Muğlada batmaq üzrə olan miqrantlar xilas edilib

img

28-10-2024 [00:43]


Muğlada batmaq üzrə olan qayıqdakı miqrantlar xilas edilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Muğla Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.

Bildirilib ki, Marmaris sahillərində mühərrikində nasazlıq yaranan qayıq batma təhlükəsiylə üzləşib: "Müdaxilə ilə boğulmaq üzrə olan 17 nəfər xilas edilib. Onlardan 9-u uşaqdır. Qayıqda olan daha 41 nəfər də onlarla birlikdə sağ-salamat sahilə çıxarılıb."

Məlumata görə, xilas olunan miqrantlar deport olunmaları üçün Köç idarəsinə təhvil veriliblər.

Lamiyə Əhmədli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA