Azercell İT ixtisası üzrə ən yüksək bal toplamış tələbə qızları təbrik etdi - VİDEO, FOTO
23-09-2024 [15:34]
Lider mobil operator “Uğur qızlarımızındır” adlı sosial layihəyə start verib.
“Qafqazinfo” xəbər verir ki, sentyabr ayının 20-də 2023-2024-cü tədris ili üçün İnformasiya Texnologiyaları ixtisasları üzrə ən yüksək bal toplayaraq tələbə adını qazanmış qızlar “Azercell”in qonağı olublar.
Görüş “Azercell Telekom” MMC-nin Hüquq, Etika və Komplayens üzrə baş direktoru Şirin Əliyevanın, İnsan Kapitalının İdarə Edilməsi departamentinin direktoru Dilarə Hüseynovanın və Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasovanın iştirakı ilə baş tutub.
“Şirkətimiz qadınların ictimai həyatda fəallığının artırılmasına yönəlik bir sıra sosial təşəbbüslər həyata keçirir. Gənclərimiz arasında sizin kimi savadlı, istedadlı, yüksək akademik nəticələr nümayiş etdirən qızlarımızın yer alması bizdə böyük qürur və sevinc hissi yaradır. Seçdiyiniz ixtisas cəsarət və uzaqgörənlik tələb edir. Ölkəmizdə yeni nəsil İT/İKT mütəxəssislərinin yetişdirilməsinə və peşəkar inkişafına töhfə verməyə sadiq bir şirkət olaraq sizə bu yolda daima dəstək göstərməyə hazırıq. İnanıram ki, məhz sizin kimi yenilikçi təfəkkürə sahib olan qızlarımız sayəsində innovativ və inklüziv cəmiyyətin qurulması üçün zəmin yarada biləcəyik”,- deyə tələbələri təbrik edən Şirin Əliyeva bildirib.
Dilarə Hüseynova qızlara təhsil müddəti ərzində “Azercell”də təcrübə keçmək imkanı verildiyini diqqətə çatdırıb: “Şirkətimiz İT və İKT üzrə ixtisaslaşmış gənclərin inkişafı üçün geniş imkanlar yaradır. Bu sahədə çalışan qadın əməkdaşlarımızın bilik və bacarıqlarının artırılmasına xüsusi diqqət ayrılır. Məqsədimiz sizin kimi istedadlı gənclərin peşəkar kadr kimi formalaşmasını təmin etməkdir”.
Sona Abbasova isə öz növbəsində tələbələrə şirkətin korporativ məsuliyyət strategiyası haqda məlumat verib, xüsusilə də qadınların gücləndirilməsi və inkişafı istiqamətində görülən işlər haqqında danışıb.
Görüş çərçivəsində tələbələrə dəyərli hədiyyələr və “SuperSən 10GB” tarif paketinə 6 aylıq abunəlik təqdim edilib.
“Azercell Telekom” MMC bu il tələbə adını qazanmış bütün abituriyentləri təbrik edir, onlara daha da böyük uğur və nailiyyətlər arzulayır!
Qeyd edək ki, tələbələrin siyahısı ixtisas seçiminin nəticələrinə əsasən Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim edilib.
"Qalatasaray" Can Armando Güneri heyətinə qatıb - 350 min avroya
Türkiyə Kuboku: "Beşiktaş" qalib gələ bilmədi
Macarıstan Baş naziri: "Qərbin əxlaq dəyərləri çöküb"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Dövlət İmtahan Mərkəzi açıqlama yaydı
Axios: "ABŞ və Rusiya START Nüvə Müqaviləsini yeniləyib"
Mühasiblər “Bahalı səhvlər”i müzakirə edəcək - Vergi və Mühasibatlıq Zirvəsinə 600-dən yuxarı mütəxəssis qatılacaq
“Kəpəz”in futbolçularına nə qədər mukafat verib? - “Qarabağ”a vurulan qola görə xüsusi jest...
Türkiyədə keçmiş bələdiyyə sədri baltalandı
Almaniyada "Amazon" cəzalandırıldı - 59 milyon avroluq cərimə ilə
"Qurtuluş"un rəhbəri azadlığa buraxılmadı
Ədəbiyyat və tarix fənnlərini birləşdirmək cəhdi yanlışlıqdır - VAHİD TAĞIYEV YAZIR
Vəzifədən çıxarılan adam təkrar geri götürülüb və... - Nazirlikdən qanunsuzluq barədə açıqlama
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Aktyor Ufuk Özkan 8 saatlıq əməliyyatdan sonra ayıldı: "Bu qədər sevənimin olduğunu bilmirdim" (FOTO)
"Qarabağ" "Şamaxı"ya uduzub
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib - MƏTN
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - ONLARA BAKIDA ÖMÜRLÜK HƏBS CƏZASI VERİLDİ (YENİLƏNİB)
Mərkəzi Bankın valyuta ehtiyatı 2.5 milyard artdı - Bir həftə içində rekord yeniləndi
Yunanıstan Baş naziri Türkiyəyə gedir - Bu tarixdə
"Oğlum dedi ki, ata, məni öz darvazalarının qabağına apardı, vurub qaçdı aralığa" - Bıçaqlanan 7 yaşlı uşağın atası danışdı
Deputat: "Camaat neyləməlidir, donmalıdır?" - VİDEO
Qadın Liderlər Zirvəsində kimlər toplaşacaq? - “Bizim təşkil etdiyimiz Zirvədə səhnəyə çıxan hər kəsin hekayəsində bir “insanlıq” var”
AYNA-nın aynada görünən tenderləri - SİYAHI VƏ...
İcra başçısı biznesmen-məmuru özünə müavin götürdü
Naxçıvanın muxtariyyəti “de-facto” ləğv edildi, növbəti addım nə oacaq? - Partiya sədrindən açıqlamalar
Əkrəm Həsənov: "Camaatda axı pul yoxdur ki, manatı dollara çevirsin”
İcra başçısının müavinindən sonra qızı da vəzifədən çıxarıldı
"Beşiktaş" Amir Murillonu heyətinə qatır
Rusiya Kiyev və Xarkova ağır zərbələr endirib - Açıqlamalar
Rəsmi Moskva: "Ukrayna ilə danışıqlarda müsbət irəliləyiş var"
Daha bir azərbaycanlı Ukraynada həlak olub
"Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..." - Ceyhun Bayramov
Tehran Ankaranı masadan necə sildi? - TƏHLİL
Ağcabədidə azyaşlı uşağa bıçaq zərbələri vurulub (Yenilənib)
Xaçmazda qatar avtomobili vurub - Sürücü hadisə yerində ölüb
Sabah Bakıda yağış yağacaq
“By Fateh” müştərilərə saxta məhsullar verilirmiş - FOTOLAR
KLİNTON və ARVADI İFADƏ VERƏCƏK - Tramp sabiq prezidentin "Epşteyn işi"nə cəlbinə belə reaksiya verdi
Kamran Əliyev prokurorluğa yeni qəbuldan danışdı: "Kriminalistik bilikləri çox aşağıdır"
TƏBİB-in vəzifəli şəxsi barədə yeni iddialar yayıldı
Gömrük Akademiyası barədə sərəncam imzalandı
Ali Məhkəmənin sədri: "Etimad və şəffaflığın gücləndirilməsi..." - "Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir"
3 məktəbə direktor təyin edilib