Daha 20 seçki məntəqəsinin nəticələri etibarsız sayılıb - SİYAHI

img

16-09-2024 [13:06]


Mərkəzi Seçki Komissiyası daha 20 seçki məntəqəsinin nəticələri etibarsız sayıb.

Mia.az xəbər verir ki, bu barədə qərar MSK-nın bugünki iclasında verilib.

Belə ki, 1 sentyabr tarixli Milli Məclisə seçkilərlə əlaqədar seçki dairələri üzrə səsvermənin yekunlarına dair dairə seçki komissiyalarının təqdim etdiyi sənədlərin yoxlanılması nəticəsində müvafiq qərarlar qəbul edilib.

13 saylı Xəzər ikinci seçki dairəsinin 12 saylı, 15 saylı Yasamal birinci seçki dairəsinin 25 saylı, 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsinin 15 saylı, 31 saylı Suraxanı ikinci seçki dairəsinin 1 saylı, 38 saylı Gəncə birinci seçki dairəsinin 13 saylı, 41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsinin 38 saylı, 48 saylı Abşeron birinci seçki dairəsinin 4, 5, 9 saylı, 52 saylı Yevlax seçki dairəsinin 2, 8 saylı, 80 saylı Lerik-Astara seçki dairəsinin 88 saylı, 82 saylı İmişli-Saatlı seçki dairəsinin 41, 42, 44, 45 saylı, 104 saylı Gədəbəy seçki dairəsinin 20, 25, 34 saylı və 119 saylı Ağdam seçki dairəsinin 21 saylı seçki məntəqəsində səsvermənin nəticələri etibarsız hesab edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 10.10.2024

Sabah yağış yağacaq