Gömrük Komitəsinin vəzifəli şəxsləri həbs edilib - Qızıl külçə əməliyyatı
26-08-2024 [18:52]
Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsləri həbs edilib.
Mia.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadla xəbər verir ki, qaçaqmalçılıq cinayətinin törədilməsində iştirak etmiş vəzifəli şəxslərin qanunsuz əməlləri barədə Dövlət Gömrük Komitəsindən daxil olmuş cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaq davam etdirilir.
İstintaqla Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim olunmuş əməkdaşı Pərvin Dursunəliyev, həmin Baş İdarənin Skanlaşdırma şöbəsinin inspektoru Mənsur Mehdiyev tanışları Əli İbrahimovla qabaqcadan əlbir olaraq sonuncu tərəfindən 8 iyul 2024-cü il tarixdə Birləşmiş Ərəb Əmirliklərindən alınan 190 min 400 manat dəyərində 5 ədəd qızıl külçənin hava limanının sərhəd buraxılış məntəqəsindən cinayətkar qrupun digər üzvlərinin köməkliyi ilə gizli şəkildə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinə nail olmalarına əsaslı şübhələr müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müvafiq maddi sübutlar aşkar edilərək götürülüb.
Toplanmış ilkin sübutlar əsasında Əli İbrahimov, Pərvin Dursunəliyev və Mənsur Mehdiyev Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri ilə (qaçaqmalçılıq- qabaqcadan əlbir olan bir qrup şəxs və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) təqsirləndirilən şəxs qismində cəlb edilib, barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə sözügedən qanunsuz hərəkətlərin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Ət ucuzlaşıb? - VİDEO
Bəylər Əyyubovla Fərid Əsgərov bir yerdə - FOTO
FUTBOL QUMARI: Türkiyədə mərc oyunlarının aktiv iştirakçısı olan klub rəhbəri və üç hakim tutulub
“Nar”da bu axşam daha bir avtomobil sevinci!
Sabah hava necə olacaq? - Proqnoz
Rəsul Quliyev Bakıya gəlir - "Bir aydan sonra 78 yaşım tamam olur, bu, çox böyük yaşdır"
17 yaşlı azərbaycanlı Rusiyada öldürülüb
Ağdaşda zəlzələ olub - 3.1 bal gücündə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qarabağ" klubu qazi jurnalistləri təltif edib
"Qarabağ" "Nefçi"ni devirdi - "Nəhayət, biz Premyer liqada bütün biletlərin satılmasının şahidi olduq" (VİDEOLAR)
"Həyat - yalançı ölüm, ölümsə gerçək həyatdı..." - VİDEO
Xəzər sahilində daha 71 ölü suiti aşkarlanıb
Kükü şəhidləri... - Əli Cabbarov yazır
PRAYK sürətlə böyüyür - Kamran Aydınov qadınların təhlükəsizliyini və rəqəmsal mədəniyyəti mərkəzə çevirir
Sabah hava necə olacaq? - Proqnoz
İlham Əliyev paraddan görüntülər paylaşdı - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
İsrail ordusu Suriyaya hücum edib - Yol nəzarətə götürülüb
Parada hansı ölkələrin rəsmiləri qatılıb? - SİYAHI
Azərbaycan, Türkiyə prezidentləri və Pakistanın Baş nazirinin üçtərəfli görüşü olub
Əliyev, Ərdoğan, Şərif... - Birgə nahar + FOTO
Direktor Regional Təhsil İdarəsini məhkəməyə verib
Əliyev, Ərdoğan və Şərif paradı izləyənlərlə belə sağollaşdı - VİDEO
Marneulidə biznesmenə xərac kəsmək istəyənlər saxlanıldı - Azərbaycanlılardan ibarət dəstə... (ANBAN VİDEO)
Ərdoğan paradda Məmməd Arazın şeirini oxudu - VİDEO
Hikmət Hacıyevdən paradla bağlı paylaşım - VİDEO
Ərdoğan Azərbaycana gəlib (YENİLƏNİB)
Prezident və xanımı Fəxri xiyabanda - FOTOLAR
Prezidentlə xanımı Şəhidlər xiyabanında - FOTOLAR
"PREZİDENT TELEFONDA DEDİ Kİ..." - Ceyhun Bayramov 5 il əvvəl Moskvada bağlı qapılar arxasındakı görüşün sirlərini açdı
Azərbaycan neftinin qiyməti 65 dollara qalxdı
8 noyabrda sizi nə gözləyir? - BÜRCLƏR
Mehriban Əliyeva: "Uca Tanrı xalqımızı və Vətənimizi qorusun!"
Bu gündən dörd günlük tətil başlayıb
BU GÜN ZƏFƏR GÜNÜDÜR - Paytaxtda parad keçiriləcək
Prezident elə görüntüləri paylaşdı ki... - VİDEO
45 hakim istefa verdi - Türkiyədə
İlham Əliyevdən Zəfər Günü ilə bağlı paylaşım - FOTO