İlham Əliyev Kazanda Laosun Prezidenti ilə görüşüb - Müzakirə (Yenilənib)
23-10-2024 [19:09]
Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 23-də Kazanda Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit ilə görüşü olub.
Mia.az xəbər verir ki, Laos Prezidenti ölkəsi ilə Azərbaycan arasında yaxşı əlaqələrin olduğunu vurğulayaraq iqtisadiyyat, ticarət, investisiya, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli perspektivlərin mövcudluğunu qeyd edib.
Thonqlun Sisulit hələ 1981-ci ildə Bakıda olduğunu məmnunluqla xatırlayaraq, ötən dövr ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini vurğulayıb. O, sovetlər dövründə çox sayda laoslu mütəxəssisin Azərbaycanda təhsil almasına görə təşəkkürünü bildirərək, bu gün də həmin şəxslərin Laosda nazir, nazir müavini və digər rəhbər vəzifələrdə fəaliyyət göstərərək ölkənin inkişafına töhfə verdiklərini deyib.
Thonqlun Sisulit dövlət başçısını Laosa səfərə dəvət edib.
Xoş sözlərə görə minnətdarlığını ifadə edən Azərbaycan Prezidenti dəvətə görə təşəkkürünü bildirib.
Dövlət başçısı ölkələr arasında iqtisadiyyat, ticarət, enerji sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün müvafiq işçi qrupunun yaradılması və mütəxəssislərdən ibarət hökumət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil olunmasını qeyd edib.
Prezident İlham Əliyev Azərbaycanın təhsil sahəsində Laosa bundan sonra da dəstək göstərməsi imkanlarına toxunub.
Görüşdə gələn il Azərbaycan ilə Laos arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunacağı vurğulanıb, ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı qeyd edilib.
DEM Partiyadan gözlənilməz bəyanat - "Abdullah Öcalanın azad olunmasını istəyirlər"
Bakıda şəhid adını daşıyan küçə: məhəlləni bürüyən kabab qoxusu və zəbt edilmiş səkilər... - FOTOLAR
İlham Əliyev Ərdoğana məktub göndərib: "Əziz qardaşım..."
Cənubi Koreya ilə Yaponiyaya arasında gərginlik - Ada ilə bağlı
Nazir müavini: "Azərbaycan və Türkiyə arasında fəal siyasi ikitərəfli münasibətlər davam edir"
Hakan Fidan: "Türkiyəyə zərər vermək cəhdi uğursuzluğa məhkumdur"
Rəsmi Moskva Trampın təhdidini saymadı: "Onun keyfli ultimatumu bizi maraqlandırmır"
Əhalinin sağlamlığı üçün fəaliyyət qrupları yaradılıb
Rusiyada azərbaycanlı iş adamları həbs olunub
Oğul 85 yaşlı anasını döyərək öldürüb - VİDEO
Azərbaycan neftinin qiyməti 1.5 dollar ucuzlaşdı
Suriyada daha bir şəhərdə döyüş başlayıb: ölkə yenidən qana sürüklənir - Açıqlamalar
İTV-nin aparıcısı vəzifəyə təyin edilib
Hazırın “nazir”ləri… - Təbriz VƏFALI YAZIR
Azərbaycanda zəlzələ olub
Park adıyla hasarlanan ərazidə nə tikilib? - Nizami rayonunda növbətı fırıldaq (FOTOLAR)
İsrail hərbçiləri hücuma hazırlaşan şəxsi öldürüb
Rəsmi Ankaradan Suriyadakı son toqquşmalara - Reaksiya
"Təşkilat"ın "Kraliça"sı küçədə yarıçılpaq görüntüləndi - FOTO
FETÖ-nün çevriliş cəhdindən 9 il ötür
BMT-nin baş katibi: "Bu, yaxın tarixdə görünməmiş vəziyyətdir"
Panama sahillərində zəlzələ - 6,2 bal gücündə
Ermənilərin azərbaycanlılara işgəncə verməsi... - Videokadrlar məhkəmədə nümayiş etdirilib
Türkiyənin daha bir bölgəsində meşə yanğını başlayıb
Qəzzada son 24 saatdakı itki açıqlandı
Bakı və Abşeronda sabah qızmar diskomfort hava olacaq
Sabah 16 yaşayış məntəqəsində qaz olmayacaq
Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olundu
Rasim Balayev Amaliya Pənahova ilə "Babək"dəki məşhur yataq səhnəsindən danışdı: "Yaxın bir dostum dedi ki, necə peşəkarsan"
Tiktoker Rəşad Abdullayev ev dustaqlığına buraxılıb
Nəsimi rayonunda “14 İyul 1969-cu il: Tərəqqi yolunun başlanğıcı ” adlı dəyirmi masa keçirilib - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Hərbi prokurora müavini, Sumqayıta isə hərbi prokuror təyin edilib - Kamran Əliyevdən yeni əmrlər
Araz çayında bir nəfər boğulub
"Sumqayıt" daha bir futbolçu ilə müqaviləyə xitam verib
Prezident iki yeni milli park yaradıb - Sərəncam
AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir
Quşçuluq fabriki tullantıları hara axıdıb? - Xidmət tədbir gördü