Türkiyə ordusu YPG-nin mövqelərinə sarsıdıcı zərbə vurdu - Qruplaşama lideri "böyük itkilərimiz var" dedi

img

17-01-2025 [11:33]


Türkiyə Silahlı Qüvvələri ötən gün Suriyada Tişrin bəndi ətrafında YPG terrorçu ünsürlərə qarşı hava əməliyyatları həyata keçirib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, PUA-ları tərəfindən YPG-nin hədəfləri, o cümlədən maşınları dəqiq zərbələrlə vurulub.

Məlumata görə, çoxluq sayda hərbi texnika sıradan çıxarılıb, xeyli terrorçu məhv edilib.

Əməliyyatdan sonra terror təşkilatı PKK/PYD/YPG lideri Salih Müslüm çox ağır itkilər verdiklərini etiraf edib.

Xatırladaq ki, Suriyadakı yeni rejim və Türkiyə Terror təşkilatı PKK/YPG-yə silahları yerə qoymağı və Bəşər Əsəd dövründə ABŞ-ın dəstəyi ilə ələ keçirdikləri bəzi ərazilərdəki "hakimiyyəti" dinc yolla tıəhvil verməyi tələb edirlər. Əks halda, onlara silah gücünə məhv ediləcəkləri barədə xəbərdarlıq edilib.

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR