Qarabağda çoxsaylı cinayətdə təqsirləndirilən ermənilər yenidən hakim qarşısına çıxarıldı - Məhkəmə prosesi (FOTOLAR)
21-01-2025 [18:06]
Yanvarın 21-də Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə hazırlıq iclası davam etdirilib.
Mia.az xəbər verir ki, Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslər erməni dilində tərcüməçilərlə, habelə müdafiə üçün vəkillərlə təmin olunub.
Prosesdə zərərçəkmiş qismində tanınmış 531 mindən artıq şəxsdən 350 nəfəri iştirak edib.
Budəfəki məhkəmə prosesində müdafiə tərəfinin vəsatətlərinə baxılıb.
Məhkəmədə Davit Babayanın vəkili vəsatətlə çıxış edib. O, müdafiəçisi olduğu şəxslə konfidensial görüş verilməsini xahiş edib. İttiham tərəfi vəsatətə etiraz etməyib.
Hakim Davit Babayanın vəkilinin vəsatətini təmin edib və konfidensial görüş üçün məhkəmədə fasilə elan olunub.
Fasilədən sonra təqsirləndirilən şəxslərin əksəriyyətinin vəkilləri müdafiə etdikləri şəxslərin barəsində həbs qətimkan tədbirlərinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş ediblər.
Dövlət ittihamını müdafiə edən prokuror vəsatətlərə münasibət bildirərək təqsirləndirilənlərin şəxsiyyətinin, onların ittiham olunduqları əməllərin ağırlığının və xarakterinin, habelə həbsin ev dustaqlığı ilə əvəz olunmasının obyektiv məhkəmə baxışının aparılmasına mane olacağını nəzərə alaraq, qətimkan tədbirinin dəyişdirilmədən saxlanmasını və vəsatətin təmin olunmamasını xahiş edib.
Daha sonra zərərçəkmiş şəxslərin nümayəndələri və zərərçəkmiş şəxslər, o cümlədən Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov çıxış edərək vəsatətlərə təmin olunmamasını və təqsirləndirilən şəxslərin həbsdə qalmasını xahiş ediblər.
Zərərçəkmişin nümayəndəsi Arzu Cavadov deyib ki, ölkədəki təcridxanalarda kifayət qədər savadlı həkimlər var: “Kifayət qədər dava-dərmanla təchiz olunub. Vaxtlı-vaxtında tibbi yardım göstərilir... Qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı heç bir prosessual əsas yoxdur... Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən onların sağlamlığı nəzarətdədir. Buna görə də məhkəmədən xahiş edirəm ki, verilmiş vəsatətlər təmin edilməsin”.
Zərərçəkmişin nümayəndəsi Şahin Hüseynov deyib ki, təqsirləndirilən şəxslərin ağır və xüsusilə ağır cinayətlərdə ittiham olunduqları nəzərə alınmalıdır: “Təqsirləndirilən şəxslərin hüququ olduğu kimi, zərərçəkəkmişlərin də hüququ var. Burada minlərlə zərərçəkənin hüquqlarının müdafiəsindən söhbət gedir. Ev dustaqlığı ilə bağlı verilən vəsatət əsassızdır. Təmin olunmamasını xahiş edirəm”.
Zərərçəkmişin nümayəndəsi Cavanşir Məmmədov bildirib ki, təqsirləndirilən şəxslər ölkəni tərk edərkən saxlanılıblar: “Onların məhkəmədən gizlənməsi, ədalət mühakiməsindən yayınması təhlükəsi qalır”.
Hakim Zeynal Ağayev təqsirləndirilən şəxslərin hər birinə vəsatətlərə münasibət bildirmək üçün söz verib.
Təqsirləndirilən şəxs Arayik Harutyunyan digər təqsirləndirilənlərdən fərqli olaraq ev dustaqlığına buraxılması barədə vəkili və ya özü tərəfindən vəsatət verilmədiyini, eləcə də səhhəti ilə bağlı şikayətinin olmamasını qeyd edib: “Sağlamlıqla bağlı problem olduqda təcridxanada həll olunur. Ümumiyyətlə”, digər təqsirləndirilən şəxslərdən sağlamlıqları ilə bağlı şikayət eşitməmişəm”.
İttiham olunanlar Arkadi Qukasyan, Bako Sahakyan, Melikset Paşayan, Davit Allahverdiyan vəsatətlərin təmin olunaraq ev dustaqlığına buraxılmalarını xahiş edib.
Digər təqsirləndirilən şəxslər vəsatətin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxıb.
Məhkəmənin növbəti iclası yanvarın 27-də keçiriləcək və həmin prosesdə vəsatətlərlə bağlı qərarlar elan olunacaq.
Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar(Report).
İLHAM ƏLİYEV SİPİKERƏ ORDENİ BELƏ TƏQDİM ETDİ - FOTOLAR
Əkrəm İmamoğlu və yaxın ətrafı həbs olundu - SİYAHI
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib
Azərbaycan neftinin qiyməti enib
59 qırıcı, 9 hərbi gəmi... - Tayvan adası ətrafında gərgnlik böyüyür
Millətlər Liqası: Türkiyə - Macaristan oyununun hakimləri bəlli olub
Rusiya Maskla kosmik əməkdaşlığa hazrlaşır - Açıqlamalar
Ruben Vardanyanın məhkəməsində on nəfərdən çox zərərçəkmiş şəxs ifadə verib - FOTOLAR
“Neft Daşları”nda faciə: kran dənizə aşdı, maşıinst öldü
Leyla Əliyeva Qubada - FOTOLAR (YENİLƏNİB)
PUTİNLƏ TRAMP TELEFONDA 2.5 SAAT MÜZAKİRƏ APARIB - Ukrayna ilə bağlı ekspert qrupu yaradılacaq...
Əkrəm İmamoğlunun diplomu ləğv edilib - Universitet qərar verdi
Prezident və xanımı Ağdərədə - Dövlət başçısı sakinlərlə söhbətləşib (FOTOLAR, YENİLƏNİB)
Ermənistan ordusu ntəxribatlardan əl çəkmir - Mövqelərimiz yenə atəşə tutuldu - (YENİLƏNİB)
"Bursaspor" yeni baş məşqçi gətirib
Argentina millisinin heyəti açıqlanıb - Messi heyətdə yer almayıb
Prezident İlham Əliyev AMEA ilə bağlı sərəncam imzaladı
İsrailli radikallar fələstinlilərin evlərinə hücum ediblər - Butuika və daşlarla...
Çin CERES-1 raketi ilə 8 peyk buraxıb
Mıəhkəmə Rüfət Səfərovun haqqında qərar verdi
İlham Əliyev xalqı təbrik edib - MƏTN
PREZİENT ONLARI TƏLTİF ELƏDİ - SİYAHI
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ciro İmmobilenin meneceri: "Onun bəzi problemləri var"
"Dedi ki, qələt eləmisən, sən kimsən məni parodiya edirsən?"
Bu sürücülərin cəriməsi ləğv olunacaq - Ekspert açıqladı
İsrail Livanı bombalayıb
Çin ABŞ və Rusiyanı geridə qoydu - Yeni nəsil qırıcı ikinci sınaqdan çıxarıldı (FOTO)
"Beşiktaş" klubu açıqlama yaydı: "Bu xəbərlərə inanmayın"
Abdullah Kavukçu: "Osimheni əldə etmək xəyal deyil"
Suriya ilə Livan savaşın eşiyində: nə baş verir?
"Bursaspor" baş məşqçisini istefaya göndərib
Kennediyə sui-qəsdə dair sənədlər açıqlanacaq - 80 min səhifəlik cinayət işini hamı oxuya biləcək
ABŞ-dan dəhşətli fırtına: azı 40 nəfər ölüb
İndoneziyada güclü zəlzələ oldu - 6 bal gücündə
TRAMP İRANI HƏRBİ GÜCLƏ TƏHDİD ETDİ: "Onların hər bir gülləsinə görə siz cavab verəcəksiniz"
"İnter Mayami" liderliyə yüksəldi - Messi qol atdı
Avropa İttifaqı rəsmisi: "Suriya xalqı bilsin ki, biz hər addımda onların yanında olacağıq"
İstanbul hava limanında sistem çöküb: yüzlərlə sərnişin havasız qalıb, uçuşlar ləngiyib - Açıqlama (FOTOLAR)
Aİ Ukraynaya yeni yardıma hazırlaşır - 3,5 milyard avroluq
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ-nin Azərbaycanla sərhəddə casus missiyası yenidən aktivləşib
Ermənilər yenə sərhəddə təxribata əl atıb - Müdafiə Nazirliyi məlumat yaydı (Yenilənib)
Ermənilər Bakıda məhkəmədə: "Ermənistandan hər il 7-8 min çağırışçı Azərbaycanın..." - FOTOLAR (Yenilənib)
Ramazanın 18-ci gününün duası: imsak və iftar vaxtı