"MJ Financial Services", "Para" və "Azpul"un vəzifəli şəxsləri cərimələnib - 6 min manat

img

16-11-2024 [11:37]


Azərbaycan Mərkəzi Bankı "MJ Financial Services" və "Para" ASC-lər, eləcə də "Azpul" MMC bank olmayan kredit təşkilatlarının (BOKT) vəzifəli şəxslərini cərimələyib.

Mia.az xəbər verir ki, aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” qanunun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq "MJ Financial Services"in vəzifəli şəxsi 1 500 manat, "Para"nın vəzifəli şəxsi 2 000 manat, "Azpul"un vəzifəli şəxsi isə 6 000 manat cərimələnib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA