İcra başçılarını nə gözləyir? - 30 rayon rəhbəri haqda sərəncam veriləcək
28-07-2014 [19:18]
Qarşıda bir sıra rayonların icra başçıları üçün ən ağır sınaqlar gözləyir.
Mia.az «Reytinq» qəzetinə istinadən xəbər verir ki, yaxın həftələrdən başlayaraq, barələrində daha çox şikayətlər edilən icra başçılarının vəzifələrindən azad olunması ilə yanaşı, onların son üç il ərzindəki fəaliyyətləri təftiş ediləcək: «Artıq prezident Administrasiyası icra başçılarının nazı ilə oynamaq niyyətində deyil. Onların hər birinə şəxsən prezident İlham Əliyevin adı ilə xəbərdarlıq olunub. Təxminən 30-a yaxın icra başçısına isə son xəbərdarlıq olunub. Onların fəaliyyətindən doğan əsaslı şikayətlər Prezident Administrasiyası tərəfindən müxtəlif yollarla araşdırılıb. Və əmin olunub ki, artıq yerli icra hakimiyyətlərinin başçıları şikayətlərlə bağlı yuxarının özünü də düzgün məlumatlandırmırlar. Odur ki, həmin icra başçılarına qəti və son xəbərdarlıq olunub. Elə buna görə də həmin icra başçıları mətbuatla münasibətləri qaydaya salmaqla, rayondan göndərilən şikayətlərin dərc edilməsinə qarşı da tədbirlər görməyə başlayıb. Məsələnin ən maraqlı tərəflərindən biri də icra başçılarının himayədarları vasitəsi ilə bu təhlükədən ən azı rəhbərlik etdikləri rayondan başqa bir rayona başçı göndərilməsini təmin etmək üçün dəstək də istəməyə başlayıblar. Mənim bildiyimə görə, bütün çabalara baxmayaraq, oktyabr ayınadək 30-dək icra başçısı yola salınacaq. Onların arasında Bakının Suraxanı rayonunun icra başçısı İlqar Abbasovla Xətainin icra başçısı Razim Məmmədovun da adları var».
Məlumatlı şəxs bir neçə gün əvvəl Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun «Yeni Azərbaycan» qəzetində icra başçılarına yönəlik məqaləsinin də təsadüf olmadığını deyir: «Həmin məqalədə 2014-cü ilin birinci yarısı üçün icra başçılarından edilən şikayətlərin statistikasından bəhs edir. Həmin məqalədə ötən ilin müvafiq dövrünə nisbətən Qobustan, Samux Ağcabədi, Ağdam, Astara, Binəqədi, Xəzər, Xocalı, İmişli, Kəlbəcər, Laçın, Lerik, Cəlilabad, Zəngilan, Zərdab, Suraxanı, Nərimanov, Sabunçu, Xətai, Yasamal və digər rayonlardan edilən şikayətlərin pik həddə çatdığı vurğulanıb. Bu isə o deməkdir ki, həmin adıçəkilən rayonların əksəriyyətinin rəhbərləri də artıq «qara siyahı»dadır. Xüsusilə son iki ay ərzində Suraxanının icra başçısı İlqar Abbasovun özünü qorumaq üçün böyük çaba göstərdiyini deyə bilərəm. Hətta onun barəsində müsbət imic yaratmaq üçün böyük pullar xərclədiyi də diqqətdən qaçmır».
Yaxın həftələrdən başlayaraq, daha bir neçə rayonda yoxlamaya start veriləcəyini də deyən müsahibimizin sözlərinə görə, artıq barəsində daha çox şikayətlər olunan Salyanın icra başçısı Tahir Kərimovun fəaliyyətinin təftiş edilməsi də bu istiqamətdə deyilən fikirləri qüvvətləndirir: «Tahir Kərimov da haqqında ən çox şikayətlər edilən başçılardandır. Onun bir hüquq müdafiəçisini şərləyərək, həbs etdirməklə, vəziyyətdən çıxmağa çalışması da əks-effekt verməyə başlayıb. Maliyyə Nazirliyi bir həftədən çoxdur bu rayonda bütün büdcə təşkilatlarını yoxlayır. Və bu, sonda birbaşa Tahir Kərimovun şəxsinə yönəldilməklə, bitəcək. Onu qarşıda daha məşəqqətli günlər gözləyir».
Məlumatlı şəxs deyir ki, bəzi icra başçıları barələrində edilən şikayətlərə biganə yanaşırlar: «Onlar adətən yuxarı dairələrə barələrində edilən şikayətlərin tədbir görülməsi məqsədiylə özlərinə göndərilməsindən arxayınlaşırlar. Əslində isə vəziyyət başqadır. Prezident Administrasiyasına daxil olan müraciətlərin heç biri diqqətdən kənarda qalmır, onlar ətraflı öyrənilir, yaranma səbəbləri araşdırılır, dövlət hakimiyyəti orqanlarında və onların yerli qurumlarında vətəndaşların müraciətlərinə baxılması, onların qəbulunun təşkili, bu sahədə qanunvericiliyə əməl olunması məsələləri müntəzəm təhlil olunur. Və bunlar hesabaat şəkilində birbaşa Prezidentə təqdim olunur. Bəzən elə olur ki, bu təhlildən heç bölgələr üzrə kuratorların da xəbəri olmur. Ona görə icra başçıları rahat şəkildə korrupsiya əməllərini davam etdirirlər. İş işdən keçəndən sonra isə geriyə yol qalmır və bunlar yığdıqları pulları ayrı-ayrı vəzifəli himayədarlarına xərcləməklə ən azı prokurorluğun dəhlizlərində qalma ehtimalından sığortalanmağa çalışırlar».
Paşinyan Moskvaya gedir - Putinlə ikitərəfli görüş olacaq
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - Xəbərdarlıq
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
Qarabağ zonasında 2046.3 hektar ərazi minalardan təmizlənib
Dövlət qulluğuna imtahan keçiriləcək
DSMF-də rəsmi yoxlama başlayıb - Açıqlama
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
Bakı dünyanın "İdman Paytaxtı” seçilib
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalandı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ DEPUTATIN RAMİZ MEHDİYEVƏ ŞOK MƏKTUBU ÜZƏ ÇIXDI: "Hörmətli ağsaqqalım..." - "Bəlkə, özləri yazıb "qol" çəkiblər?" - FOTO (YENİLƏNİB)
Rezidenturaya qəbulun nəticələri açıqlanıb
RUSİYA UKRAYNANI ADDIM-ADDIM ƏLƏ KEÇİRİR: "Xarkov və Donetskdə daha iki yaşayış məntəqəsi nəzarətə götürülüb"
Qəzzada savaşın 213-cü günü: ölənlərin sayı artlb
Hakim: "AMEA-nın vitse-prezidenti bilərəkdən, ya bilməyərəkdən cavab vermir" - Qalmaqallı məhkəmə (FOTOLAR)
Keçmiş komitə sədri hakim qarşısına çıxarılır - Korrupsiya ittihamı
Türkiyədə ağır qəza: 8 nəfər ölüb, çoxlu sayda yaralı var - FOTOLAR
Ağdərə və Qubadlıda insan qalıqları tapılıb - Prokurorluq araşdırma aparır (Yenilənib)
Joze Mourinyo Türkiyəyə gəlir - İki illik razılaşma əldə olunub
ABŞ səfiri Füzuli və Şuşada - FOTOLAR (YENİLƏNİB)
Putin beşinci dəfə and içəcək
QMİ Məhərrəmlik ayının başlanacağı tarixi açıqladı
Prezident İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib - FOTO (Yenilənib)
Emin Əmrullayev yola saldı: nazir həmkarı özünə müşavir götürdü - Sabiq mətbuat katibi vəzifəyə təyin olunub
Azərbaycanla daha bir ölkə arasında viza tələbi aradan qaldırılıb
Gömrük Komitəsinin sədri özünə daha bir müşavir götürüb
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir - Dəyişiklik
ABŞ-da unikal hadisə: qadın 10 həftə ərzində lotoda iki dəfə 1 milyon dollar qazanıb - "Qənaətlə xərcləyəcəm"
Dövlət xidməti rabitə müəssisələrini "vurdu": “Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - Xəbərdarlıq
Anar Məmmədli ev dustaqlığına buraxılmadı - Məhkəmə iclası
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
İki həftə əvvəl "ərim məni döyür" harayı çəkən müğənni ölüm xəbərindən dərhal sonra dəyişdi: "Andımıza sadiq qaldıq, canım yoldaşım"
İsrail əsgərləri Tulkerim qaçqın düşərgəsini mühasirəyə alıb
SABİQ NAZİRİN OĞLUNUN ADI HALLANAN MƏHKƏMƏ PROSESİ: "90 milyon manat ayrılmışdı..." (Yenilənib)
Qəbul imtahanına qeydiyyat başa çatır
Qubad İbadoğluna elektron qolbaq taxılıb
İnəkdən quş qripinə yoluxan var - "Gözləri qıpqırmızı olub"
Neft Fondu əməkdaşları 3 günlük istirahətə 118 min manat xərcləyəcək
Qohumlarını vəzifəyə yığan sabiq nazir indidə belə danışır: "Qabiliyyəti, bacarığı olanı təyin etmək lazımdır, qohumları yox..." - VİDEO
Partiya sədri: "İstəyirlər ki, Rusiya ilə düşmən olaq" - MÜSAHİBƏ
“Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihənin icrasına başlanıb
Keçmiş baş həkimlə şöbə müdiri yenidən hakim qarşısına çıxarılır