Bakıda taksinin qaz balonu partlayıb - Sürücü xəsarət alıb (VİDEO)

img

05-01-2025 [10:06]


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində avtomobildə partlayış baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Mia.az-ın məlumatına görə, əməliyyat şəraitinə uyğun olaraq "Uber" taksi xidməti ilə məşğul olan  "Chevrolet Cobalt" markalı avtomobildə quraşdırılmış həcmi 200 litr olan qaz balonunda baş vermiş ani partlayışla əlaqədar yanğınsöndürənlər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər almış avtomobilin sürücüsü İlqar Rzayev təcili tibbi yardım briqadasına təhvil verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA