23-07-2014 [21:31]
Bizim yazarların hekayələri sinoptik xəbərlərlə başlayır. Yağış yağırdı, gün çıxmışdı, duman çökmüşdü, külək əsirdi...
Həmin gün doğurdan da bərk yağış
yağırdı. Evdən həyətə çıxanda islanmamaq üçün qaçdığım dəqiq yadımdadı. Həmin
bərk yağış yağan gün televizorda bir saqqallı kişi gördüm. Görünüşü maraqlı
gəldi. Soruşdum - bu adam kimdi? Dedilər - Əbülfəz Əliyev. Sovet dövründə
türmədə yatıb…
AXC-nin 25 illiyi ilə bağlı keçirilən yubiley tədbirləri bir daha həmin günləri, reallıq hissini itirdiyimiz, sevindiyimiz, pərt olduğumuz günləri xatırlatdı. Üstəlik 90-cı illərin əvvəllərində baş verən hadisələri göstərən xeyli videolara baxdım. Trotski deyirdi: "Siyasətdə xatirələr əhəmiyyətsizdi”. Bu gün cəbhənin 25 illik yubileyi ilə bağlı tədbirlərdə xatirələrini danışan adamların həm özləri, həm də danışdıqları xatirələr əhəmiyyətlərini itiriblər. Hamısı bekarçılıqdandı. Onlar ona görə belə xatirə danışmağa həvəslidirlər. Çünki gələcəkləri yoxdu. Onların az-çox bəlkə də keçmişləri var, amma gələcəkləri görünmür.
Bu gün yubiley təbdirlərində xatirə danışan adamlar o vaxtlar sadəcə tamaşa göstərirdilər. Millətin və dövlətin müqqədaratı həll olunduğu günlərdə bu adamların hər biri öz üslubuna və tərzinə uyğun olaraq oyun oynayırdılar. Bəlkə də heç hansı yükün altına girdiklərini, nə işlə məşğul olduqlarını bilmirdilər. Ya onlar öz rollarını yüksək səviyyədə oynayıblar, ya da biz çox səviyyəsiz, avam olmuşuq ki, bu adamlara inanmışıq, onlara baş qoşmuşuq. Ya da bu iki hal birləşərək bizim faciəmizə səbəb olub.
Yubiley tədbirləri keçirilən günlərdə o dövrün adamları həm də bir-birlərini ittiham edirlər. Biri deyir - filankəs Polyaniçkonun adamı idi. Biri deyir- filankəs Primakovun adamı idi. Bilmirəm kim kimin adamı idi, amma hər üç respublikada baş verən hadisələrin oxşarlığı adamı heyrətləndirir. Qamsaxurdiya da sovet zamanı həbs olunmuşdu. Burda Elçibəy haqqında gəzən söhbətlər (o söhbətlər ki, insanların hisslərinə toxunaraq onların çoxunu aldatmışdı. Bu cümlələrin müəllifini həmçinin) Gürcüstanda Qamsaxurdiya haqqında da gəzirdi və gəzməkdədi. Xalqını sevirdi, sadə adam idi. Rüşvət almırdı... Bir gün səhər küçəylə gedəndə gördüm küçədə dayanıb xəyala dalıb... Ucuz kafedə oturub kofe içirdi... filan, filan, filan...
Bu çəkici əhvalatlar, söhbətlər bir çox insanları aldatdı. İnsanlar baş verən hadisələr haqqında oturub dərindən düşünə bilmədilər. Heç kim sual vermədi ki, necə oldu sovetin bütün ordenlərini, medallarını almış ifrat dərəcədə ehtiyatlı ziyalıkimilər birdən-birə millətçi, vətənpərvər, qəhrəman oldular. Suyu üfürə-üfürə içən yazıçılar, şairlər mitinqlərdə, tribunada göründülər. Birdən-birə ortaya yalançı qəhrəmanlar çıxdı. Kim idi bu insanlar? Nə istəyirdilər? Hərəkatın lideri "hər şeyin zamana ehtiyacı var", - deyib, o dövrdə baş verən hadisələrlə bağlı suallardan ustacasına yayındı. Dəhşət ondadır ki, xalq hərəkatında iştirak etmiş adamlar bu gün də siyasət meydanındadılar. Onlara inanan adamlar var. Onlar hələ də vədlər verirlər. Halbuki onlar etdikləri cinayətlərə görə xalqdan üzr istəməlidirlər. Deməlidirlər ki, ey xalq, siz bizə inandınız, bizə etimad göstərdiniz, biz isə bir balaca ara qarışan kimi aradan çıxdıq. Hərəmiz bir bəhanə uydurduq. Bizi bağışlayın.
Çünki
xalq hələ də 93-cü ilin şokundan çıxmayıb. Xalq hərəkatında iştirak edən sıravi
adamlarla işimiz yoxdu. Onlar səmimi adamlar idilər. Dövr də bir tərəfdən
insanları aldatmışdı. Yetmiş illik qapalı sistem çökmüş, birdən-birə
ortaya çıxmış azadlıq insanları çaşdırmışdı. Kimin nə avantürası vardı, həyata
keçirirdi. Hər kəs ağlına və ağzına gələni danışırdı. Bir xeyli qəhrəmanlar
çıxdı ortaya. Onlar bir anda parladıqları kimi, bir anda da söndülər. Onlardan
bəziləri sonra öldü. Bəziləri dəli oldu. Bir çoxları da indi kafelərdə,
çayxanalarda, parklarda xatirələr danışmaqdadırlar. O dövrün ab-havasını yazmağa
cəhd etsək söhbət çox uzanacaq. O qədər absurd, gülməli və əcaib hadisələr baş
verirdi ki, adam heç bilmir bunları yazsın, yoxsa yazmasın. Xalq
hərəkatının sıravi üzvlərini qoyaq kənara. Amma xalq hərəkatının başında duran
adamların bioqrafiyaları çox qaranlıqdı. Məhz bu adamların fəaliyyəti,
Elçibəyin siyasət meydanından biabırçı bir formada kəndinə qaçması sayəsində
böyük arzularla yaşayan, azadlıq qışqıran, gələcəyə inanan xalq qısa müddətdən
sonra sındı, əzildi, böyük ruh düşkünlüyü yaşadı. Bir il bundan əvvəl gələcəyə
inananlar, gələcəyə tamam ümidini itirdilər. İstər-istəməz dedilər ki, biz
müstəqil yaşaya bilmərik, biz müstəqil yaşamaq səviyyəsinə çatmamışıq. Bir il
bundan əvvəl böyük arzularla yaşayan adamlar sovet dövrünün gözəllikləri haqqında
danışmağa başladılar. Elçibəyə inanan adamlar gülüş obyektinə çevrildilər.
Onların çoxu həyata inamını itirdi. Çoxu xəstələndi. Bir çoxları dəli oldu. Bir
çoxları ömürlük zədə aldılar. Elçibəy isə suallara cavab vermək əvəzinə elə hey
deyirdi: "Hər şeyin zamana ehtiyacı var”. Qamsaxurdiya öldürüldü (intihar
etdiyi də deyilir), Elçibəy isə oturdu kəndində. Yəmən türküsü oxudu.
Şeir dedi. Biz isə onun fəaliyyətinə ciddi qiymət vermək əvəzinə, onun şeir
deməsinə, yəmən türküsü oxuyan zaman ağlamasına bir daha aldandıq. 93-cü ildə
baş vermiş hadisələr haqqında söhbət düşəndə, Elçibəy deyirdi: "Mən
vətəndaş müharibəsinin qarşısını almaq üçün bu addımı atmağa məcbur oldum”.
Addım deyəndə aradan çıxmaq nəzərdə tutulur. Hansı vətəndaş müharibəsi?
Bəyəm bu iyirmi ildə bizə vətəndaş müharibəsinin vura biləcəyi zərbədən az
zərbə dəyib?
Elçibəy kənddən qayıdanda, bir adam soruşmadı ki, axı, sən hara getmişdin, bu boyda xalq sənə inanmışdı. İnsan da öz gördüyü işə bu dərəcədə qeyri-ciddi yanaşarmı?
Bu sənin üçün uşaq oyuncağı deyil, burda insanların müqəddəratı həll olunur. Xalq hərəkatının da lideri kəndə qaçarmı? Cəsarəti çatmadı başına bir güllə vurub özünü öldürsün. Həm özünü, həm də ətrafdakıları xəcalətdən və biabırçılıqdan xilas etsin. O insanlar ki, böyük ümidlərlə yaşayırdı, bir-birinə inanırdı, bir-birinə dəstək verirdi, xalq hərəkatının liderlərinin sayəsində bir-birinə düşmən kəsildilər. İnsanların bir-birinə inamı itdi. Mitinqə gedən adamlardan taksi sürücüləri pul almırdı. Həmin bu insanlar qısa müddətdən sonra dedilər - biz müstəqil yaşaya bilmərik. Xalq hərəkatının liderlərinin sayəsində böyük bir bəlaya düçar olduq. O bəlanın adı inamsızlıqdı. İnsanlar inamlarını itirdilər. Xalqı bu bəlaya düçar edən adamlar bu gün utanmadan xatirə danışmaqdadırlar. Özlərini Rəsulzadə, Elçibəy yolunun yolçuları, davamçıları adlandırırlar. Rəhbəri olduqları partiyaları şəxsi firma kimi idarə edirlər. Öz cılız iddialarını xalqın mənafeyindən illərdi üstün tutmaqdadırlar. Guya, ölkədə dəyişiklik etmək istəyən bu adamların əslində özləri dəyişməlidirlər.
Dəyişməkləri bir tərəfə qalsın, bu günkü hakimiyyətin siyasi səhnədən
getməsi nə qədər vacibdirsə, bu günkü müxalifətin siyasi səhnədən getməsi də
bir o qədər vacibdir. Bu prinsipsiz, sovet dövründə parnikdə yetişdirilmiş
ziyalılardan qorxan, Aztv təfəkkürlü müxalifət liderlərinə inanan adamların
halına sadəcə acıyırsan. Mitinqlərdə, tədbirlərdə adamların onların adını
qışqırmasından həzz alan müxalifət liderlərindən hansısa dəyişikliyə imza
atacağını gözləmək ən azı avamlıqdı. Onlar AzTV təfəkkürü ilə yaşayırlar. Onlar
uğursuz, qorxaq, prinsipsiz, tükənmiş adamlardı. Əslində ümumən götürəndə
"Rəsulzadə- Elçibəy yolu" deyilən bir yolun bizim dilə tərcüməsi -
bir az ara qarışan kimi ortadan yoxa çıxmaq deməkdi. Etdikləri cinayətlərə görə
xalqdan üzr istəməli olan bu adamlar hələ bir utanmadan yubiley tədbirləri
keçirib, xatirələr danışıb, özlərinin qəhrəman obrazını yaratmaq istəyindən əl
çəkmirlər...
Hikmət Hacıyev: "COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər"
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq - Xəbərdarlıq
Bakıda 28 yaşlı qadını boğublar
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
"Bakı Marafonu 2024"ün qalibləri müəyyənləşib
Buraxılış imtahanı: bir şagird və nəzarətçi zaldan qovuldu
Bu gün rezidenturaya imtahan keçirilib
Heydər Əliyev Mərkəzində “20 ilin sədası” adlı konsert proqramı keçiirlib - FOTOLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda həkimi bıçaqlayıblar
"Real Madrid" 36-cı dəfə La Liqa çempionu olub
Ceyhun Bayramov Qambiyada Hakan Fidanla görüşüb
59 yaşlı kişi 67 və 58 yaşlı iki nəfəri güllələyib, daha sonra isə... - Şəkidə şok olay
Sabah Bakıda bu yollar bağlanacaq
Tovuz rayonunda zəlzələ olub
Prezident Türkiyə ilə bağlı daha iki qanunu təsdiqləyib
Xankəndi Şəhər Prokurorluğu yaradılıb - Sərəncam
Bakıda 58 yaşlı şəxs adam öldürüb
Nigar Köçərli: "Bu işlə məşğul olub milyonçu olmaq olmaz" - "Bir çox qadınlar kimi qır-qızıla üstünlük vermirəm"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İtaliya XİN: "Biz Ukraynaya qoşun göndərməyəcəyik"
"Beşiktaş" son saniyə qolu ilə qazandı
Müdafiə Nazirliyində 143 minlik mənimsəmə: general və keçmiş idarə rəisləri hesab verir - Məhkəmə prosesi
Rusiya ilə Azərbaycan arasında əlaqələr genişlənir - Baş nazirin müavinləri görüşüblər
Ərdoğandan Özəllə görüşü haqda ilk açıqlama: “Türkiyənin buna ehtiyacı vardı" - "Siyasətin yumşalmasını istəyirəm"
Naxçıvan Dövlət Universiteti haqda qərar imzalandı
Əli Əsədov ƏƏSMN-lə bağlı yeni qərar imzalayıb
Onlar pensiyaya daha tez çıxacaq - Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Prezident İlham Əliyev fərman imzalayıb
Yağış yağacaq - Xəbərdarlıq
“Auto Azərbaycan” MMC barəsində araşdırmaya başlanıb
Daha 66 dərmanın qiyməti ilə bağlı qərar verildi
İŞIQ və QAZ XƏTLƏRİNƏ NEÇƏYƏ QOŞULMAQ OLACAQ? - Qiymətlər açıqlandı (Qərar + DETALLAR)
Avropa çempionatı: millilərimizin rəqibləri müəyyənləşib
Vilayət Eyvazov generalı özünə müşavir təyin edib - DİN-də növbəti dəyişiklik (FOTO)
Pakistanda sərnişin avtobusu aşıb: 20 nəfər ölüb
Şimali Koreya xaricdən tələbələrin ölkəyə girişinə icazə verdi
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Xaricdə oxuyan daha 62 nəfərin diplomu tanınmayıb - SİYAHI
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib - FOTO
Rəsmi Moskva: "Makronun açıqlamaları təhlükəlidir" - "Rusiya əsgərləri ABŞ bazasına yerləşdirilir"
COP29.az vebsaytı istifadəyə verilib
İcra başçısını güllələyənlə bağlı daha bir qərar verildi
Türkiyə klubu zəlzələdə ölən futbolçunun pulunu ailəsinə ödəməyib