Harutyunyan, Qukasyan, Sahakyan, İşxanyan, Babayan, Mnatsakanyan... - Onlar yenidən hakim qarşısında + FOTOLAR
07-02-2025 [21:20]
Fevralın 7-də Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırım, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.
Mia.az Report-a istinadla xəbər verir ki, Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, habelə müdafiələri üçün vəkillərlə təmin olunub.
Məhkəmə iclasında zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, habelə Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak edib.
Məhkəmə prosesi dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən cinayət işi üzrə ittiham aktının nəticəvi hissəsinin elanı ilə davam etdirilib.
Dövlət ittihamçıları Ermənistan dövlətinin, onun struktur qurumlarının yüksək vəzifəli şəxslərinin rəhbərliyi, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi, bilavasitə iştirakı, eləcə də ciddi nəzarəti altında, habelə Ermənistanın hərbi qüvvələri və qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədilə Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə yaradılmış cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibə nəticəsində Azərbaycan Respublikasının suverən ərazilərinin işğal olunması ilə bağlı olan cinayət əməlləri üzrə epizodları elan edib.
Dövlət ittihamçısı Təranə Məmmədova İttiham aktına əsasən elan edib ki, Ermənistan silahlı qüvvələrinin və qanunsuz silahlı birləşmələrinin apardığı təcavüzkar müharibə nəticəsində Azərbaycanın suveren əraziləri olan 12 şəhər, 18 qəsəbə, 895 kənd, ümumilikdə 925 yaşayış məntəqəsi işğal olunub və uzun illər ərzində işğal altında saxlanılmış, bununla da, xüsusi və dövlət mülkiyyətində olmuş ümumilikdə 37168 ədəd əmlak üzrə 19 milyard manatdan artıq maddi ziyan vurulub.
Dövlət ittihamçısı Fuad Musayev bildirib ki, Xankəndi şəhəri və onun Kərkicahan qəsəbəsinin işğal olunması nəticəsində 2944 nəfər dinc sakin didərgin salınıb, həmin şəxslərin xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 4579 ədəd əmlak üzrə 636 milyon manatdan artıq maddi ziyan vurulub.
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Kərki kəndinin işğalı (hazırda Sədərək rayonunun Kərki kəndi) nəticəsində 461 nəfər dinc sakin didərgin salınıb, xüsusi mülkiyyətdə və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 54 ədəd əmlak üzrə 7 milyon manatdan artıq maddi ziyan vurulub.
Qazax rayonunun 7 kəndinin - Bağanis-Ayrım, Aşağı Əskipara, Xeyrimli, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara işğal olunması nəticəsində 3159 nəfər dinc sakin didərgin salınıb, xüsusi və dövlət mülkiyyətində olan ümumilikdə 896 ədəd əmlak üzrə 137 milyon manatdan artıq maddi ziyan vurulub.
Xocalı şəhəri və Əsgəran qəsəbəsinin də daxil olduğu, ümumilikdə 50 kənddən ibarət Xocalı rayonunun işğal olunması nəticəsində 7161 nəfər dinc sakinin xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 1067 ədəd əmlak üzrə 103 milyon manatdan artıq maddi ziyan vurulub.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev bildirib ki, Şuşa şəhəri, Turşsu qəsəbəsi və 37 kənddən ibarət Şuşa rayonunun işğal olunması nəticəsində 16299 nəfər dinc sakin didərgin salınıb, həmin şəxslərin xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 2769 ədəd əmlak üzrə 391 milyon manatdan artıq maddi ziyan vurulub.
Xocavənd şəhəri, 2 qəsəbə (Qırmızı Bazar və Hadrut qəsəbələri) və 80 kənddən ibarət olan Xocavənd rayonunun işğal olunması nəticəsində 7451 nəfər azərbaycanlı sakini məcburi qaydada evlərindən didərgin salınıb, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 2607 ədəd əmlak üzrə cəmi 340 milyon manatdan artıq maddi ziyan vurulub.
Laçın şəhəri, Qayğı qəsəbəsi və 124 kənddən ibarət olan Laçın rayonunun işğal olunması nəticəsində 57047 nəfər sakin məcburi qaydada evlərindən didərgin salınıb, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 15459 ədəd əmlak üzrə cəmi 2,7 milyard manatdan artıq maddi ziyan vurulub.
Kəlbəcər şəhəri, İstisu qəsəbəsi və 147 kənddən ibarət Kəlbəcər rayonunun işğal olunması nəticəsində 48847 nəfər dinc sakin didərgin salınıb, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 17489 ədəd əmlak üzrə 2,2 milyard manatdan artıq maddi ziyan vurulub.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli elan edib ki, Tərtər rayonunun bir sıra kənd və yaşayış məntəqələrinin işğal olunması nəticəsində 899 nəfər dinc sakin didərgin salınıb, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 1127 ədəd əmlak üzrə 155 milyon manatdan artıq maddi ziyan vurulub.
Ağdam rayonunun böyük hissəsinin işğal olunması nəticəsində 100574 nəfər dinc sakin didərgin salınmış, həmin şəxslərin xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 31736 ədəd əmlak üzrə 3,7 milyard manatdan artıq maddi ziyan vurulub.
Füzuli rayonunun böyük hissəsinin işğal olunması nəticəsində 83544 nəfər dinc sakin didərgin salınıb, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 22635 ədəd əmlak üzrə 3,4 milyard manatdan artıq maddi ziyan vurulub.
Cəbrayıl şəhəri, Xələfli, Xudafərin, Qumlaq, Mahmudlu qəsəbələri və 92 kənddən ibarət Cəbrayıl rayonunun işğal olunması nəticəsində 52141 nəfər dinc sakin didərgin salınıb, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 15206 ədəd əmlak üzrə 2,1 milyard manatdan artıq maddi ziyan vurulub.
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov qeyd edib ki, Zəngilan şəhəri, 5 qəsəbə və 79 kənddən ibarət kənddən ibarət Zəngilan rayonunun işğal olunması nəticəsində 32775 nəfər dinc sakin didərgin salınmış xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 9679 ədəd əmlak üzrə 1,3 milyard manatdan artıq maddi ziyan vurulub.
Qubadlı şəhəri və 93 kənddən ibarət Qubadlı rayonunun işğal olunması nəticəsində 29539 nəfər dinc sakin didərgin salınıb, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 10159 ədəd əmlak üzrə 1,8 milyard manatdan artıq maddi ziyan vurulub.
Bundan başqa, ittiham aktında qeyd olunub ki, təcavüzkar müharibə nəticəsində ümumilikdə Azərbaycan Respublikasının mədəni sərvətinə aid olmaqla dəymiş zərərin qiymətləndirilməsi mümkün olan ən azı 697 tarix və mədəniyyət abidəsi hücum obyektinə çevirilməklə, hərbi əməliyyatların dəstəklənməsi üçün istifadə edilməklə, qəsdən böyük həcmdə yandırılmaqla, artilleriya qurğularından atəşlər açıb partladılmaqla və sair fiziki üsullarla qismən və tamamilə dağıdılmaqla, eləcə də oğurluq, soyğunçuluq, vandalizm aktları törədilməklə Azərbaycan Respublikasına və Azərbaycan xalqına 906 milyon manatdan artıq maddi ziyan vurulub.
Eyni zamanda, Azərbaycan respublikasının suveren ərazilərinin işğal olunması nəticəsində didərgin salınmış dinc sakinlərin sosial təminatı və maddi-məişət şəraitinin təmin olunmasına sərf edilmiş vəsaitlər nəzərə alınmaqla Azərbaycan dövlətinə ümumilikdə 8,8 milyard manatdan artıq maddi ziyan vurulub.
Daha sonra dövlət ittihamçısı Vüsal Abdullayev təcavüzkar müharibə gedişində Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı, habelə soyqırımı əlamətləri olmadan əhalinin bütövlükdə və ya qismən məhv edilməsi faktlarını elan etməyə başlayıb.
Bildirilib ki, Xocalı rayonunun ərazisində yaşayan azərbaycanlı əhalini kütləvi şəkildə milli-etnik mənsubiyyətinə görə bir qrup kimi məhv etmək niyyəti ilə onları öldürmək, sağlamlığına ağır və əqli qabiliyyətinə ciddi zərər vurmaq məqsədi ilə Xocalı rayonuna və ətraf yaşayış məntəqələrinə silahlı basqınlar edilib, azərbaycanlıları baş dərisinin soyulması, qulaq, burun, cinsiyyət üzvlərinin kəsilməsi, gözlərinin çıxarılması, diri-diri yandırılması, cinayətkar fəaliyyətinin qarşısının alınması üçün zərərsizləşdirilmiş erməni əsilli şəxslərin qəbirləri üzərində başlarının qurbanlıq kimi kəsilməsi, qadına, qocaya və uşağa da fərq qoymadan qəddarlıqla müxtəlif işgəncələr verilməsi ilə ümumilikdə 613 nəfər şəxsin qəsdən öldürülüb məhv edilməklə Xocalı soyqırımı törədilib.
Məhkəmə fevralın 11-də davam etdiriləcək.
Xatırladaq ki, sözügedən cinayət işi üzrə 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Saakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
“Bakcell” “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
KOBİA-nın tenderi ləğv edilib
12 yaşlı uşaq məktəb direktorunu güllələdi - Türkiyədə + FOTOLAR
Türkiyə Azərbaycanın bəzi universitetinin diplomunu niyə tanımır? - Əli Əsədov iclasda Türkiyənin vitse-prezidentinə səsləndi
Əli Əsədov: "Abşeron" yatağından qazın Türkiyəyə ixracı ilə bağlı danışıqlar aparılır"
Əhməd İsmayılov: "Dezinformasiya qlobal gündəlikdə ciddi təhdidlər sırasında yer alır"
Bu axşam “Nar”da böyük həyəcan – 9-cu avtomobil sahibini tapır
Daha iki məşhur istintaqa çağırıldı - Türkiyədə
Ceyhun Bayramov səfiri qəbul edib - Açıqlama
Ekoloq: "Şikayət edəcəksiniz, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi rüşvət alıb keçəcək” - VİDEO
“Mən nə etdiyimi bilirəm və sən də bilirsən” - Röya Şəbnəmə gözlənilməz an yaşadıb (VİDEO)
Tacikistan prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN
Türkiyənin vitse-prezidenti Fəxri xiyabanı ziyarət edib - FOTO
QARABAĞIN KƏNDLƏRİNƏ KÖÇ DAVAM EDİR (YENİLƏNİB)
Paşinyan Rusiyadan İlham Əliyevə təşəkkür etdi - Ermənistana qarşı blokadanı ləğv etdiyinə görə
Sabah hava necə olacaq? - Proqnoz
Bakıda siqaret satışı məhdudlaşdırıldı - Qiymətlər qalxdı
Fransa Prezidentinin rəsmi iqamətgahı soyulub: qədim tarixi əşyalar aparılıb - Vəzifəli şəxslər saxlanılıb
İcra başçısının sabiq müavini azadlığa çıxdı
Üç gün geomaqnit qasırğası olacaq
"İlhamə Qədimovanın özü də bu sahənin mütəxəssisi deyil" - Ekspert nazir müavininin deputatların qarşısındakı çıxışına belə şərh verdi
Müğənni amnistiya düşdü - Dəniz Əsədova azadlığa buraxıldı
"Bakı Metropoliteni"nin zərəri 3 milyard manatı ötüb - Rəqəmlər
Prezidentin Amnistiya təşəbbüsü: məhkumların azad olunmasına start verildi (Yenilənib)
Vüqar Qurbanov bir neçə gün əvvəl imzaladığı əmri ləğv elədi - Eldar Mahmudovun əmisi oğlu ilə bağlı
"Bu cür saxta reklamlar və şirnikləndirici təkliflərə inanmayın" - DİN-dən xəbərdarlıq
Baş məşqçi "Fənərbağça"ya qapını qapatdı - "O, bizə çox lazımdır"
Bakıda bacı-qardaş dəm qazından zəhərlənərək ölüblər.
XANKƏNDİNİN NÜFUZLU ZİYALISI
Ali Koç Aziz Yıldırıma "ilişdi", "Fənərbağça" prezidentinə tam dəstək verdi: "Yanındayıq"
Ukraynalı Ombusman: "50 ukraynalı zorla Rusiyaya aparılıb"
Mingəçevirdə 43 yaşlı şəxs 36 yaşlı sakini bıçaqlayıb
Kəskin respirator virusu yayılıb - Nazirlikdən xəbərdarlıq
Livan ordusu: "İsrailə məxsus kameralı casus qurğusunu ələ keçirdik"
Prezident İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etməyəcək
"CNN Türk"ün müxbiri Merve Tokaz: "Başıma bir iş gəlsə...."
Qəzzada güclü fırtına oldu, 22 qəzalı bina çökdü - Ölənlər var
"Bursaspor" hücumçu aldı
Donald Trampın ideyası İsraildə tətbiq olunacaq - Həbsxanalar timsahlarla "mühasirə"də saxlanılacaq
Xırdalanda üç nəfər dəm qazından zəhərlənib