TikTok Parisi partladır
03-07-2023 [11:59]
Əli Cabbarov,
Naxçıvan Dövlət Universitetinin dosenti
***
Son günlər Şimal yarımkürədə havaların istiləşməsi ilə sanki siyasi gündəmin də bir anda qaynadığı Avropadakı gərginliklər qoca qitənin tarixi arxazəminindən qaynaqlanan münaqişələrin yeni üzünü ortaya qoyur. Gecələri şeytanın iş başında olduğu Fransa şəhərlərindəki qanlı hadisələr bu ölkədə və ümumiyyətlə, “fransız rifahında” yaşayan digər ölkələrdəki əsl gerçəklikləri gün üzünə çıxarır.
Əsl maraq isə Fransada 17 yaşlı Əl-Cəzair mənşəli gəncin polis atəşi ilə öldürülməsindən sonra başlanan xaotik üsyanların artıq Belçika və İsveçrə kimi digər ölkələrə keçməsi ilə onun bütün Avropaya yayılması qorxusundan qaynaqlanır. Paris və digər böyük şəhərlərin gecələr alova büründüyü ölkədə TikTok və digər sosial şəbəkə platoformalarına qarış məhdudiyyətlər qoyulması əslində vətəndaş qarşıdurması kimi qorxulu bir nağılın fransızların da başına gəldiiyndən xəbər verir.
Fransa tarixini öyrənənlər istər orta əsrlərdə, istərsə də son iki yüz ildəki müstəmləkəçilik dövründə bu ölkənin Afrikada və digər qitələrdə 20-yə yaxın ölkənin insanlarının qanını sormaqla özünə necə rifah qurduğunu, hansı qanlı qırğınlar törətdiyini yaxşı bilirlər. Hələ İkinci düyna müharibəsi bitdiyndə cəmi 40 gündə almanlara təslim olmuş Fransanını azad olmasını bayram edən Əl-Cəzairlilərdən 40 min nəfəri bir gündə qətl edən Fransa gücləri sanki o dövrdən bu ölkədə yalnız ağ dərili fransızların müstəqil ola biləcəyini, yalnız onların şəhər mərkəzlərində yaşayacaqlarını, daha üstün imtiyazlara sahib ola biləcəklərini bəyan etmişdilər. Sonrakı illərdə isə daha da azğınlaşan fransız milliyətçiliyi bu ölkənin tarix ərzində maarif, mədəniyyət və incəsənətin inkişafına verdiyi töhfələrin üzərindən qara xətlər çəkməklə əslində bugünkü Fransanın portretini cızmışdılar. Nəticədə, indi 68 milyondan artıq əhalsi olan, ÜDM-nin həcminə görə (2.5 trln. ABŞ dolları) Avropada Almaniyadan sonra ikinci, dünyada isə 7-ci olkə olan Fransada yaşayan 7 milyon əcnəbi kökənli vətəndaşların hüquqlarının tapdalanması, dini və irqi diskriminasiyanın artması bu ölkədə demokartiyadan və insan hüquqlarından dəm vurulmasınının nə qədər cəfəng olduğunu bir daha göstərir.
130 ildən artıq bir dövrdə Əl-Cəzairin bütün sərvətləriri sümürüb, bu ölkədə 6 milyon insanın qətlinə səbəb olmuş Fransa bu gün əkdiyini biçməklə nüvə dövləti və BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzündən biri olmasına baxmayraq öz daxilində asayişi qoruya bilməməsinin cəzasını çəkir. Bu gün bütün dünya Fransadan danışmaqla, bu ölkənin yalançı bürokratlarının, bələdiyyə sədrlərinin, partiya liderlərinin, yerli idarəedicilərin və bütün bunları mədh edən keçəl məddahlarının dünyaya oxuduqları moizlərin nə dəqər içiboş olduğuna inanır. Hazırda təkcə 140 milyon insanın fransızca danışdığı Afrikada nüfuzunu sürətlə itirməsi, bir zamanlar isə dünyada hakim dil olan fransızcanın öz yerini ingiliscəyə verməsi obyektiv olaraq Fransanın dünyada tutduğu dırnaqarası qarantor funksiyasının da supergüclər olan ABŞ və Çin tərəfindən qəbul edilmədiyini göstərir. Özündən on min kilometr məsafədə yerləşən, heç bir tarixi-mənəvi bağları olmayan Cənubi-Qafqaza da burnunu soxan Fransanın Rusiyanın zəifləməsindən sonra burada yaradılacaq davamlı sülhə mane olmaq cəhldəri ölkəsindəki 400 min erməninin əsirinə çevrilməsi isə bu şübhələri daha da dərinləşdirir.
Bu gün məğlub Ermənistana dolayı yollara silah təchiz edib bu ölkədə revanşizmi daha qızışdıran, ölkəsindəki bir ovuc erməni diasporu ilə sıx əlaqələri olan Fransa bürokratiyasının zaman-zaman ermənipərəsət çıxışları, hətta dırnaqarası erməni soyqırımını inkar edənlərə qarşı həbs cəzası tətbiq etmək kimi qanun layihələri bu ölkə rəsmilərini müsyo Jordandan da gülməli vəziyyətə salır. Böyük dramaturq M.F.Axundovun bədii təsvirinin məhsulu olan və Parisin inqilablar nəticəsində deyil, əcinnələr tərəfindən dağıldığına inanan bu komik personajının düşdüyü gülünc vəziyyət bu gün cənab Makronun vəziyyəti ilə müqayisədə müxtəlif tamaşaların eyni səhnələrinə bənzəyir. Bu gün gecələri Fransa şəhərlərinin küçələrinə od vuran miqrant əsilli yeniyetmələrin və onlara qarşı çıxan ifrat sağ fransız milliyətçilərinin vandallıq və qarətçilik hərəkətlərinin öhdəsindən gələ bilməyən həmin bu komik personajlar qardaş Türkiyədə baş verən zəlzələ zamanı “tanka ehtyac qalmadığı” kimi ifrat ürək bulandıran bəyanat da vermişdilər. Ümumiyyətlə, əhalisinin 5 faizinin müsəlman olduğu Fransanın müsəlmanlara qarşı davamlı olaraq aqressiv münasibət göstərməsi, onun müsəlman qadınlarının başörtüsü məsələsinin hökumət və səviyyəsində müzakirə edilən tək ölkə halına gəlməsi bu iyrənc diskriminasiya siyasətinin burada dövlət səviyyəsində necə dəstəkləndiyini bir daha göstərir. Elə baş verən son iğtişaşlar zamanı da hadisələrdən xəbər hazırlamaq üçün barrikadalar ölkəsi Fransaya ezam olunmuş Azərbaycan Televiziysının əməkdaşlarına qarşı edilən çirkin hücum da bu fobiyanın bir təzahürü idi. Müsəlmanlara qarşı müxtəlif karikaturalarla çıxış edən fransız elitası, onun mətbuatı bunu dəfələrlə etməklə bu gün başlanan “Avropa baharı”nın zəminini hazırlayırdı.
Bir zamanlar yenə də bir Fransız müstəmləkəsi olmuş Tunisdə başlanan “ərəb baharı” bir çox ölkələrin, xüsüsən Suriyanın tamamilə dağılmasına, terror qruplarının boy artmasına səbəb olmaqla bütün Yaxın Şərqə ciddi zərər vurmuşdur. İnsanların gəlir bölgüsündə, normal yaşayış şərtlərində uğradığı haqsızlığa qarşı üsyan etdiyi, onlara ölkə mənşəyinə görə fərq qoyulduğu, radikal sağçıların belə insanlara qarşı amansızlığının ən yüksək səviyyəyə çatdığı Fransada bu iğtişaşların ortaya çıxması təsadüfi deyildir.
Özünün keçmiş müstəmləkələrindən ildə təxminən 500 milyard dollar gəlir əldə edildiyi və bunun sırf fransız mənafeləri üçün xərcləndiyi Fransadakı bu ədalətsizlik bu gün küçələrə axın edən insanların motivasiyasının əsl səbəblərindən biridir. Bir-birinə qarşı gizli nifrətlərinin qorunub saxlanıldığı İngiltərə ilə müqayisədə heç bir miqrantın nəinki baş nazir və ya bələdiyyə sədri olmadığı Fransada yerli ağ fransızlar arasında işsizlik səviyyəsini 16 faizi aşmadığı halda əcnəbi mənşəli vətənlaşlarda bunun 40 faizə çatması bugünkü iğtişaşların sosioloji zəminini yaradan amillərdəndir.
Buna gərə də, bayrağının rənglərinin simvolik mənasına görə bərabərlik, azadlıq və ədalət anlayışlarının çoxdan unudulduğu Fransada bütün sahələrdəki vəziyyətin, bütün işlərin fransız ətri iyi verdiyni söyləmək çətindir. İşlərin belə qarmaqarışıq olmasının səbəbinin TikTok kimi sosial media platformalarında axtarlıması isə mövcud fransız hakimiyyətinin çarəsizliyinin son həddi kimi də qiymətləndirilə bilər. Halbuki, belə sosial media kanallarında ən çox özünü populyar etmək istəyən də Fransanın indiki dövlət başçısı Makrondur. Dünənə qədər Fransa prezidentinin başına çırpılan yumurtanın necə sınması, yaxud onun sifətinə vurulan şıllənin səsi də həmin paylaşımlarda açıqca hər kəs tərəfindən görülüb və eşidilirdi.
Belə olan təqdirdə indi adam dönüb soruşmaq istəyir: nooldu Makron?
MİA.AZ
Ərdoğan bu gün Xankəndiyə gəlir - Hansı mesajlar veriləcək?
İsrailli əsirlərin qohumları etiraza qalxıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qarpızın qiyməti düşdü, kəndli sata bilmədiyi qarpızları yerə vurdu
İsrailli nazir: "Qəzzanı tam işğal etməliyik"
İkardi İstanbula dönə bilmir - Hücumçu üç vəkil tutub
İstefasından 8 gün geri dönən Emre Belözoğlu vəd verdi
"Cevat Akarsu" anasının yanında dəfn olunub
Rövşən Lənkəranskinin xalası oğlu və daha bir "Qanuni oğru" Rusiyada saxlanıldı - VİDEO
"Beşiktaş"da sürpriz ayrılıq - Raşica alman klubu ilə anlaşdı
Müğənni Hadisə özünü elə dəyişdirdi ki... - FOTO
Tramp və Putin arasında bir saat çəkən müzakirə - Rusiya Ukrayna məsələsində geri çəkilməyib, Tramp isə narazıdır
İzmirdə yanğın: meşəbəyi ölüb
Evlərdə işıq, qaz və su... - Şişirdilmiş qiymətlər və ya itki necə aşkarlana bilər?
İlham Əliyev və Qırğızıstan prezidenti Ağdamda: Xıdırlı kəndinin 1-ci mərhələsinin və məktəbin açılışı oldu - FOTOLAR (Yenilənib)
Azərbaycana bu məhsullarının gətirilməsi qadağan olunub
Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə imtahan... - Suallar qəsdən çətin salınır, yoxsa?
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Azərbaycan dili üzrə iyunun 29-da keçirilən test imtahanının nəticələri elan olunub
Abituriyentlərin şikayətləri araşdırılıb, bəzilərinin imtahan balları artırılıb - DİM-dən açıqlama
Şahbaz Şərif Füzuli Beynəlxalq Hava Limanında qarşılandı - FOTO
Prezident İlham Əliyev Xankəndidə - FOTOLAR (Yenilənib)
Azərbaycan və Özbəkistan prezidentləri Xankəndidə fabrikin fəaliyyəti ilə tanış olublar
Güclü külək əsəcək - Xəbərdarlıq
Müəllimlərin işə qəbulu üzrə test imtahanı mərhələsinə start verilir
Sadır Japarov Azərbaycana gəlib
Vüqar Səfərlinin şikayəti rədd edildi - Ali Məhkəmədən qərar
ONLAR KONSTİTUSİYA MƏHKƏMƏSİNƏ HAKİM TƏYİN OLUNUR - Siyahı
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
İlham Əliyev Rəşid Meredovu qəbul edib - FOTOLAR
Prezident İlham Əliyev Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoydu - FOTOLAR
Prezident İlham Əliyev Lukaşenkoya məktub göndərib - MƏTN
Sabah hava necə olacaq? - Proqnoz
Kamal Kılıçdaroğlunun ofisi satışa çıxarıldı - Elan ictimailəşdikdən dərhal sonra... (FOTOLAR)
“MilliKart”a lisenziya verildi
BAKIDA TƏHLÜKƏ SAÇAN KANALZASİYA LYUKLARI... - VİDEO, FOTO
Bakıda 14-cü mərtəbədən yıxılan qız sağ qalıb
"Azərbaycan Dəmir Yolları”nda nə baş verir? - Daha bir nəfər "Bakı Metropoliteni"nə keçdi
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq verilib
Daha bir "qazzapravka"nın fəaliyyəti dayandırıldı