Trampın seçki kampaniyasında növbəti təxribat: ərazidə atışma olub

img

16-09-2024 [00:03]


ABŞ prezidentliyinə namizəd Donald Trampın seçki kampaniyası apardığı ərazidə silahlı toqquşma olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Donald Trampın Sseçki Qərargahı məlumat yayıb.

Bildirilib ki, ərazidə atəş səsləri eşidilən kmi təhlükəsizlik çəmbəri artırılıb: "Bazar günü günortadan sonra Trampın qaldığı Florida ştatının "West Palm Beach" yaxınlığında silah səsləri eşidilən kimi təhlükəsizlik tədbirləri artırıldı. Hazırda hər hansı bir təhdid yoxdur".

Seçki Qərargahının kommunikasiya üzrə rəhbəri Stiven Çeunq deyib ki, prezidentliyə namizəd Tramp hazırsa təhlükəsiz məkandadır: "Hələlik hadisənin  detalları haqda informasiyaya sahib deyilik. Ancaq deyə bilərəm ki, Trampla bağlı təhlükəli durum yoxdur".

Xatırladaq ki, Tramp iyulun 13-də Pensilvaniyada keçirilən mitinqdə qulağından güllələnib. 

Onu da qeyd edək ki, ABŞ-da prezident seçkisi noyabrın 5-də olacaq. 

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 10.10.2024

Sabah yağış yağacaq