Bəlkə gerçəkdən DƏRSİMİZƏ başlayaq? - Anar Əsədli yazır
29-08-2024 [12:06]
Anar ƏSƏDLİ
***
Hər kəs millət vəkili olmağı haqq etdiyini, partiya sədri olmağın asan bir iş olduğunu , siyasətçi və ya siyasi Lider olduğunu düşünür və söyləyirsə demək ki, siyasi problemlərimizin təməlllərini doğru müəyyən edə bilmirik.
Fikrimcə əsas faktor Dövlət ənənəsinin olmamasıdır. Dövlət ənənəsinin yoxluğu siyasi mədəniyyətin əksikliyini bütün çılpaqlığı ilə ortaya çıxardır. Ənənə yaratmağa və formalaşdırmağa isə uzun illər lazımdır.
1918-20- ci illərdə qurulan Cümhuriyyətin ömrü iki il sürdü, Sovet İmperiyası Cümhuriyyətimizi yıxdı, Azərbaycan xalqı 70 il öz müstəqil dövlətinin vətəndaşı olmaq haqqını itirdi. Bir demokratik cümhuriyyətin vətəndaşı statusunda böyümək, milli kimliyini tanımaq, hüquqlarını bilmək, haqlarını müdafiə etmək kimi siyasi tərbiyədən məhrum oldu. Siyasi tərbiyənin olmadığı bir yerdə isə siyasi mədəniyyətdən, ənənələrdən danışmağın heç bir anlamı yoxdur. Ənənə üzərində tərbiyə olunmayan xalq isə gələcəyini şikəst inşa edər.
Hətta ölkə xaricində yaşayan elmi və siyasi cəhətdən yüksək postlar tutmuş azərbaycanlıların da ölkəmizdə hər zaman aktual olan milli kimlik və siyasi mövqe məsələsində oynadığı zəif rolun da əsas səbəbi ənənə olmamağındadır. Heç kim deyə bilməz ki, milli kimlik məsələsinin və ya siyasi təfəkkürün bu qədər zəif olması ölkədə cəhalətlə bağlıdır. Xeyr, qətiyyən. Azərbaycanın nəinki ölkə masştabında, dünya elmi səviyyəsində kifayət qədər yetişmiş alimləri, ziyalıları var. Ölkədə oxuyub-yaza bilməyən adam yoxdur. Demək ki, ənənənin olmamasında əsas amil elm və təhsildən də çox milli tərbiyənin düzgün qurula bilməməsindədir.
Milli tərbiyənin zəif olması hətta manqurtlaşmağımıza belə səbəb olur. Biz elmimizi, savadımızı, bilik və bacarığımızı millətimizin inkişafına yönəlik deyil, yalnız şəxsi karyeramızın qurulmasına sərf edirik. Elə buna görə də siyasi məsələlərə böyük əksəriyyət qarın və mədə prizmasından yanaşdığı üçün ölkədə demokratiya adına mücadilə aparanlar gülüş predmetinə çevrilib.
Bütün bunların isə əsas səbəbi Rus və İran imperiyası tərəfindən bölünməmiz parçalanmamız və 200 ildir Rus şovinizminin qurbanı olmağımızdır. Əgər biz bu gün ən azından 104 yaşlı Cümhuriyyətin vətəndaşları olsaydıq indi tam fərqli bir cəmiyyətə sahib idik.
Bundan isə nəticə çıxarmaq yerinə tam tərsi hərəkət edirik. Sentyabr ayı gəlir və biz yenə uşaqlarımızı rus dilində təhsil almağa aparırıq.
“Hər kəsin dilini öyrənəcəyəm”, “Hər kəslə öz dilində danışacağam” deyərkən öz dilimizi unuduruq.
Öz ruhumuzla düşünsək anlayacağıq ki, anasının şirin laylasından qoparılaraq, bağçada, məktəbdə dayanmadan “skazka”, “poem” öyənməyə məcbur etdiyimiz fidanlarımız nə qədər ucalsa da, əzəmətindən yıxılacaq, ucaldığı yüksəklikdən yıxılacaq. Çünki bizi yetişdirən bayatılarımızı, fəlsəfi düşüncəmizi formalaşdıran şeirlərimizi, xəyal qurmağı öyrədən nağıllarımızı, kim olduğumuzu anladan dastanlarımızı, yuxumuzda belə bizi qızıl güllər içində ovutmaq istəyən analarımızın dili bu deyil.
Milli tərbiyənin zəif olmasının əsas səbəbi isə elə ana dili məsələsidir.
Bir dil onu daşıyan xalqın, bu xalqın təfəkkürünün, mədəniyyətinin, tarixinin daşıyıcısıdır. Yəni uşağımız ilk vərdişlərini hansı dildə alsa, o təkcə həmin dilin daşıyıcəsına deyil, həmin xalqın mədəniyyətinin tarixinin daşıyıcısına, bir parşasına çevrilir.
Unutmayaq ki, dilin fikri doğru ifadə etməsi üçün beynin milli zəmində doğru proqramlaşması lazımdır. Dil milli olmalıdır, doğma olmalıdır. Yad bir dil beyni də yadlaşdırır, kökündən qoparır və selə qapılıb gedir. Xalqına, millətinə aid dildə danışan uşaq beyni doğma ilə yad arasındakı uçurumda qalmır.
Tolstoyun “Anna”sının hisslərini, Çexovun “Gözətçi Nikita”sının məhv olmuş arzularını, Markesin “Patriarxı”nın hüznlü payızını, Hüqonun "Səfillər"ini anlamaq üçün bu müəllifləri öz dilindən oxumaq, hər sözün, hər ifadənin kontekst mənasını anlamaq çox önəmlidir, amma Sabirin “Orucu tutdum Ramazanda” misrasındakı tablonu görmək daha vacibdir.
Ana dili milli-strateji məsələdir, təhsil milli təhlükəsizlik sahəsidir; onu başqa millətlərin və dövlətlərin təsirinə məruz qoymaq millətin və dövlətin gələcəyini bilərəkdən təhlükəyə salmaqdır.
Bu təhlükəni artıq duyub doğru qərar verin.
Cavidin Sibir sürgünü zamanı ayaqqabılarına yapışan ayaq dərisini düşünün, Xocalıda qarnı deşilən hamilə qadını yada salın və övladlarımızı rus, ingilis bölməsinə, xarici dilli məktəblərə qoymayın.
"Heç nə dəyişməyəcək", "Belə gəlib, belə də gedəcək" kimi deyinmələrin yerinə gəlin əl-ələ verib nəhayət dördüncü on illiyimizdə ənənə yaradaq. Ənənə yarada bilməsək itkilərimiz çox olacaq...
Demokratik cəmiyyət quruculuğu doğru formalaşmış milli tərbiyə,milli şüur və milli kimlik məsələsinin formalaşmasından doğan siyasi təfəkkürlə mümkün olacaqdır.
P.S. Parlament seçkilərinin 1 sentyabr tarixində keçirilməsinin simvolik mənasını dərs ilinin sentyabrda başlanması ilə əlaqələndirmək lazımdır. Bəlkə gerçəkdən DƏRSİMİZƏ başlayaq?
MİA.AZ
ABŞ-İran danışıqları nə vaxt olacaq? - Ağ Evdən açıqlama
Qəddafinin varisi öldürüldü, yoxsa... - Müşaviri və rəsmi agentlik "hə", ordu isə "yox" deyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-dan İranın hərbi həmləsinə - Reaksiya
Myanmada zəlzələ oldu - 5.9 bal gücündə
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlıq edəcək - Netanyahunun iştirakı ilə memorandum imzalandı
NATO Baş katibi Kiyevdə: "Yerdə qoşunlar, havada reaktiv təyyarələr, Qara dənizdə gəmilər..." - "Qış soyuq ola bilər, amma yaz mütləq gələcək"
Polkovnik və digər iki nəfərin məhkəməsi davam edir
"Gənclərbirliyi"nin keçmiş futbolçusu geri döndü
MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib
"Biz heç bir qanunsuz işlə məşğul olmuruq" - Ümid Abuzərli
Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanılıb
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
Sosial mediada saxta kredit elanları... - Haker şəbəkəsi zərərsizləşdirildi (DETALLAR)
Azərbaycan Kuboku: təyinatlar bəlli oldu
"Beşiktaş" hücum xəttini gücləndirir - Daha bir transfer xəbəri var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fransada təxminən 4,2 milyon bomj var - Hesabat
Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə gedib - FOTO (YENİLƏNİB)
Dünyanı silkələyən "Epşteyn işi": səfir vəzifədən uzaqlaşdırıldı
Harutyunyan, Qukasyan, Sahakyan, İşxanyan.. - Onlar hakim qarşısına bu tarixdə çıxarılır
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir - Nələr olacaq? (TƏHLİL)
AQTA yanında İctimai Şuranın sədri vəzifəsinə seçki olub
"Qalatasaray" "Volfsburq"un futbolçusu ilə anlaşdı
"Azercell” “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir
Elmar Məmmədyarov Epşteynlə görüşüb? – Sabiq nazirdən açıqlama
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Ulduz" Şokolad Fabriki KOSHER sertifikatı əldə edib
Aİ ölkələri səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb
"Tiktoker Roşka"nın məhkəmə prosesi təxirə salınıb
"Çatlayın, partlayın, ölün" - Rəqsanə ilə şoumen aparıcı barışdı, izləyiciləri aşağıladılar + VİDEO
Sektor ləğv olundu, "alma ovçusu" yeni vəzifəyə gətirildi
GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır (YENİLƏNİB)
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
KREDİT MÜQAVİLƏLƏRİ: banklar sənədləri niyə tələsik imza atdırır?
ÇL-dən milyonlarq azanan "Qarabağ" 100 min avroya futbolçu alıb
AHİK-də daha bir dəyişiklik - Jurnalist vəzifədən niyə ayrıldı?
“Baku Medical Plaza” qanunsuzluq: səhv aparılan sinəkiçiltmə əməliyyatı və...- Cərrah 15 min təzminat ödəyəcək
Bakıya sulu qar və qar yağacaq - Sabahın hava proqnozu
"Mercedes"dən FIA-ya şikayət olunub - Səbəb bəllidir, cavab isə...
"Beşiktaş" afrikalı yarımmüdafiəçi ilə anlaşdı
Polis əməliyyatı: iki nəfər 26 kq narkotiklə tutulub