Gömrükçülərin gecikən maaşları haqda açıqlama: "Ajiotaj yaratmağa ehtiyac yoxdur”

img

28-01-2025 [14:28]


Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin əməkdaşları oktyabr ayından bəri əməkhaqqı ala bilmir. 

Həmçinin bu müddət ərzində məzuniyyət pulunu da ala bilməyənlərin olduğu bildirilirdi. Hətta problemi hüquqi müstəvidə həll etmək istəyib bununla bağlı məhkəməyə müraciət edənlər də var idi. 

Mia.az
xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Gününsəsi.info-ya açıqlamasında sözügedən məlumatı təsdiqləyib.

“Bəzi texniki məsələlər var. Onlar həll olunduqdan sonra hamı maaşını alacaq. Burada ajiotaj yaratmağa ehtiyac yoxdur”, - deyə sədr bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA