Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
23-08-2024 [00:02]
Qoç - uğura bel bağlamaq olar. Bu gün ağır problemlərin öhdəsindən asanlıqla gələcəksiniz. İzafi, ifrat səylərə ehtiyac yoxdur. İşgüzar danışıqlar üçün əlverişli zamandır. İndiyədək əməkdaşlıq etmədiyiniz insanlarla təmasda olmaq zərurəti yaranır.
Günün ikinci yarısında şəxsi münasibətlərinizi və problemlərinizi kimsə ilə müzakirə etməyin. Yaxınlarınızla münasibətlərlə bağlı istənilən qərarı müstəqil qəbul edin. Dürüst olun, sonradan sizdə təəssüf hissi yarada biləcək addımlar atmayın.
Buğa - gün problemlər və nöqsanlardan xali olmasa da, pis deyil. Qarşınıza qoyduğunuz məqsədlərə sürətlə çatmaq mümkün deyil. Ruhdan düşməyin. Peşəkar fəaliyyət sahəsində yeniliklər etmək olar. Adi, rutin məsələlərin həllində yeni yollar və metodlar arayın.
Günün ikinci yarısında müttəfiqlər, tərəfdaşlarla fikir ayrılıqları yarana bilər. Güzəştlərə meylli olun, anlaşılmazlığı aradan qaldırın.
Səhhətinizin qeydinə qalın. Profilaktiki prosedurları unutmayın. Onlar effektiv olmalıdır. İmicdə dəyişikliklər etmək olar.
Əkizlər - istənilən yenilik və novasiya ehtiyatlı davranış tələb edir. Sərvaxt, punktual olun. Detallara fikir versəniz, bir sıra çətinliklərdən qurtula bilərsiniz. Təcrübəli insandan məsləhət almaqdan çəkinməyin. Belə olarsa, dəyərli kəlmələr eşidə bilərsiniz.
Günün ikinci yarısında səhhətinizə fikir verin. Ağır fiziki işi minimuma endirin. İfrata varmaq əsla məsləhət deyil. Sümük və oynaqlarda xroniki ağrılar varsa, fiziki işdən, ümumiyyətlə, imtina edin.
Xərçəng - gün əlverişli deyil. Yaxın ətrafınızdakı insanlarla təmasları aktivləşdirin. Belədə işgüzar baxımdan əlverişli əlaqələr qura bilərsiniz. Nüfuzlu, hadisələrə təsir imkanlarına malik insanlarla ünsiyyətdə səhvlərə yol verməyin.
Günün ikinci yarısında həmfikir və tərəfdaşlar arayın. Möhkəm işgüzar və dostluq əlaqələri yarana bilər.
Şəxsi münasibətlərdə də müsbət təmayüllərin təsiri artır. Yeni romantik tanışlıq ehtimalı çox azdır.
Axşam saatlarında normal istirahət edin.
Şir - yeni işlərə cəsarətlə başlaya bilərsiniz. Görüləsi işin mürəkkəbliyi və ya miqyasından çəkinməyin. Problemi qısa müddətdə, effektiv həll edə bilərsiniz.
Yeni münasibətlərə başlamaq olar. Uzun müddətə müttəfiqinizə çevriləcək insanla qarşılaşmaq ehimalı var.
Günün ikinci yarısında ailə problemlərindən birini çözə biləcəksiniz. Kəsilmiş əlaqələri bərpa etmək, sizdən soyumuş insanın rəğbətini qazanmaq şansı var.
Qız - risk etməyin. Ehtiyatlı və sayıq olsanız, mənfi təmayüllərin təsirini minimallaşdıra bilərsiniz. İndiyədək sizə xəyanət etməmiş insanlara güvənin. Hadisələrin gözlədiyiniz kimi inkişaf etməyəcəyi zaman təəccüblənməyin.
Günün ikinci yarısında alış-verişdə qənaətcil olun. Praktik olmayan, bahalı əşyalar almayın. Problemlərin həllində yaradıcı yanaşma nümayiş etdirin.
Tərəzi - ciddi dəyişikliklər olmayacaq. Stabillik sizi narahat etməyəcək, əksinə, sevindirəcək. Real fəaliyyətdən daha çox düşüncələr və təhlillər olacaq. Gələcəklə bağlı planlarınızın praqmat, effektiv olmasına çalışın. Bütün amilləri nəzərə alın. Başqalarının fikir vermədikləri xırdalıqları nəzərdən qaçırmayın.
Günün ikinci yarısı rahat ünsiyyət və xoş təmaslar vəd edir. İstənilən miqyasda və önəmdə problemləri sakit müzakirə etmək olar. Şəxsi münasibətlərinizdəki məqamla bağlı qərarı həyata keçirin.
Əqrəb - istənilən formada rəqabətdən çəkinin. İfrat zərurət yoxdursa, qarşıdurmaya başlamayın. Peşəkar fəaliyyət müstəvisindəki mövqelərinizi qorumağa çalışın. İndiyədək sizə ancaq yaxşılıq etmiş insan indi zərbə vura bilər.
Günün ikinci yarısı müstəqil fəaliyyət, yaradıcılıq, təxəyyül tələb edən işlər üçün əlverişlidir. Qərarlarınız orijinal, davranışınız qeyri-adi ola bilər. Zahiri görkəminizə fikir verin. Yaxın ətrafınızdakı insanlar sizinlə maraqlanmağa başlayacaqlar.
Oxatan - günün ilk yarısı sakit olmayacaq. Emosional fon stabil deyid. Əhvalınız pisləşə bilər. Buna yol verməmək üçün emosiyalarınıza hakim olun. Münasibətlərdə yaranmış problemləri müzakirə ilə həll etmək olar. Adi günlərlə müqayisədə ixtilaflar və fikir ayrılıqlarının sayı çoxdur.
Günün ikinci yarısında tarıma çəkilmiş əsəbləri sakitləşdirin. Dəyər verdiyiniz insanlar barədə sərt və aqressiv danışmayın. İradlarla tənqidlərin sayını azaldın.
Axşam saatlarına yaxın mənfi təmayüllərin təsiri azalacaq. Maraqlı iş tapmaq olar. Qeyri-adi, maraqlı işlər tapa bilərsiniz.
Qohumlarınız və sevdiyiniz insanla bağlı xəbərlər sizi sevindirəcək.
Oğlaq - yeni işə başlamazdan əvvəl həmin problemi müstəqil həll edə biləcəyinizə əmin olun. Sizə dəstək və yardım vəd etsələr də, ən çətin, ağır problemləri təkbaşına həll etmək məcburiyyətində qalacaqsınız. İşdə rəhbərlik və həmkarlarla münasibətləri gərməyin. İşgüzar tərəfdaşlarla əlaqələrdə sərinlik yaranmasına imkan verməyin.
Günün ikinci yarısında yaşlı qohumlarla ixtilaflara səbəbkar olmayın.
Maliyyə məsələlərinin həlli üçün əlverişli zaman deyil. Böyük məbləğlər tələb edən proseslərdən uzaq durun. Axşam saatlarını dost və ya dəyər verdiyiniz insanla keçirə bilərsiniz.
Dolça - indiyədək sizi əla anlayan insanlarla təmaslarda ciddi problemlər, fikir ayrılıqları yarana bilər. Eqoist davranmayın. Yaxın ətrafınızdakı insanlardan niyyətlərinizin dərhal reallaşmasını tələb etməyin. Güzəştə getməyi bacarın. Yaşananlarla bağlı narazılığınızı açıq şəkildə izhar etməyin.
Günün ikinci yarısında anlayacaqsınız ki, planların əksəriyyətini həyata keçirmək asan deyil. Nikbinliyi itirməyin, bədbinliyə qapılmayın.
Axşam saatlarına yaxın əhvalınız düzələcək.
Balıqlar - əhvalınızı ən xırda məsələlər, mənasız detallar korlamasın. Yaşananları ürəyinizə salmayın. Belədə gününüz korlanacaq. Bu gün formalaşan problemlərin o qədər də ciddi olmadığını anlayın.
Çətinliklərin əksəriyyətini asanlıqla çözə biləcəksiniz.
Günün ikinci yarısında gəlirlər və hədiyyələr istisna deyil. Xərclər artıq olmayacaq. Nə isə almaq qərarına gəlsəniz, fikrinizdən vaz keçməyin.
Səfər və ya səyahət pis keçməyəcək.
Axşam saatlarında aktiv istirahət və dostlarla ünsiyyəti seçin.
İmiclə eksperimentlər uğurla ola bilər.
Milli.Az
Suriya ordusu YPG-yə xəbərdarlıq etdi
ADNAN ƏHMƏDZADƏ BARƏDƏ YENİ QƏRAR VERİLDİ - Məhkəmə prosesi
Prezident İlham Əliyev Ağdərə şəhərinin Baş planı ilə tanış olub - Komitə sədri məruzə elədi
PREZİDENT SAKİNLƏRƏ GÖRÜŞDÜ: "Necə yerləşmisiniz burada?" - FOTOLAR
"Qara Qarayev futboldan "üzüsulu" ayrıldı"
Qərb İran haqqında nə deyirdi, indi nə deyir və niyə? - TƏHLİL
Prezident İlham Əliyev Tərtər və Ağdərədə - FOTOLAR (Yenilənib)
"ARB" kanalının yayımı 3 saatlıq dayandırılacaq - Səbəb
Azərbaycan və İtaliya XİN-ləri arasında siyasi məsləhətləşmə olub
Xocalıda çoban saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Dövlət Nəzarəti Xidməti rəisinə müavin təyin olunub
Sumqayıt avtobuslarına gediş haqqı artırılıb
İcra başçısının müavininə məxsus torpaq sahəsi hərraca çıxarıldı
General-mayor təqaüdə göndərilib
3036 sənəd verdi, 941 nəfər növbəti mərhələyə buraxıldı - Məktəb direktoru postu uğrunda "döyüş" başlayır
Bakıda 27 yaşlı şəxs 22 kq narkotiklə saxlanılıb
İranda aksiyalarda ölənlərin sayı 2 mindən çoxdur - Tehran rejimi elə iddialar irəli sürür ki...
“Rufo Gəncinski” saxlanılıb
Ukraynanın müdafiə naziri vəzifədən azad edilib
IDEA-nın təşəbbüsü ilə "Məsuliyyətli Ekoturizm Bələdçiliyi" üzrə təlim proqramı təşkil olunub
“Birmarket”ə direktor təyin edilib
İSTANBULDA PROKUROR QADIN HAKİMİ GÜLLƏLƏDİ - İclas salonunda
Dövlət Neft Fondunun proqnozu fiasko ilə nəticələnib - Rəqəmlər
Əkrəm İmamoğlu Ərdoğana təzminat ödəyəcək - Bu qədər...
"Səbail" komandaya yeni oyunçu cəlb edib
Təhdid imperiyası: Moskva niyə hamını hədələyir? - TƏHLİL
Türkiyədə növbəti şok həbslər: məşhur aktyor Oktay Kaynarca, müğənni Emel Müftüoğlu... - Onlar narkotiklə tutuldu
Sabah Bakıda sulu qar yağacaq
Şagirdlərin elektron yerdəyişməsi yekunlaşır
İngiltərə kuboku: "Hull City" "Çelsi"yə rəqib oldu
Biznesmenin oğlu saxlanıldı - Şok ittihamla
Azərbaycan nefti cüzi bahalaşdı
Rektor özünə müşavir təyin etdi
Rusiya Təhlükəsizlik Şurası: "Tramp tələsməsə, Qrenlandiya referendumla Rusiyaya qatıla bilər"
Prokurorluq orqanlarında yeni qəbul edilən işçilər and içiblər
Biləsuvarda zəlzələ olub
Vaqif Allahverdiyevə ittiham elan olunub
“Xalq Sığorta”, AtaSığorta... - Bu sığorta şirkətlərindən şikayətlər pik həddə çatıb + CƏDVƏL
Ev kirayə verənlərin nəzərinə: cərimə 5 dəfə artırılıb
Bakda 52 yaşlı şəxs 7 kq narkotik vasitə ilə tutulub - VİDEO
"Bakı Metropoliteni" QSC-də yoxlama: pozuntular aşkara çıxarıldı
Əhaliyə hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
Məmur olmaq istəyən 1500 nəfər imtahan verəcək - Bu tarixdə