Yanvar ayında bu tarixlərdə iş günü olmayacaq

img

06-01-2025 [21:02]


Bu ilin yanvar ayında 8 gün rəsmi iş günü olmayacaq.

Mia.az xəbər verir ki, 20 Yanvar - Ümumxalq Hüzn Günü də qeyri-iş günü hesab olunur.

Bundan əlavə, Mərkəzi Seçki Komissiyası yanvarın 29-da bələdiyyə seçkilərinin keçiriləcəyini elan edib. Qanunvericiliyə əsasən, seçki günləri qeyri-iş günü hesab edilir.

Yanvar ayının 11,12, 18, 19, 25, 26-sı şənbə-bazar günləri olduğunu da nəzərə alsaq, ümumilikdə daha 8 gün qeyri-iş günü olacaq.

Xatırladaq ki, Yeni illə əlaqədar 1-5 yanvar tarixləri də qeyri-iş günü olmuşdu.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA