubun arasında açıq bir dartışma var. Nüfuz savaşı. İkincisi maliyyə baxımdan da bir-birinə yaxın səviyyədə dayanırlar, deyə bilərik. Hər iki komandanın forvard oyunçuları var. Biz bu komandalar arasındakı oyunlara Avropaliqaya çıxmaq imkanlarının ortaya çıxarılması gözüylə baxırıq. Amma nəticəsi nə olur?
Çox bəsit durumlarda qol imkanlarının əldən buraxılması, oyunçuların koordinasiyasının zəifliyi. Müəmmalı şəkildə “Qarabağ”ın Kevin Medinası kobudluq edir, komandasını 10 nəfərlə ortada buraxır, sonra “Qarabağ” qol vurmaq üçün penaltiyə göz dikir. Sarı vərəqə verməsi üçün az qala hakimi linç edirlər. Hər belə oyunlardan sonra məşqçiləri dinləyirəm mətbuat konfranslarında, məəttəl qalıram. Hamının əlində bir bəhanəsi var.
“Qarabağ” üçün məsələn, “Neftçi”yə qalib gəlmək niyə çətin olmalıdı ki?
“Qarabağ” bir az yenilənib. Düzdü, gözlənilən transferlər olmayıb. Ağdam klubunu çalışdıran Qurban Qurbanov mətbuat konfransında mənə dedi ki, onlar transfer üçün yayı gözləyirlər, qış ayları belə müraciətlər üçün o qədər də məqsədəmüvafiq deyil. Amma hər halda, Kadi Borges artıq onlarla birlikdədi, kifayət qədər güclü təkanı var komandaya. Bunu həm də psixoloji güc olaraq dəyərləndirə bilərik. “Neftçi”dən əvvəl “Qarabağ” “Səbail”ə 5 qol vuraraq psixioloji üstünlüklə gəlib oyuna. Bütün bunlardan sonra, turnir cədvəlinə başçılıq edən, Avropa “görmüş” bir komanda niyə qol üçün penaltiyə möhtac olsun ki?
Mənə hazırda “Neftçi”də baş verənlər daha çox maraqlı görünür. Təzəlikcə yeni sponsorla anlaşıblar, ərəb şirkətinin dəstəyini alacaqlar. Çox güman ki, komandanın düşərgəsində ərəb mənşəli ölkələrdən transferləri görə biləcəyik. Ələlxüsus, hazırda legioner limitinə qadağanın ləgv edildiyi zamanda bu, çox ağlabatan görünür. Yəni, klubun pulu var deməkdi bu. Qış fasiləsindən sonra bir xeyli özünəinamlı qarşılaşmalar keçiriblər. Bir ara gözümçıxdıya salınan Emin Mahmudov da sakitcə öz tempinə qayıdıb, “Zirə” ilə oyunda qol müəllifi olub. Hərçənd onun kapitanlığa geri qayıtmasına ümid yoxdu, neftçilərin baş məşqçisi Samir Abasov o gün söhbəti qısa kəsdi: “Eminə kapitanlıq verilməyəcək”, - deyə. Uzun sözün qısası, hazırda “Neftçi” turnir cədvəlinin 6-cı pilləsində 24 xalla özünü toplamağa çalışır. Bu yer həsəd aparılası yer deyil. Baş məşqçi Samir Abasov gələndə “Neftçi” 9-cu pillədə, autsayder vəziyyətində idi, Abasov hazırkı 6-cı pilləni özünün uğuru, naliliyyəti hesab edir. Nə bilim, vallah. Deməyə söz tapmırsan.
“Qarabağ”la oyun hər iki tərəf, xüsusən “Neftçi” üçün bir şərəf məsələsidi az qala. İnanılmaz azarkeş ordusu var “Neftçi”nin. Keçən həftədən sosial şəbəkələri bu oyuna dair videolarla doldurmuşdular. Oyun günü nə qədər tanınmış “Neftçi” azarkeşinin fikirlərini oxudum sosial şəbəkələrdə. Oyundan əvvəl “Neftçi” Arenanın ətrafında necə bir ab-hava vardı, adam gərək gözüylə görsün. Hələ stadionda. Qarabağ” azarkeşləri yalandı onların yanında, inanın. Əslində belə baxanda, “Qarabağ” Ağdam klubudu. Mənə qalsa, onlar Ağdama köçəndən sonra bilinəcək həqiqi azarkeş ordusunun mövcudluğu. “Neftçi” isə dədə-babadan paytaxt sakinlərinin sevimlisidi. Mən heç onlar arasındakı qarşılaşmanı “derbi” hesab etmirəm. Derbi bir şəhərin iki komandası arasında olur çünki.
Öz meydanında uduzmağın çox pis duyğusu var, mən o gün bunu gördüm stadionda. Hələ indiyə qədər nə olursa olsun, azarkeş “Neftçi”dən üz döndərməmişdi. Amma “Qarabağ”dan sonra “Neftçi” azarkeşləri də onların duyğularına hörmət etməyənlərə “cəza” olsun deyə, o gün susdular. Azarkeş tribunasını susqun görən “Neftçi” oyunçuları yaxınlaşmağa cəsarət etmədi. Geri çəkildi. Stadionun bir tərəfində penalti hesabına qol sevincini yaşayanlar, digər bir tərəfində məğlubiyyətin acısından susmuş fanatlar. Hər oyunda biri udar, biri uduzar deyiblər də, “axı “Neftçi” nə vaxta qədər uduzacaq, fanatları məyus edəcək”, sualı ilə Mia.az saytı adından mətbuat konfransında baş məşqçi Samir Abasova müraciət elədim.
- Samir müəllim, azarkeşlər bu gün çox məyus oldu. Çox yaxşı azarkeş coşqusu var idi stadionda. Bu stadionun tutumu 11 min nəfərdi, 10 minə yaxın adamın iştirakı o deməkdi ki, rekord sayda azarkeş oyunu izlədi. Onların arasında təbii ki, “Qarabağ” azarkeşləri də var idi. Azarkeşlərin bu məyusluğuna gətirib çıxaran səbəbləri necə şərh edə bilərsiniz? Qeyd edim ki, oyunun sonunda azarkeşlər komandanızla görüşmədi. Sizin bir-iki oyunçu tribunaya yaxınlaşdı, amma geri döndü.
- Məncə azarkeşləri də, futbolçularımı da başa düşmək olar. Birincisi, bu azarkeşi bu meydana dolduran “Neftçi”nin böyüklüyü və əzəmətidi. “Neftçi”nin xoş tərəfi odu ki, 3 qalibiyyətdən sonra bu meydan doldu. Yəni, baxmayaraq ki, turnir cədvəlində 6-cı yerdəyik, işlərimiz yaxşı getmir, bununla belə, başa düşürəm ki, bizə qoyulan tələblər bundan daha yüksək yerlərdi. Sadəcə son 3 qalibiyyət bizim azarkeşimizə həddindən artıq böyük ümid vermişdi. Bizi üzən də odu ki, yəni, məni və futbolçularımı, meydança dolur, insanlar sənə inanıb gəlirlər, amma üzülüb gedirlər. Futbolçular da insandı, üzülür onlar da. İndi gedib soyunma-geyinmə otağında baxsanız, ağlayan, üzülən futbolçuları görərsiniz. Belə baxanda onlar ailə sahibləridi, hərəsinin iki-üç uşağı var, amma o üzüntüyə dözməyib ağlayırlar. Yəni bunları başa düşmək lazımdı. Azarkeşlərin futbolçularla görüşməməsini mövzuya çevirmək doğru deyil. Bəlkə də ən doğrusu o idi ki, getməyiblər görüşə. Yəni, ümidlər qırılıb artıq. Başa düşün, dünya dağılmayıb ki, bu futboldu, bu günün sabahı var, inşaallah, yenə “Qarabağ”la oyun olacaq, çalışacağıq ki, orada qalib gələk. Mən futbolçularıma haqq qazandırmıram, amma insan kimi onları başa düşməliyik.
Zülfiyyə Mustafayeva
MİA.AZ
Bakıda bu ərazilərdə söküntü başladı: sakinlər kompensasiyanın azlıından şikayətlənir - VİDEO
Elşad Miridən Komitə sədrinin aktyorla ilahiyatçının "debat"ı haqda anonsuna reaksiya - FOTO
İran XİN başçısı: "ABŞ-la ədalətli razılaşma əldə etmək əzmindəyik"
"Qalatasaray" Saranın qiymətini müəyyənləşdirib - 40 milyon avro
Suriyada druz silahlıları ilə ordu üz-üzə gəldi- Əhməd Şara bölgəyə əlavə qoşun yeritdi və...- VİDEO
Zelenskinin müşaviri: "Moskva bu sazişlə uduzdu"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Leyla Əliyeva və Arzu Əliyeva Polad Həşimovun evində - FOTOLAR
İran və ABŞ arasında danışıqların növbəti mərhələsi təxirə salınıb
PA-nin sabiq mətbuat katibinin xanımı da vəzifədən ayrıldı
Türkiyədə icazəsiz aksiya: 409 nəfər saxlanılıb
Əməkdar artist vəzifədən azad olunub
Elxan Cəfərov müşavir təyin edilib
"Qalatasaray" daha bir futbolçunun "biletini kəsdi"
Bakıda özünü qəsdən maşının qarşısına atan şəxs saxlanılıb - FOTO
Sabah Nizami və Sabunçu rayonlarının bəzi küçələrində qaz olmayacaq
Növbəti üç gün güclü külək əsəcək - Xəbərdarlıq
Yuxuya qalan avtobus sürücüsü zəncirvari qəza törətdi - 12 nəfər ölüb, 30-dan çox yaralı var
“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirilib - FOTOLAR
Qəzzada savaş: daha 18 nəfər ölüb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Pakistanda toqquşma: təhlükəsizlik əməkdaşları həlak olublar
PREZİDENT DAHA BİR TƏYİNATA İMZALADI - Sərəncam + FOTO
Polis deputatı belə çəmbərə alıb - FOTO
Müğənni Səbinə Abbasovanı öldürən ögey qardaşı haqda qərar verildi
Azercell “SHE Congress”in rəqəmsal transformasiya tərəfdaşıdır
Məktəb və bağçalara direktor təyinatı olub - Siyahı
Tələbələri şair Vaqif Bəhmənli ilə görüşüblər - FOTOLAR
Gürcüstana qatarla sərnişindaşınmanın bərpa olunacağı haqda xəbər yalan çıxdı: "Doğru deyil, elə bir şey yoxdur"
İranın şərqində zəlzələ baş verib - 5 bal gücündə
Qarabağ zonasında 6365.7 hektar ərazi minalardan təmizlənib
Rahid Ələkbərli "ofsayd"da qaldı - Ali Məclsi sədri nazir vəzifəsini yeni müavinə həvalə etdi
Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"yə qatılacaq
Prezident İlham Əliyev Dövlət Agentliyinə vəsait ayırdı - Sərəncam
BMT-nin sülhməramlısı olan azərbaycanlı zabit təltif edilib
Jurnalist nazirlikdən getdi, "Həmkar"larda mətbuat katibi oldu