Mərkəzi Bankın Gəncə və Quba Regional Mərkəzləri ilə Sumqayıt Şəhər İdarəsi bağlanır - Səbəb
31-10-2024 [12:24]
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə biznes proseslərin optimallaşdırılması çərçivəsində bu ilin sonunda qurumun Gəncə və Quba Regional Mərkəzlərinin, Sumqayıt Şəhər İdarəsinin fəaliyyətinə xitam verəcək.
Mia.az xəbər verir ki, bu barədə Mərkəzi bank məlumat yayıb.
Bildirilib ki, bu qərar yerli bankların nağd pulun logistikası üzrə regional infrastrukturunun inkişafı, bu infrastruktur vasitəsilə müvafiq regionlarda nağd pula olan tələbin ödənilməsi və biznes proseslərin effektivliyinin artırılması ilə əlaqədardır:
"Bununla da Gəncə Regional Mərkəzində xidmət olunan banklara və milli poçt operatoruna AMB-nin Yevlax Ehtiyat Mərkəzində, Quba Regional Mərkəzi və Sumqayıt Şəhər İdarəsində xidmət olunan banklara və milli poçt operatoruna isə AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 və Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 10 ünvanlarında yerləşən inzibati binalarında xidmət göstəriləcək.
Optimallaşdırma tədbirləri nəticəsində tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi, köhnə nümunəli milli pul nişanlarının yeni nümunəli pul nişanlarına dəyişdirilməsi, pul nişanlarının ekspertizaya qəbulu, yubiley-xatirə pul nişanlarının satışı ilə bağlı vətəndaşlar AMB-nin aşağıda qeyd olunan ünvanlarına və ya ölkə ərazisində fəaliyyət göstərən kommersiya banklarına müraciət edə bilərlər.
Bakı şəhəri:
AMB-nin inzibati binası, Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 27
Yevlax şəhəri:
AMB-nin Yevlax Ehtiyat Mərkəzinin inzibati binası, Yevlax şəhəri, Heydər Əliyev prospekti, 82
Biləsuvar şəhəri:
Biləsuvar Regional Mərkəzinin inzibati binası, Biləsuvar şəhəri, Heydər Əliyev küçəsi, 2B
Naxçıvan şəhəri:
Naxçıvan Muxtar Respublikası İdarəsinin inzibati binası, Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 32
Eyni zamanda, maliyyə xidmətləri istehlakçıları yuxarıda qeyd edilən ünvanlara yaxınlaşaraq nəzarət subyektləri ilə bağlı müraciətlərini (ərizə, şikayət və ya təklif) şifahi və ya yazılı formada, eləcə də www.contact.e-cbar.az elektron müraciətlər sistemi vasitəsilə elektron qaydada AMB-yə ünvanlaya bilərlər. Qəbulda iştirak etmək istəyən şəxslər isə AMB-nin internet səhifəsində “Elektron xidmətlər portalı” vasitəsilə və ya https://randevu.e-cbar.az/home səhifəsinə keçid edərək onlayn növbə əldə edə bilərlər. Bununla yanaşı, AMB-nin fəaliyyəti ilə əlaqədar, o cümlədən yuxarıda qeyd olunan istiqamətlər üzrə əlavə suallar yarandığı təqdirdə vətəndaşlara AMB-nin “966 Qaynar Xətti” vasitəsi ilə əlaqə yaradılması tövsiyə olunur".
Mühasiblər “Bahalı səhvlər”i müzakirə edəcək - Vergi və Mühasibatlıq Zirvəsinə 600-dən yuxarı mütəxəssis qatılacaq
“Kəpəz”in futbolçularına nə qədər mukafat verib? - “Qarabağ”a vurulan qola görə xüsusi jest...
Türkiyədə keçmiş bələdiyyə sədri baltalandı
Almaniyada "Amazon" cəzalandırıldı - 59 milyon avroluq cərimə ilə
"Qurtuluş"un rəhbəri azadlığa buraxılmadı
Ədəbiyyat və tarix fənnlərini birləşdirmək cəhdi yanlışlıqdır - VAHİD TAĞIYEV YAZIR
Vəzifədən çıxarılan adam təkrar geri götürülüb və... - Nazirlikdən qanunsuzluq barədə açıqlama
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Aktyor Ufuk Özkan 8 saatlıq əməliyyatdan sonra ayıldı: "Bu qədər sevənimin olduğunu bilmirdim" (FOTO)
"Qarabağ" "Şamaxı"ya uduzub
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib - MƏTN
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - ONLARA BAKIDA ÖMÜRLÜK HƏBS CƏZASI VERİLDİ (YENİLƏNİB)
Mərkəzi Bankın valyuta ehtiyatı 2.5 milyard artdı - Bir həftə içində rekord yeniləndi
Yunanıstan Baş naziri Türkiyəyə gedir - Bu tarixdə
"Oğlum dedi ki, ata, məni öz darvazalarının qabağına apardı, vurub qaçdı aralığa" - Bıçaqlanan 7 yaşlı uşağın atası danışdı
Deputat: "Camaat neyləməlidir, donmalıdır?" - VİDEO
Qadın Liderlər Zirvəsində kimlər toplaşacaq? - “Bizim təşkil etdiyimiz Zirvədə səhnəyə çıxan hər kəsin hekayəsində bir “insanlıq” var”
AYNA-nın aynada görünən tenderləri - SİYAHI VƏ...
İcra başçısı biznesmen-məmuru özünə müavin götürdü
Naxçıvanın muxtariyyəti “de-facto” ləğv edildi, növbəti addım nə oacaq? - Partiya sədrindən açıqlamalar
Əkrəm Həsənov: "Camaatda axı pul yoxdur ki, manatı dollara çevirsin”
İcra başçısının müavinindən sonra qızı da vəzifədən çıxarıldı
"Beşiktaş" Amir Murillonu heyətinə qatır
Rusiya Kiyev və Xarkova ağır zərbələr endirib - Açıqlamalar
Rəsmi Moskva: "Ukrayna ilə danışıqlarda müsbət irəliləyiş var"
Daha bir azərbaycanlı Ukraynada həlak olub
"Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..." - Ceyhun Bayramov
Tehran Ankaranı masadan necə sildi? - TƏHLİL
Ağcabədidə azyaşlı uşağa bıçaq zərbələri vurulub (Yenilənib)
Xaçmazda qatar avtomobili vurub - Sürücü hadisə yerində ölüb
Sabah Bakıda yağış yağacaq
“By Fateh” müştərilərə saxta məhsullar verilirmiş - FOTOLAR
KLİNTON və ARVADI İFADƏ VERƏCƏK - Tramp sabiq prezidentin "Epşteyn işi"nə cəlbinə belə reaksiya verdi
Kamran Əliyev prokurorluğa yeni qəbuldan danışdı: "Kriminalistik bilikləri çox aşağıdır"
TƏBİB-in vəzifəli şəxsi barədə yeni iddialar yayıldı
Gömrük Akademiyası barədə sərəncam imzalandı
Ali Məhkəmənin sədri: "Etimad və şəffaflığın gücləndirilməsi..." - "Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir"
3 məktəbə direktor təyin edilib
Güclü külək Bakıda bir nəfərin ölümünə səbəb olub
Epşteyn işi və Qərb demokratiyasının iflası.. - TƏHLİL
AZAL-dan şikayət var - 3 kq artıq baqaja görə 70 avro?
İcra başçısının köməkçisi işdən çıxarıldı: Sərxoş halda... - Deputatın köməkçisi isə... + VİDEO, FOTO (YENİƏNİB)
Müğənni: "Qadın gecə saat 3-də evə gəlməz" - "Kişinin qadını, namusu, qeyrəti evdə olar"
Zelenski Ukraynanın 4 illik itkisini açıqladı: 55.000 hərbçi...