200 qram südü 10 manat və ya Türkiyədən 2664 manata alınan uzunqulaqlar - KTN "biz almamışıq" deyir, bəs bu eşşəklər hara yoxa çıxıb?
22-11-2024 [12:47]
Bu ilin sentyabr ayında Azərbaycana Türkiyədən 6 baş ulaq (eşşək) idxal edilib.
Bu barədə “Yeniavaz” məlumat yayıb. Bildirilib ki, idxal olunan 6 baş ulaq üçün ümumilikdə 9,4 min dollar (16 min manat) ödənilib. Açıqlanan məlumatlardan belə görünür ki, Türkiyədən gətirilən ulaqların bir başının orta gömrük dəyəri 2 min 664 manat olub.
Buna qədər isə Azərbaycan xaricdən ulaq idxal etməyib.
Maraqlıdır, bu ulaqların Azərbaycanda sifarişi kim tərəfindən edilib?
Mia.az-ın məlumatına görə, “Yeni Müsavat” bu suala aydınlıq gətirmək üçün Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən bildirilib ki, yayılan məlumatın onlara aidiyyəti yoxdur və sifariş bu qurum tərəfindən edilməyib.
Belə olan halda, idxalın fiziki şəxsin sifarişi ilə olunduğu güman edilir. Çünki ulaqlardan ailə təsərrüfatlarında yüngül işlərdə istifadə edirlər.
Azərbaycanda rəsmiləşmiş, iri ulaq təsərrüfatının olması ilə bağlı məlumat yoxdur. Bir zamanlar Abşeron rayonu Məhəmmədi qəsəbəsində ilk eşşək südü istehsal edən böyük ferma yaradılmışdı. Orada 100 başa yaxın ulaq saxlanılırdı. Bu ferma təkcə Azərbaycanda deyil, Qafqazda ilk böyük eşşək ferması idi. Sonradan həmin fermanın bağlanılması ilə bağlı məlumat yayıldı. Hazırda bu heyvanlardan yalnız ailə təsərrüfatında geniş istifadə olunur.
Fermer Ceyhun İbrahimov Novxanıda yaşayır və kiçik eşşək təsərrüfatı var. O deyib ki, uşaq vaxtlarından ailəsi eşşək saxlayıb. Onun sözlərinə görə, hazırda 11 eşşəyi var, onlardan 4-ü sağılandır. Fermer bildirir ki, eşşək çox süd verən heyvan deyil. 4 eşşəkdən gün ərzində 1 litr süd çıxır. Amma sağılan kimi süd içilməlidir, qalanda xarab olur: “Eşşəyi saxlamaq asan deyil. İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur. 14 aydan bir balalayır, 6 ay süd verir, 11 aya doğur, 3 ay da süddən kəsiləndən sonra boş-boşuna gəzir. Südünün 200 qramını 10 manata satıram. Günə 3-4 stəkan satıram. 20 manat yemləri edir, 20 manat da mənə qalır. Bəzən isə təkcə yem pulları çıxanda sevinirəm. Camaat üçün savaba saxlayıram. Ən çox qızılça, göy öskürək və astma xəstələri üçün alırlar. Südü çox versə, qiymətli olmaz. Onun qiymətinin bahalığı südünün az olmasındadır. Elə gün olur ki, satış heç olmur, cibimdən başlayıram yedizdirməyə”.
Fermer yerli eşşəklərlə xaricdən gətirilən eşşəkləri də müqayisə edib: “Mənim Həmədan eşşəyim var. Onu mənə saxlamaq üçün veriblər.O eşşək yerlilərdən böyükdür və südü də çox verir.Türkiyəninki ilə bizim eşşəklər arasında heç bir fərq yoxdur. Onların belə baha qiymətə satılmasını da anlaya bilmirəm”.
Qeyd edək ki, Azərbaycanda son 1 il əzində eşşəklərin sayında ciddi azalma qeydə alınıb. 2024-cü ilin əvvəlində ölkəmizdə 14924 baş eşşək olub. Məlumata görə, eşşəklərin böyük hissəsinin - 10174-nün yaşı 3 və daha çoxdur.
Ötən ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda eşşəklərin sayı 20 mindən bir qədər çox olub. Beləliklə, 1 il ərzində ölkəmizdə 5 mindən artıq eşşək “yoxa çıxıb”.
Ümumiyyətlə, son 20 ildə Azərbaycanda eşşəklərin sayı təxminən 3 dəfə azalıb. 2004-cü ildə ölkəmizdə 42.2 min, 2014-cü ildə 43.4 min baş eşşək olduğu halda 2024-cü ilin məlumatlarına görə, bu rəqəm 14.9 min olub.
Eşşəklərin sayına görə rayonların sıralamasına Lerik başçılıq edir. Belə ki, bu rayonda 1362 baş eşşək var. Onların 1000-ə yaxınının 3 və daha artıq yaşı var. Sıralamada ikinci yeri 1284 başla Şəmkir rayonu, üçüncü yeri isə 1063 başla Ağstafa rayonu tutur. Statistikaya görə, Bakı şəhərinda cəmi 4 eşşək var. Sözügedən heyvanlar paytaxtın Sabunçu rayonu ərazisindədir.
İqtisadi rayonlar arasında eşşəklərin sayının ən çox olduğu bölgələr Qazax-Tovuz (4116 baş), Lənkəran-Astara (2713 baş) və Quba-Xaçmazdır (1812 baş).
İşğaldan azad edilən bölgələrə gəlincə, Cəbrayılda 9, Laçında 54, Zəngilanda 18, Ağdamda 173, Füzulidə 315, Xocavənddə 3 baş eşşək var.
Eşşəklərin sayının daha çox olduğu digər rayonlar aşağıdakıladır:
Qazax rayonu - 895 baş
Quba rayonu - 891 baş
Samux rayonu - 728 baş
Tovuz rayonu - 550 baş
Yardımlı rayonu - 553 baş
Sabirabad rayonu - 474 baş
Goranboy rayonu - 468 baş
Astara rayonu - 448 baş.
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qarabağ" klubu qazi jurnalistləri təltif edib
"Qarabağ" "Nefçi"ni devirdi - "Nəhayət, biz Premyer liqada bütün biletlərin satılmasının şahidi olduq" (VİDEOLAR)
"Həyat - yalançı ölüm, ölümsə gerçək həyatdı..." - VİDEO
Xəzər sahilində daha 71 ölü suiti aşkarlanıb
Kükü şəhidləri... - Əli Cabbarov yazır
PRAYK sürətlə böyüyür - Kamran Aydınov qadınların təhlükəsizliyini və rəqəmsal mədəniyyəti mərkəzə çevirir
Sabah hava necə olacaq? - Proqnoz
İlham Əliyev paraddan görüntülər paylaşdı - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
İsrail ordusu Suriyaya hücum edib - Yol nəzarətə götürülüb
Parada hansı ölkələrin rəsmiləri qatılıb? - SİYAHI
Azərbaycan, Türkiyə prezidentləri və Pakistanın Baş nazirinin üçtərəfli görüşü olub
Əliyev, Ərdoğan, Şərif... - Birgə nahar + FOTO
Direktor Regional Təhsil İdarəsini məhkəməyə verib
Əliyev, Ərdoğan və Şərif paradı izləyənlərlə belə sağollaşdı - VİDEO
Marneulidə biznesmenə xərac kəsmək istəyənlər saxlanıldı - Azərbaycanlılardan ibarət dəstə... (ANBAN VİDEO)
Ərdoğan paradda Məmməd Arazın şeirini oxudu - VİDEO
Hikmət Hacıyevdən paradla bağlı paylaşım - VİDEO
Ərdoğan Azərbaycana gəlib (YENİLƏNİB)
Prezident və xanımı Fəxri xiyabanda - FOTOLAR
Prezidentlə xanımı Şəhidlər xiyabanında - FOTOLAR
"PREZİDENT TELEFONDA DEDİ Kİ..." - Ceyhun Bayramov 5 il əvvəl Moskvada bağlı qapılar arxasındakı görüşün sirlərini açdı
Azərbaycan neftinin qiyməti 65 dollara qalxdı
8 noyabrda sizi nə gözləyir? - BÜRCLƏR
Mehriban Əliyeva: "Uca Tanrı xalqımızı və Vətənimizi qorusun!"
Bu gündən dörd günlük tətil başlayıb
BU GÜN ZƏFƏR GÜNÜDÜR - Paytaxtda parad keçiriləcək
Prezident elə görüntüləri paylaşdı ki... - VİDEO
45 hakim istefa verdi - Türkiyədə
İlham Əliyevdən Zəfər Günü ilə bağlı paylaşım - FOTO
Misli Premyer Liqasının “Zəfər turu” start götürdü - “Şamaxı” minimal hesabla qalib gəlib, Qəbələ” isə...
Türkiyədə qəza: 11 şagird xəsarət alıb
TÜRKİYƏDƏN SENSASİON QƏRAR - Netanyahu və yüksək vəzifəli şəxslər barədə həbs qərarı çıxarıldı (SİYAHI)
"İntellektual gənclər Azərbaycanın gələcəyidir” - Azad Manafl
QƏHRƏMAN BÖYÜDƏN ANA, GÜNÜN MÜBARƏK!
Türkiyədə 12 deputatın toxunulmazlığını ləğv etmək istəyirlər - İkisi partiya sədridir (SİYAHI)