HİZBULLAH LİDERİ ÖLDÜRÜLÜB - İsrail Livana dəhşətli zərbə endirdi, İran ABŞ-ı ittiham etdi, Pentaqon isə "xəbərimiz yoxdur" dedi
28-09-2024 [14:32]
İsrail Ordusu dünın axşam “Hizbullah”ın lideri Həsən Nəsrullahı Beyrutda öldürüb.
Mia.az xəbər verir ki, bu barədə İsrail ordusu açıqlama yayıb.
Bildirilib ki, sentyabrın 27-də İsrail Nəsrullahı "Hizbullah"ın mərkəzi qərargahını bombalamaqla öldürüb.
"Hizbullah"ın əsas dəstəkçisi İran da faktı təsdiqləyib.
İranın ali dini lideri Xamnei bəyanat yayaraq bölgədəki bütün müqavimət hərakatının "Hizbullah"ın öncülüyündə İsraili peşan edəcəklərini deyib: "Bu müqavimət bölgənin gələcəyini müəyyən edəcək".
Livan mediası isə yazır ki, “Hizbullah”ın yeni lideri Haşim Səfiuddin olacaq.
Xatırladaq ki, adıçəkilən şəxsi ABŞ terrorçu kimi tanıyır.
***
İsrail ordusu Baş nazir Binyamin Netanyahunun BMT Baş Assambleyasında çıxışından dərhal sonra Livanın paytaxtı Beyrutun cənubunda yerləşən Nahiyedə Hizbullah qərargahına hava zərbəsi endirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticəndə 2 nəfər ölüb, 76 nəfər yaralanıb.
Bəzi mənbələr ölənlərdən birinin Hizbullah lideri Həsən Nəsrallah olduğunu iddia edir. İsrail mediası isə onun ölmədiyini, ancaq yaralandığını yazıb.
Livan Səhiyyə Nazirliyi isə açıqlamasında ölən və yaralananların sayını elan etsə də, təfərrüata varmayıb.
Livanın rəsmi xəbər agentliyi NNA bildirib ki, İsrail döyüş təyyarələri Dahiyə bölgəsini bombardman dairəsi ilə mühasirəyə alıb: "Onlar Dahiyə bölgəsində Bürc əl-Baracine və hava limanı yolundan Hureky rayonuna qədər bir çox binanı bombalayıblar. Nəticədə Dahiye bölgəsində 6 bina tamamilə dağıdılıb...".
NNA bildirib ki, əsas hədəf Hizbullahın mərkəzi qərargahı, və onun lideri hasrullah olduğunu qeyd edib və əlavə edib ki, o, sağdır.
Hizbullah isə hələlik heç bir açıqlama verməyib.
İranın Beyrutdakı səfirliyi də onun ölmədiyini və təhlükəsiz yerdə olduğunu bildirib: "İsrail artıq bu hücumla oyun qaydalarını kökündən dəyişdi. Onlar cəzasız qala bilməz".
İran səfirliyi ilə yanaşı, XİN də hadisə ilə bağlı bəyanat yayıb və İsrailin Beyruta hücumu Amerika bombaları ilə törədilən müharibə cinayəti olduğunu vurğulayıb.
İddia olunub ki, atılan bombalar beton deşən və dərinlikdə partlayan dəhşətli bombalar olub.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani Beyruta ağır hücumu şiddətlə qınadıqlarını bildirib: "İsrail hücumlarını ABŞ-ın dəstəyi ilə reallaşdırdı. Artıq bu hücum oyun qaydalarını dəyişdi. Təəssüf ki, İsrailin Fələstin və Livana qarşı törətdiyi hərbi cinayətlərə beynəlxalq ictimaiyyət susur. Bu da bugünkü dəhşətli hücuma rəvac verib. ABŞ və bəzi Qərb ölkələrinin atəşkəs çağırışlarının yalnız İsrailə vaxt qazanmaq üçün beynəlxalq aləmi aldatmaq məqsədi güdür".
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) isə ənənəvi olaraq İsrailin bu gün Livanın paytaxtı Beyruta endirdiyi hava hücumundan xəbərsiz olduqlarını iddia edib.
Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq gündəlik mətbuat konfransında deyib ki, ABŞ bu əməliyyatda qətiyyən yer almayıb: "Nə də İsrail bizə hücumla bağlı bilgi verməyib".
İsrail ordusu Baş nazir Binyamin Netanyahu isə ABŞ səfərini yarımçıq kəsərək ölkəyə geri yola çıxıb.
Tahir Şəlvəli
MİA.AZ

Qətər Əmiri Türkiyəyə başsağlığı verib: "Hər cür dəstəyə hazırıq"
Bu gün Azərbaycanda Konstitusiya Gündür
Baş məşqçi Nigeriyada yoxa çıxan Osimheni lağa qoyub
"C130" şəhid olan 20 hərbçi: onlar kimdir? - FOTO
Kriştiano Ronaldo karyerasına nə vaxt son verəcək? - Özü açıqladı
Osimhen Nigeriyada yoxa çıxıb - "Qalatasaray" klubu axtarır, Afrika ölkəsi cavab vermir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Pakistanda terror... - Rəsmi Bakı başsağlığı verdi
Azərbaycandan gedən Türkiyənin hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğradı, şəhidlər var - İlham Əliyev Ərdoğana başsağlığı verdi (Yenilənib)
NAZİRLİK DÖVLƏT BAYRAĞI BARƏDƏ QALMAQALLI PAYLAŞIMA AYDINLIQ GƏTİRDİ - Açıqlama + FOTO (Yenilənib)
Cevdet Yılmazla Əli Əsədov arasında telefon danışığı olub
Kəmaləddin Heydərov Gürcüstan daxili işlər naziri ilə telefonla danışıb - Qəza ilə bağlı
Prezident tapşırıq verdi - Əli Əsədov İrakli Kobaxidzeyə zəng etdi
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
Rusiyalı milyarder və arvadı ölü tapıldı - BƏƏ-də həyata keçirilən qətlin təfərrüatı
Bölgələrdən Bakıya dönməyə hazırlşan sürücülərə xəbərdarlıq olunub
Azərbaycan nefti cüzi ucuzlaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ət ucuzlaşıb? - VİDEO
Bəylər Əyyubovla Fərid Əsgərov bir yerdə - FOTO
FUTBOL QUMARI: Türkiyədə mərc oyunlarının aktiv iştirakçısı olan klub rəhbəri və üç hakim tutulub
“Nar”da bu axşam daha bir avtomobil sevinci!
Sabah hava necə olacaq? - Proqnoz
Rəsul Quliyev Bakıya gəlir - "Bir aydan sonra 78 yaşım tamam olur, bu, çox böyük yaşdır"
17 yaşlı azərbaycanlı Rusiyada öldürülüb
Ağdaşda zəlzələ olub - 3.1 bal gücündə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qarabağ" klubu qazi jurnalistləri təltif edib
"Qarabağ" "Nefçi"ni devirdi - "Nəhayət, biz Premyer liqada bütün biletlərin satılmasının şahidi olduq" (VİDEOLAR)
"Həyat - yalançı ölüm, ölümsə gerçək həyatdı..." - VİDEO
Xəzər sahilində daha 71 ölü suiti aşkarlanıb
Kükü şəhidləri... - Əli Cabbarov yazır
PRAYK sürətlə böyüyür - Kamran Aydınov qadınların təhlükəsizliyini və rəqəmsal mədəniyyəti mərkəzə çevirir
Sabah hava necə olacaq? - Proqnoz
İlham Əliyev paraddan görüntülər paylaşdı - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
İsrail ordusu Suriyaya hücum edib - Yol nəzarətə götürülüb
Parada hansı ölkələrin rəsmiləri qatılıb? - SİYAHI