27-07-2014 [04:09]
"İyulun 27-si Ramazan ayının sonuncu günüdür. Sabah oruc tutulacaq. Ayın təzələnməsi sabahdır, yəni iyulun 27-də. Ayın 28-də isə bayram olmalıdır. Bayram namazı da həmin gün qılınmalıdır”.
MİA-nın xəbərinə görə, bunu virtualaz.org saytına açıqlamasında Şamaxı Rəsədxanasının aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri üzrə namizəd Nazim Hüseynov deyib.
N.Hüseynov ayın təzələnməsini və bayram günün müəyyən edilməsinin çox asan olduğunu söyləyib: "Ayın təzələnməsini geniş şəkildə araşdırmaq, hesablamaq lazım deyil. Kompyuterləşdirilmiş sistemdir, proqram qurulub, bir düymə ilə ayın təzələnməsini hesablanır”.
Rəsədxananın hesablamalarına görə bayramın iyulun 28-nə düşdüyünü deyən N.Hüseynov QMİ-nin belə bir qərar verməsini səbəbini bilmədiyini dedi: "Qafqaz Müsəlmanları İdarəsinin bayram namazını 29-na salmasının səbəbini bilmirəm. Bunu Qafqaz Müsəlmanları İdarəsindən soruşmaq lazımdır”.
Onun sözlərinə görə, Şamaxı Rəsədxanasının verdiyi rəylə bayram günü müəyyən edilir. Lakin QMİ buna əsaslanmayıb.
"Bildiyim qədəri ilə bayram namazı ilə bağlı qərar fətva ilə verildiyindən bizim rəy nəzərə alınmayıb. Bu şəkildə hesablanarsa, orucluq ayı 31 gün olur. Belə olması isə mümkün deyil. Ramazan ayı adətən 29, ya da 30 gün olmalıdır. Ramazan bayramı isə ayın təzələnməsinə görə hesablanır və bu gün də 28-nə düşür. Ancaq niyə belə edirlər, bu ayrı mövzudur”- deyə N.Hüseynov qeyd etdi.
N.Hüseynov bir neçə il əvvəl Qafqaz Müsəlmanları İdarsəindəki görüşləri haqda da məlumat verdi: "Bir neçə ilə əvvəl bizi idarəyə dəvət etmişdilər. Fikirlərimiz öyrənildi. Bayramın başlanılması və qurtarması ilə bağlı fikir bildirdik. Bizim də rəy bildirdiyimiz şəkildə bayram günü elan olundu. Amma sonradan bu qərar dəyişdirildi. Elə oldu ki, həmin il 31 gün oldu. Bayram günü bizdə İranla üst-üstə düşür. Bunun səbəbini isə deyə bilmərəm”.
Xatırladaq ki, QMİ ayın təzələnməsini və bayram namazının vaxtını Şamaxı Rəsədxanası və Elmlər Akademiyasının rəyinə əsasən elan edir. Bu, mətbuat vasitəsi ilə QMİ üzvləri tərəfindən bir neçə dəfə bəyan edilib. Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev mətbuata açıqlamasında bunları demişdi: "Bizim cədvəlimiz tərtib olunub və iyulun 29-da bayram namazı qılınacaq. Şamaxı Rəsədxanasının, Elmlər Akademiyasının birgə tərtib etdiyi cədvələ əsasən işimizi görürük”.
Tuncay Şanlı istefaya göndərildi
Acun Ilıcanın sahibi olduğu komandanın arzusu "gözündə qaldı"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyev: "COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər"
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq - Xəbərdarlıq
Bakıda 28 yaşlı qadını boğublar
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
"Bakı Marafonu 2024"ün qalibləri müəyyənləşib
Buraxılış imtahanı: bir şagird və nəzarətçi zaldan qovuldu
Bu gün rezidenturaya imtahan keçirilib
Heydər Əliyev Mərkəzində “20 ilin sədası” adlı konsert proqramı keçiirlib - FOTOLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda həkimi bıçaqlayıblar
"Real Madrid" 36-cı dəfə La Liqa çempionu olub
Ceyhun Bayramov Qambiyada Hakan Fidanla görüşüb
59 yaşlı kişi 67 və 58 yaşlı iki nəfəri güllələyib, daha sonra isə... - Şəkidə şok olay
Sabah Bakıda bu yollar bağlanacaq
Tovuz rayonunda zəlzələ olub
Prezident Türkiyə ilə bağlı daha iki qanunu təsdiqləyib
Xankəndi Şəhər Prokurorluğu yaradılıb - Sərəncam
Bakıda 58 yaşlı şəxs adam öldürüb
Nigar Köçərli: "Bu işlə məşğul olub milyonçu olmaq olmaz" - "Bir çox qadınlar kimi qır-qızıla üstünlük vermirəm"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İtaliya XİN: "Biz Ukraynaya qoşun göndərməyəcəyik"
"Beşiktaş" son saniyə qolu ilə qazandı
Müdafiə Nazirliyində 143 minlik mənimsəmə: general və keçmiş idarə rəisləri hesab verir - Məhkəmə prosesi
Rusiya ilə Azərbaycan arasında əlaqələr genişlənir - Baş nazirin müavinləri görüşüblər
Ərdoğandan Özəllə görüşü haqda ilk açıqlama: “Türkiyənin buna ehtiyacı vardı" - "Siyasətin yumşalmasını istəyirəm"
Naxçıvan Dövlət Universiteti haqda qərar imzalandı
Əli Əsədov ƏƏSMN-lə bağlı yeni qərar imzalayıb
Onlar pensiyaya daha tez çıxacaq - Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Prezident İlham Əliyev fərman imzalayıb
Yağış yağacaq - Xəbərdarlıq
“Auto Azərbaycan” MMC barəsində araşdırmaya başlanıb
Daha 66 dərmanın qiyməti ilə bağlı qərar verildi
İŞIQ və QAZ XƏTLƏRİNƏ NEÇƏYƏ QOŞULMAQ OLACAQ? - Qiymətlər açıqlandı (Qərar + DETALLAR)
Avropa çempionatı: millilərimizin rəqibləri müəyyənləşib
Vilayət Eyvazov generalı özünə müşavir təyin edib - DİN-də növbəti dəyişiklik (FOTO)
Pakistanda sərnişin avtobusu aşıb: 20 nəfər ölüb
Şimali Koreya xaricdən tələbələrin ölkəyə girişinə icazə verdi
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Xaricdə oxuyan daha 62 nəfərin diplomu tanınmayıb - SİYAHI