Azercell “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı”na start verir
27-08-2024 [10:42]
Lider mobil operator sosial layihə təkliflərinin qəbuluna başlayır
Azercell “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalaraq qadınların ictimai həyatda fəallığının artırılmasını hədəfləyən sosial layihə müsabiqəsini elan edir.
Mia.az-ın məlumatına görə, müsabiqənin məqsədi qadınların cəmiyyətdə mövqeyinin yaxşılaşdırılmasına, həmçinin maddi-mənəvi rifahının artırılmasına dəstək olmaqdır.
Müsabiqəyə təqdim olunan layihələr aşağıdakı mövzulardan birini əhatə etməlidir:
• Müxtəlif istiqamətlər üzrə qadınların bilik və bacarıqlarının təkmilləşdirilməsi;
• Qadınlara sahibkarlıq və biznes fəaliyyətinə dair praktiki biliklərin aşılanması;
• Texnoloji və innovativ sahədə qadınlarda yeni bacarıqların formalaşdırılması;
• Qadınların hüquq və maliyyə savadlılığının artırılması;
• Qadınlar arasında sağlam həyat tərzinin təbliğ edilməsi.
Seçim zamanı rəqəmsal mühitin inkişafına, inklüzivliyin təmin edilməsinə, həmçinin texnoloji həllər vasitəsilə həyat səviyyəsinin yüksəldilməsinə dəstək olan layihələrə üstünlük veriləcək. Layihələrin geniş hədəf qruplarına faydalı olmasına, eyni zamanda davamlı şəkildə həyata keçirilməsinə önəm veriləcək.
Layihələrin qiymətləndirmə prosesinin şəffaflığını və obyektivliyini təmin etmək məqsədilə müsabiqəyə təqdim olunan təklifləri ölkənin bu sahələrdə ixtisaslaşmış ekspertlərindən ibarət münsiflər heyəti dəyərləndirəcək.
Müsabiqə çərçivəsində iki qalib layihə seçiləcək ki, hər birinin həyata keçirilməsi üçün Azercell tərəfindən 5.000 AZN-dək qrant ayrılacaq.
Qeyd edək ki, müsabiqədə yalnız qeyri-hökumət və qeyri-kommersiya təşkilatları iştirak edə bilərlər.
Layihə təklifləri Azərbaycan dilində 27.08.24-10.09.24 il tarixləri aralığında qeyd olunmuş link üzərindən göndərilməlidir. Müraciətə layihənin həyata keçirilməsi üçün tələb olunan büdcənin detallı açıqlamasının əlavə edilməsi xahiş olunur.
“Azercell Telekom” MMC bütün iştirakçılara uğurlar arzu edir!
* Qrantın məbləği münsiflər heyətinin layihə dəyərləndirməsindən asılı olaraq dəyişə bilər.
Ət ucuzlaşıb? - VİDEO
Bəylər Əyyubovla Fərid Əsgərov bir yerdə - FOTO
FUTBOL QUMARI: Türkiyədə mərc oyunlarının aktiv iştirakçısı olan klub rəhbəri və üç hakim tutulub
“Nar”da bu axşam daha bir avtomobil sevinci!
Sabah hava necə olacaq? - Proqnoz
Rəsul Quliyev Bakıya gəlir - "Bir aydan sonra 78 yaşım tamam olur, bu, çox böyük yaşdır"
17 yaşlı azərbaycanlı Rusiyada öldürülüb
Ağdaşda zəlzələ olub - 3.1 bal gücündə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qarabağ" klubu qazi jurnalistləri təltif edib
"Qarabağ" "Nefçi"ni devirdi - "Nəhayət, biz Premyer liqada bütün biletlərin satılmasının şahidi olduq" (VİDEOLAR)
"Həyat - yalançı ölüm, ölümsə gerçək həyatdı..." - VİDEO
Xəzər sahilində daha 71 ölü suiti aşkarlanıb
Kükü şəhidləri... - Əli Cabbarov yazır
PRAYK sürətlə böyüyür - Kamran Aydınov qadınların təhlükəsizliyini və rəqəmsal mədəniyyəti mərkəzə çevirir
Sabah hava necə olacaq? - Proqnoz
İlham Əliyev paraddan görüntülər paylaşdı - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
İsrail ordusu Suriyaya hücum edib - Yol nəzarətə götürülüb
Parada hansı ölkələrin rəsmiləri qatılıb? - SİYAHI
Azərbaycan, Türkiyə prezidentləri və Pakistanın Baş nazirinin üçtərəfli görüşü olub
Əliyev, Ərdoğan, Şərif... - Birgə nahar + FOTO
Direktor Regional Təhsil İdarəsini məhkəməyə verib
Əliyev, Ərdoğan və Şərif paradı izləyənlərlə belə sağollaşdı - VİDEO
Marneulidə biznesmenə xərac kəsmək istəyənlər saxlanıldı - Azərbaycanlılardan ibarət dəstə... (ANBAN VİDEO)
Ərdoğan paradda Məmməd Arazın şeirini oxudu - VİDEO
Hikmət Hacıyevdən paradla bağlı paylaşım - VİDEO
Ərdoğan Azərbaycana gəlib (YENİLƏNİB)
Prezident və xanımı Fəxri xiyabanda - FOTOLAR
Prezidentlə xanımı Şəhidlər xiyabanında - FOTOLAR
"PREZİDENT TELEFONDA DEDİ Kİ..." - Ceyhun Bayramov 5 il əvvəl Moskvada bağlı qapılar arxasındakı görüşün sirlərini açdı
Azərbaycan neftinin qiyməti 65 dollara qalxdı
8 noyabrda sizi nə gözləyir? - BÜRCLƏR
Mehriban Əliyeva: "Uca Tanrı xalqımızı və Vətənimizi qorusun!"
Bu gündən dörd günlük tətil başlayıb
BU GÜN ZƏFƏR GÜNÜDÜR - Paytaxtda parad keçiriləcək
Prezident elə görüntüləri paylaşdı ki... - VİDEO
45 hakim istefa verdi - Türkiyədə
İlham Əliyevdən Zəfər Günü ilə bağlı paylaşım - FOTO