İran Prezidenti İlham Əliyevə başsağlığı verib: "Çox məyus oldum"

img

25-12-2024 [14:16]


İran Prezidenti Məsud Pezeşkian AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Bu barədə İran Prezidentinin saytı məlumat yayıb.

Azərbaycan təyyarəsinin qəzaya uğraması xəbərinə çox məyus oldum. Sizə və Azərbaycan xalqına, xüsusən də həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir, Uca Yaradandan həlak olanlara rəhmət, məğfirət, yaralananlara isə tezliklə şəfa diləyirəm”, - M.Pezeşkian qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA