Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
07-09-2024 [00:06]
Qoç - Ötən günlərin problemlərinin fəsadlarını aradan qaldırın. Ruhdan düşməyin, aktiv olun. Pozitiv düşüncə çətinliklərin effektiv həllinə imkan verəcək. Fiziki və mənəvi qüvvələrinizi bərpa edə bilərsiniz.
Günün ikinci yarısında fəal olun. Ünsiyyət çevrənizi genişləndirə bilərsiniz. Yeni tanışlarla ehtiyatlı olun. Onlar barədə layiq olduqlarından yaxşı düşünməyin. Yeni maraqlar və ideyalar yarana bilər.
Axşam saatları pozitiv emosiyalar zamanıdır.
Buğa - Maraqlandığınız işlərlə məşğul olun. Haqqınızı tapdalayan və ya hüquqlarınıza müdaxilə edən insanın cavabını verin. Ərazinizə kimsə soxularsa, onu qovub çıxarın. Qorxaqlıq etməyin, cəsarətli davranın. Yaxın ətrafınızdakı insanlar qüvvənizi boş yerə sərf etdiyinizi desələr də, bu adamlara qulaq asmayın.
Siz əla bilirsiniz ki, deyilənlər əsassızdır.
Faydalı vərdişlərin sayını artırın.
Günün ikinci yarısında pulları necə gəldi, xərcləməyin. Bədxərclik etməyin. Axşam saatlarında evdən kənarda istirahət edin. Bir qədər relaksa dalın, gəzintiyə çıxın.
Əkizlər - Günün ilk yarısı çətin və qarışıq zamandır. Sizə sakit işləməyə imkan vermir, diqqətinizi yayındırırlar. Tək qalmalı, müstəqil işləməli, yaşananları təhlil etməlisiniz. Narahatlıq apogey nöqtəsinə çatanda yaxın ətrafınızdakı insanlardan uzaqlaşın.
Günün ikinci yarısında realist, praqmatik olun. Uğurlu zamandır və bunun da səbəbkarı sizsiniz. Birgə fəaliyyətdə olduğunuz insanlarla təmaslarda həssas və diqqətli olun. Ruhdan düşənlərə ürək-dirək verin. Sizinlə ünsiyyətə can atanlar az deyil.
Xərçəng - Günün ilk yarısı uğurludur. Diqqətin maksimum yönəlməsini tələb edən ciddi işlə məşğul olmaq mümkündür. Bununla yanaşı, izafi intellektual və fiziki səyləri ehtiva etməyən cari, rutin işlər də pis keçməyəcək.
Bir çox işlər asanlıqla alınacaq. Yaxın ətrafınızdakı insanları üstələyin.
Günün ikinci yarısında işgüzar fəaliyyət müstəvisi və ya maliyyə məsələlərində çətinliklər yarana bilər. Münaqişəyə, yaxud da münasibətlərin tam kəsilməsinə yol verməyin.
Emosional davranmayın.
Şir - Günün ilk yarısında maraqlı və önəmli işlə məşğul olmağa başlasanız, vaxtınız pis keçməyəcək. Baş verənlərə rəğmən əhvalınızı korlamayın. Tənbəllik və süstlük etməyin. Belədə yaxın ətrafınızdakı insanlar sizi sərt tənqid edəcəklər. Üstəlik, bədbinliyə qapıla bilərsiniz.
Günün ikinci yarısı yaşamınızda gözlənilən dəyişikliklər üçün əlverişlidir. Fəaliyyət arealının yenilənməsi, köç və ya təmirə başlamaq olar. Alış-veriş zamanı elə nəsnələr alın ki, onlardan ailənin bütün üzvləri istifadə edə bilsinlər. Axşam saatları səfər və ya evdən kənar görüş üçün münasibdir.
Təmas qurmaq istədiyiniz insanı qonaq çağırın.
Qız - Mühüm saydığınız işlərdə uğurlar olacaq, əlverişli zamandır. Sevdiyiniz insanlarla münasibətlərdə həssas və qayğıkeş olun. Münaqişə, ixtilaf və mübahisələri unudun. Yeni, ümumi maraqlar yaranacaq.
Dəyər verdiyiniz insanı sevindirməyə çalışın.
Günün ikinci yarısında səfər və ya səyahətdə ehtiyatlı olun. Alov, kəsici alətlərlə çalışanda sərvaxt davranın. Kiçik, amma xoşagəlməz travmalar riski var.
Borc götürməyin. Həmin borcun qaytarılması ilə bağlı problemlər yaranacaq.
Tərəzi - Bilik və bacarıqların artırılması, dünyagörüşünün genişləndirilməsi üçün münasib zamandır. Yeni informasiyaları çətinlik çəkmədən əxz edirsiniz. Önəmli məlumatı yadda saxlayın.
Praktik olun, praqmat davranın. İndiyədək bacarmayacağınızı düşündüyünüz işin öhdəsindən gələcəksiniz.
Günün ikinci yarısında bir qədər hiyləgər davranın, fəndgir olun. Yeni tanışlıqlara can atmayın. İllüziyalar və emosiyaların tələsinə düşə bilərsiniz.
Əqrəb - Mühüm və ciddi işlə məşğul olmaq üçün əlverişli zamandır. Bir qədər əvvəl hazırladığınız, amma reallaşdırmadığınız planların gerçəkləşdirilməsinə başlamaq olar. Yaranan situasiyalardan asılı olmayaraq məntiqli davranın. Nə deməyi və nə etməyi bilin. Sizi çoxdan tanıyan, amma yetərincə dəyərləndirməyən insan fikrini dəyişəcək. O, yaxşı tərəfdaş və etibarlı müttəfiqə çevrilə bilər.
Günün ikinci yarısında səhhətinizdə kiçik problemlər yarana bilər. Ağır fiziki işlə məşğul olmayın. Axşam saatları sağlamlıq prosedurları üçün əlverişli zamandır.
İmkan varsa, normal istirahət edin.
Oxatan - Çətinliklər barədə çox düşünməyin, özünüzü ruhdan salmayın. Günün vəd etdiyi imkanlardan yararlanın. Doğrudur, bütün problemləri dərhal həll etmək mümkün olmasa da, qətiyyətli olun, ardıcıl fəaliyyət göstərin. Bunun sayəsində yaxşı nəticələr əldə edə bilərsiniz.
Günün ikinci yarısında yaxınlarınızla aranızdakı münaqişələri aradan qaldırın. Mübahisələrə qatılmayın. Dəyər verdiyiniz insanlarla ünsiyyətdə problemlər yaratmayın. Doğrudur, mülayim davranışınız və güzəştə meylli olmağınızdan istifadə etmək istəyənlər olacaq.
Sayıqlığı əldən verməyin.
Oğlaq - Asan olmayan qərarlar qəbul etmək zamanıdır. Yaranmış situasiyanı diqqətlə təhlil edin. Durumun mənfi və müsbət yönlərini dəyərləndirin. Heç nə özbaşına dəyişən deyil. Fəaliyyətə başlayın, aktiv olun.
Müstəqil işləyin, plan qurun və onu həyata keçirməyə çalışın.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların məsləhətlərinə tam əməl etməyə can atmayın. Mühüm qərarları özünüz verin, bildiyiniz kimi davranın.
Məsləhətlər sizə yardım etməyəcək. Maliyyə baxımından pis gün deyil. Dəyər verdiyiniz insanı çoxdan bəri narahat edən problemi həll edə biləcəksiniz.
Dolça - Müsbət təmayüllərin təsiri güclənəcək. Bədxah və ya rəqiblər istəsələr belə, işlərinizə mane ola bilməyəcəklər. Çoxdan bəri görmək istədiyiniz, darıxdığınız insan barədə xoş xəbər alacaqsınız. Bir zamanlar güclü hisslər bəslədiyiniz fərdlə görüş də istisna deyil. Qırılmış əlaqələri, sərinləmiş münasibətləri bərpa etmək olar.
Günün ikinci yarısında mühüm və təxirəsalınmaz işlərin görülməsi üçün əlverişlidir. Xoş, amma faydasız işlərlə məşğul olmayın. Yaradıcılıq fəaliyyətində uğurlar istisna deyil. Axşam saatlarında arzularınızdan birini reallaşdıra bilərsiniz.
Balıqlar - Günün ilk yarısı maraqlı və xoş zamandır. Yaxın ətrafınızdakı insanlar barədə yeni məlumatlar əldə edəcəksiniz. Bacarıq və biliklərinizi nümayiş etdirin. Ötən günlərdə yaranan ixtilaflar və münaqişələri sonuclandırın. Dəyər verdiyiniz insanların qəlbini qırmayın.
Günün ikinci yarısında romantik təmaslar istisna deyil. Birgə çalışdığınız insanın plan və niyyətlərindən xəbər tutun. Ünsiyyət qurmaq istədiyiniz şəxsdə özünüzlə bağlı xoş təəssürat yaratmağa səy göstərin. Məişət problemlərini ailə üzvləri ilə birlikdə çözün. Sevdiyiniz insanın yaşamını daha da rahat edin.
Milli.Az
İran Qətərə yenə zərbə endirib - Dohada güclü partlayışlar olub
RUSİYANIN SABİQ PREZİDENTİ AVROPANI TƏHQİR ETDİ, 3-CÜ DÜNYA SAVAŞI MESAJI VERDİ "Əgər Tramp belə davam etsə..."
Misirdən İrana çağırış: "Ərəb ölkələrinə hücumları dayandırın!"
"MƏNİ SORĞU VƏ SEÇKİ MARAQLANDIRMIR" - Trampdan İrana hücumla bağlı yeni açıqlamalar
Pezeşkiandan ABŞ və İsrailə mesaj: "İran səssiz qalmayacaq və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Cənub Qaz Dəhlizi Məşvərət Şurası iclasları keçiriləcək
Ərdoğan İrana hücumdan danışdı: "Biz qan tökülməsinin, göz yaşlarının dayanmasını və..."
Ramazanın 13-ci gününün duası: imsak və iftar vaxtı
İranın nüvə obyektləri bombalanıb
Dövlət Agentliyinin kollegiyasının tərkibi təsdiqləndi - Qərar
Xadimələr belə, ixtisara salınır, ancaq şirkət prezidenti və... - Komitə sədri SOCAR-dakı "baş-ayaq" kadr siyasətindən elə faktları sadaladı ki...
Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib
"QatarEnergy" LNG istehsalını dayandırdı
ABŞ İran hücumlarında 4 hərbçini itirib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah 2026-cı ilin ilk Ay tutulması olacaq
İlham Əliyev Rusiya rəsmisini qəbul etdi - MÜZAKİRƏ + FOTOLAR
Ceyhun Səfərə "BakuBus”da vəzifə verilib
"Azəriqaz”ın 5 milyon manatdan artıq borcu var
Banklara ipoteka kreditləşməsi üçün yeni limitlər ayrılıb - Detallar
Azərbaycan və Bəhreyn XİN başçıları müzakirə aparıblar - Açıqlaça
Tehrana ağır zərbələr endirilir
Ağdərədə istismar müddəti bitmiş döyüş sursatları məhv ediləcək
Hakan Fidanla Ceyhun Bayramov telefonda danışdı
"Neftçi"nin "Şamaxı" ilə oyununda son saniyədə təyin olunan penalti... - AFFA-dan açıqlama
Netanyahunun Ofisi "Xayber" raketləri ilə vurulub? - İran "hə" deyir, İsrail hələlik susur
Prezident tibbi sığorta ilə bağlı dəyişikliyi təsdiqlədi - Müştərək maliyyələşmə...
Prezident İlham Əliyev sərəncam imzalayıb
YENİ YAŞ: UĞURLU TƏYİNAT OLAN YERDƏ...
Rəqqasə Fatimə ilə şairə Nazilə Səfərli barışdı
Sabah hava necə olacaq? - Proqnoz
İRAN SƏUDİYYƏNİ "CAN DAMARI"NDAN VURDU - FOTOLAR
ABŞ-ın "Məğlubedilməz" ləqəbli qırıcları vurulub - Küveytdən "bir neçə qırıcı vurulub" etirafı gəldi (FOTOLAR)
Ceyhun Bayramov Qazaxıstan XİN başçısı ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Məşhur bələdiyyə sədri və daha 12 nəfər məhkəməyə aparılıb
Siyəzən rayonunda yeniyetmə qızın meyiti tapılıb
Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
"İranda Azərbaycan vətəndaşlarının xəsarət alması barədə yeni məlumat daxil olmayıb" - XİN açıqladı
“Bakcell” müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
Müharibə Avropa İttifaqının sərhədinə çatdı - Britaniya bazasına PUA hücumu oldu (FOTO)
Tanınmış ekspert barədə məhkəmə qərarı dəyişib
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub