Blinken: "Qəzzada atəşkəsə çox yaxınıq"

img

09-01-2025 [00:04]


"İsrail və HƏMAS arasında Qəzzada atəşkəs razılaşması çox yaxındırlar".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Antoni Blinken Fransada deyib.

Bildirib ki, Blinken Fransa xarici işlər naziri Jan Noel Barrotla ortaq mətbuat konfransında atəşkəs razılaşmasına dəstəyinə görə Fransa prezidenti Emmanuel Makron və hökumətinə ABŞ-la fövqəladə ortaqlığa görə təşəkkür edib: "ABŞ-Fransa tərəfdaşlığı daha inamlı, daha firavan və daha təhlükəsiz dünya qurmaq üçün vacibdir".

Blinken əlavə edib ki, iqtidariə Tramp administrasiyasına verənə qədər Qəzzada atəşkəsə nail olacaqlarına ümid edib.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden yanvarın 20-də prezident postunu Donald Trampa təhvil verəcək.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA